Топ-100
Back

ⓘ Hüquq - Hüquq, norması, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, Beynəlxalq hüquq, sosiologiyası, İnzibati hüquq, Təşkilat, Adsız qiymətli kağızlar, Aval ..




                                               

Hüquq

Hüquq - pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur. "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir.

                                               

Hüquq norması

Hüquq normaları - ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır.

                                               

Bakı Dövlət Universitetinin Hüquq fakültəsi

Hüquq fakültəsinin açılmasının zəruriliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi" Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” 1 sentyabr 1919-cu il tarixli Qanunda da öz əksini tapmışdır. Qanun Bakıda dörd fakültədən – Şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin yaradılmasını nəzərdə tutmuşdur. Bununla belə, yalnız iki fakültə – dörd kursdan ibarət tibb fakültəsi və bir birinci kursdan ibarət tarix-filologiya fakültəsi üçün müvəqqəti ştat və smeta müəyyən edilmişdir. Həmin dövrdə Hüquq ...

                                               

Beynəlxalq hüquq

Beynəlxalq hüquq - hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sitemidir. Buraya dövlətlər, beynəlxalq təşkliatlar, özünüidarəetmə qabiliyyətinə malik olan xalqlar, milli azadlıq mücadiləsi verən millətlər bəzən isə fiziki və hüquqi şəxslər də aid edilir. Beynəlxaq hüquq çox geniş sahələri əhatə edən beynəlxalq münasibətlər və normalar sistemidir.

                                               

Hüquq sosiologiyası

Hüquq sosiologiyası - hüquq institutunun digər sosial qurumlarla qarşılıqlı əlaqəsini araşdıran sosiologiyanın bir sahəsi. Hüquq sosiologiyasının maraq dairəsinə hüquq normalarının genezisi, dinamikası, quruluşu, habelə sosial şərtləndirmə və cəmiyyətdəki rolunun öyrənilməsi daxildir. Hüquq sosiologiyası kriminologiya, sosial mühəndislik və hüquq antropologiyası ilə sıx bağlıdır.

                                               

İnzibati hüquq

İnzibati hüquq idarəetmə fəaliyyətini həyata keçirən normaların məcmusundan ibarətdir.İnzibati hüquq idarəetmə orqanlarının təşkili və icra – sərəncam fəaliyyəti prosesində meydana gələn ictimai münasibətləri nizama salan hüquq sahəsidir.İnzibati hüquqla tənzimlənən ictimai münasibətlər xarakterinə, məzmununa və təyinatına görə müxtəlifdir. İnzibati hüququn predmetini dövlət idarəçiliyinin predmeti təşkil edir. İnzibati hüquq münasibətinin obyektini insanların hərəkətləri təşkil edir.Bu hərəkətlər idarəetmə vəzifələri ilə sıx bağlı hərəkətlərdir. İnzibati hüquq münasibətinin iştirakçıları, ...

Təşkilat
                                               

Təşkilat

Təşkilat - konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.

                                               

Adsız qiymətli kağızlar

Adsız qiymətli kağızlar - qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür.

                                               

Aqrokimyəvi maddələr

Torpaqların münbitliyinin artırılması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilən üzvi, mineral və bakterial gübrələr, kimyəvi meliorantlar, bitkilərin boy artımının tənzimləyiciləri və digər maddələr.

Alqı-satqı
                                               

Alqı-satqı

Alqı-satqı - satıcının əşyanı alıcının mülkiyyətinə verməyi, alıcının isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməsi, alıcı ilə satıcının qarşılıqlı anlaşmasıdır.

Amnesty International
                                               

Amnesty International

Amnesty International - əsası 1961-ci ildə Böyük Britaniyada qoyulmuş və məqsədi "özünün insan haqlarının təbliği sahəsində işi kontekstində fiziki və psixoloji toxunulmazlıq hüququnun, vicdan və özünüifadə azadlığının, diskriminasiyadan azad olma azadlığının pozulmasının qarşısının alınması və dayandırılmasına yönəldilmiş tədqiqatlar və hərəkətlər həyata keçirilməsi" olan beynəlxalq qeyri-hökumət təşkilatıdır.

                                               

Anlaqsızlıq

Anlaqsızlıq - xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmama.

                                               

Aprobasiya

Aprobasiya - Toxumluq əkinlərin sorttəmizliyinin, xəstəliyə yoluxmasının, ziyanvericilər tərəfindən zədələnməsinin və alaqlanma dərəcəsinin təyini.

                                               

Autenik mətn

Autenik mətn - Hansısa bir sənədin orijinal mətni. Beynəlxalq hüquqda beynəlxalq müqavilənin mətninin qəbul olunmasına prosesi autenik mətnin müəyyən edilməsi adlanır.

                                               

Aval

Aval - vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti.

Azadlığın məhdudlaşdırılması
                                               

Azadlığın məhdudlaşdırılması

Azadlığın məhdudlaşdırılması - İttiham hökmü çıxarılanadək on səkkiz yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasından ibarətdir.