Топ-100
Back

ⓘ Başxanım Şəfiqızı. Rəsulova Başxanım Şəfi qızı 1880-ci ildə Göyçə mahalının Daşkənd kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Şəfi, qardaşları Moll ..




Başxanım Şəfiqızı
                                     

ⓘ Başxanım Şəfiqızı

Rəsulova Başxanım Şəfi qızı 1880-ci ildə Göyçə mahalının Daşkənd kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Şəfi, qardaşları Molla Mehdi və Hacı Rəhim dövrünün mütərəqqi ziyalısı olmuşdur.

Qardaşı Hacı Rəhim 1905-ci və 1918-ci illərdə daşnaqlara qarşı vuruşan və bu yolda şəhid olan ən cəsur igidlərdən olmuşdur. Başxanım da atası və qardaşlarından ərəb və fars dilində yazıb oxumağı öyrənmişdir.

Səxavətdə, mərhəmətdə Hatəmi-Taun qədər ad-san qazanan Başxanım hazırcavablığı ilə də Göyçə mahalında məşhur qadınlardan olmuşdur.

Böyük Vətən müharibəsindən oğlu Nəsib 1909-1941/45 və İkinci dünya müharibəsindən oğlu Zülfiqarın 1912-1939/45 qayıtmaması, həyat yoldaşı Məhərrəmin 1873-1953 gözlərinin tez tutulması və onun da vəfatı Başxanımı çox sarsıtmışdır.

Başxanım Şəfiqızı 18 noyabr 1958-ci ildə doğma vətəni Daşkənd kəndində vəfat etmiş və Daşkənd qəbiristanlığında dəfn edilmişdir.

                                     

1. Haqqında yazılanlar

Başxanım Şəfiqızının həyatı və yaradıcılığı haqqında bir neçə kitablarda məlumat verilmişdir:

  • 2006-cı ildə "Nurlan" nəşriyyatında çap olunan Araz Yaquboğlunun "Elin yaddaşında yaşayan ömür" kitabında Başxanım Şəfiqızının həyatı haqqında geniş məlumat verilmişdir.
  • 2005-ci ildə "Avrasiya press" nəşriyyatında çap olunan "Azərbaycan qadın şairləri antologiyası" kitabında səh. 129-130
  • 1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Başxanım Şəfiqızının qoşmaları və bayatıları nəşr olunmuşdur səh 157-159.
  • 2010-cu ildə "MBM" mətbəəsində çap olunan "Aşıq qadınların antologiyası" kitabında Başxanım Şəfiqızının gəraylısı, qoşmaları və bayatıları nəşr olunmuşdur səh 42-45.
  • 2006-cı ildə "Nurlan" nəşriyyatında çap olunan Araz Yaquboğlunun "Bir kökün budaqları" kitabında Başxanım Şəfiqızının gəraylısı, qoşmaları və bayatıları nəşr olunmuşdur səh 8-14.
  • 1998-ci ildə Gəncə nəşriyyatında çap olunan Sərraf Şiruyənin "Bu ocağın odu sönməz" kitabında səh. 6-10.
                                     

2. Mənbə

  • Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008.
  • Qara Namazov. "Aşıqlar" I kitab, Bakı, "Səda", 2004. səh.64.
  • Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, "Nurlan", 2006. səh.8-14.
  • Əzizə Cəfərzadə "Azərbaycanın aşıq və şair qadınları", Bakı, "Gənclik", 1991. səh 157-159.