Топ-100
Back

ⓘ Cəmiyyət - Cəmiyyət, Cəmiyyət, Xocavənd, mühəndisliyi, Açıq cəmiyyət, Müsəlman Şərqini Öyrənən Cəmiyyət, və Din, qəzet, Virtual cəmiyyət, Bəşəriyyət, Çaxnaşma ..




                                               

Cəmiyyət

Cəmiyyət - insanların birliyi olub, özündə cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatını birləşdirən qeyri-dövlət strukturudur. Cəmiyyət sözün geniş mənasında maddi həyatın, canlı təbiətin bir hissəsi olan, tarixən inkişaf edən, insanların fəaliyyəti formasıdır. Sözün dar mənasında isə insan tarixinin müəyyən bir mərhələsi və ya konkret sosial orqanizmdir. Cəmiyyət müəyyən qayda üzrə qurulmuş struktura malik olan bütöv bir sistemdir.

                                               

Cəmiyyət (Xocavənd)

Cəmiyyət - Azərbaycan Respublikasının Xocavənd rayonunun Cəmiyyət kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Ninki olmuşdur. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. Cəmiyyət Xocavənd rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Vaxtilə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adını da dəyişdirib Ninki adlandırmışdılar. 1992-ci ildən yaşayış məntəqəsinin keçmiş adı bərpa edildi. Cəmiyyət ərıb dilində "birlik", "camaat", "yığın" deməkdir.

                                               

Cəmiyyət mühəndisliyi

Cəmiyyət Mühəndisliyi - Sosial Mühəndislik Zehin memarlığı, və ya daha kompleks bir ifadəylə "İctimai psixoloji şüur memarlığı" deyilən fəaliyyətdir. Daha çox əhalinin dar görüşlü qisminə və ya nəzərdə tutulmuş xüsusi şəxslərə qarşı həyata keçirilir. Cəmiyyət mühəndisliyi strategiya, marketinq, təlim, dini və ya başqa məqsəd güdən insanlar tərəfindən: uşaqlar, gənclər, yoxsullar, ya da qadınlar kimi daha müdafiəsiz qruplara tətbiq olunur. Bu cür təbliğat və təşkilatlar, alternativ və ya rəqib düşüncəni düşmanlaşdıra da bilər. İnsanlıq tarixindən indiyə kimi bir çox idarəedicilər və siyasət ...

                                               

Açıq cəmiyyət

Açıq cəmiyyət siyasətin, iqtisadiyyatın, sosial sferanın və mədəniyyətin liberallığından ibarət idarəçilik üsuludur. Burada hamının taleyinə birlikdə aid olan ümumi qərarlar hamının, əksəriyyətin və ya nisbi çoxluğun birgə razılığı əsasında qəbul edilir.

                                               

Müsəlman Şərqini Öyrənən Cəmiyyət

1919-cu il dekabrın 29-da Bakı Universitetinin nəzdində yaradılmışdı. Əsas məqsədi islam dininə etiqad edən xalqların, onların yaşadıqları ölkələrin tarixini, həmçinin müsəlman mədəniyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərmiş tarixi və mədəni amillərin öyrənilməsi idi. L.A.Zimin cəmiyyətin sədri, Y.A.Belyayev sədrin müavini, Seydiyev katib, Abdulla bəy Sübhanverdixanov Divanbəyoğlu xəzinədar seçilmişdilər. Cavad bəy Rəfibəyli, general-leytenant Məmməd bəy Sulkeviç də cəmiyyətin üzvləri arasında idilər.

                                               

Cəmiyyət və Din (qəzet)

"Cəmiyyət və din" qəzeti - Azərbaycanda nəşr olunan həftəlik qəzet. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumat "Cəmiyyət və din" qəzetində dərc edilir.

                                               

Virtual cəmiyyət

Virtual cəmiyyət və ya İnternet-cəmiyyət – elektron fəzada yaranan və fəaliyyət göstərən cəmiyyət. Bu termin İnternetin inkişafı prosesində meydana gəlmişdir və elektron fəzada işləmək üçün umumi marağa malik istifadəçilərin bir qrupda birləşməsidir.

