Топ-100
Back

ⓘ Teymur bəy Sabir. Ədəbi ictimaiyyətimizə o qədər də bəlli olmayan şairlərdən biri də Teymur bəy Sabirdir. Teymur bəy Əliş bəy oğlu Nəsirbəyov 1871-ci ildə Şuşa ..




                                     

ⓘ Teymur bəy Sabir

Ədəbi ictimaiyyətimizə o qədər də bəlli olmayan şairlərdən biri də Teymur bəy Sabirdir. Teymur bəy Əliş bəy oğlu Nəsirbəyov 1871-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almış, sonra şəhər rus-tatar məktəbində oxumuş, Şuşa Real məktəbində təhsilini davam etdirmişdi. Teymur bəy şair idi. "Sabir" təxəllüsü ilə şirindilli şeirlər yazırdı. Zəngin kitabxanaya malik idi.

Atası Əliş bəy Əsəd bəy oğlu Nəsirbəyov 1832-? Qarabağın savadlı, ziyalı adamlardan sayılırdı. Qəza idarəsində işləyirdi. Dəftərxana xidmətçisi və titulyar müşavir mülki çinləri vardı. Şair təbiətli adam idi. Ara-sıra şerlət yazırdı. Teymur bəyin əmisi Mirzə Kərim bəy Nəsirbəyov 1828-1890 da şair idi. Məşhəd şəhərində rus hökumətinin konsulu olmuşdu. Qardaşı oğlanları Cavad bəy və Kərbəlayı Rüstəm bəyin günahları ucbatından işdən çıxarılmış, onlarla birlikdə Sibirə sürgün edilmişdi. Nəsirbəyovlara Şuşada yaşamağa icazə verməmişdilər. Ona görə də onlar ailəlikcə Zəngəzur qəzasının paytaxtı Gorus qəsəbəsinə köçmüşdülər.

Teymur bəyin gənclik illəri Gorusda keçmişdi. Ucqarda yaşasa da, yaradıcılığından qalmırdı. Boş vaxtlarında dövrünün və keçmişin şairlərinin şeirlərindən ibarət cünk hazırlayırdı. Onun Azərbbaycan, fars və ərəb dillərində yazdığı şeirlərindən ibarət cüngü B-196913680 əlyazmalar institunda saxlanılır. Həmin cüngdə öz şeirləri də var.

Onun qardaşları Şamil bəy 1873-?, Əmir bəy 1883-? də söz-sənət sahibləri olmuşlar. Teymur bəy Sabirin soy-sonu olan Nəsirbəyovlar hazırda Bakı, Aşqabad, Daşkənd, Məşhəd və digər şəhərlərdə yaşayırlar.