                                               

Bəşəriyyət

Bəşəriyyət - yer kürəsinin əhalisi, təbiətin fəal hissəsi. Bəşəriyyət nəinki biosferi öz ehtiyaclarına görə istifadə etmək, hətta onu dəyişmək qabiliyyətinə malikdir, Bəşəriyyət fəzada bir nəsilartırma dövründə azı 20 il davamlı olan bir təbəqədir. Bəşəriyyət həmçinin yer kürəsinin anadan olandan ölənə qədər mövcud olan şüurlu canlı hissəsidir. O, irq lərə, xalq lara,etnos lara və həmçinin sosial və mədəni qruplara bölünür. Bəşəriyyət fəaliyyətinin bir hissəsi mədəniyyət adlanır.

                                               

Çağdaşlaşma

Çağdaşlaşma - Tarix anlamı - ənənəvi cəmiyyətin çağdaş cəmiyyətə dönməsi, aqrar cəmiyyətin - sənayeyə. Çağdaşlaşma inkişafın tezdəşdirilməsi üçün cəmiyyətin tam ya qismən dəyişməsi prosesidir. Bir şeyin yeniləməsi, indiki vaxtın tələblərinə, spesifikasiyalarına və keyfiyyət göstəricilərinə uyğun edilməsi. Çağdaşlaşmadan keçən əsas avtomobillər, qurğular və texnoloji proseslər olur məsələn, bilgisayar çağdaşlaşması.

Çaxnaşma
                                               

Çaxnaşma

Çaxnaşma, bir affekt növü, doğru ya da yalan təhlükə ilə birgə gələn dəhşət duyğusudru. Çaxnaşmaya düşdüyü zaman insan keçirdiyi böyük qorxu nəticəsində özünü düşüncəli kontrol edə bilmir.

Ekipaj
                                               

Ekipaj

Ekipaj və ya Gəmi heyəti - hərəkət edən nəqliyyat vasitəsində birgə işi və ya tapşırığı yerinə yetirmək üçün təşkil edilmiş ierarxik stkuktura malik olan insan qrupu. Gəminin, təyyarənin, tankın və s nin şəxsi heyəti. "Ekipaj" sözü dənizçilik praktikasından gəlir.

                                               

Ən çox alkoqol qəbul edən ölkələr

Ən çox alkoqol qəbul edən ölkələr - 2010-cu ilin nəticələrinə görə Moldovanın yaşından asılı olmayaraq hər bir sakininə adambaşına il ərzində 18 litr qəbul edilmiş alkoqol düşür. Bu dünya üzrə göstəricilərdən üç dəfə çoxdur. İkinci yerdə Çexiya durur. Orada bu rəqəm 16.45 litrdir. Siyahıda üçüncü yeri Rusiya tutur. Burada il ərzində adambaşına 15.76 litr alkoqol düşür. Onluğa bu ölkələrdən başqa Ukrayna, Estoniya, Rumıniya, Sloveniya, Belarus və Böyük Britaniya daxildir.

                                               

Fərd (fəlsəfə)

Fərd, fəlsəfədə əsasən bir tək adamı təsvir etmək üçün istifadə edilən sözdür. Fəlsəfə tarixində fərd məsələsini, əvvəl Sofistlər, sonra Sokrat və Platon, daha sonra Aristotel ələ almış, müəyyən bir qaydaya görə şərh etməyə çalışmışdırlar.

Gizli səsvermə
                                               

Gizli səsvermə

Gizli səsvermə - səsvermənin iradə ifadəsinə nəzarəti kənar edən səsvermə növü. İradə ifadəsinin sərbəstliyi bülletenlər, kürəciklər, yaxud xüsusi səsvermə maşınları vasitəsilə təmin olunur. Bülleten vasitəsilə gizli səsvermə daha geniş yayılmışdır. Bu halda seçici bülleteni xüsusi otaqda, yaxud kabinədə doldurur və seçki qutusuna atır.

Hegemon
                                               

Hegemon

Hegemon - hegemoniyanı həyata keçirən şəxs, dövlət, ictimai sinif. Tarixən termin rəhbəri qeyd etmək üçün istifadə edilib. İkinci Korinf konqresində Makedoniyalı İsgəndər Korinf ittifaqının hegemonu elan edilmişdi.

Katib
                                               

Katib

Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.