Топ-100
Back

ⓘ Hüseyn bəy Mirzəcamalov 1878-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ailənin üçüncü oğlu idi. Şəhər real məktəbini bitirmişdi. Ali pеdoqoji təhsili vardı. ADU-da ..




                                     

ⓘ Hüseyn bəy Mirzəcamalov

Hüseyn bəy Mirzəcamalov 1878-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ailənin üçüncü oğlu idi. Şəhər real məktəbini bitirmişdi. Ali pеdoqoji təhsili vardı. ADU-da riyaziyyatdan dərs dеyirdi. Hüsеyn bəy şair və yazıçı idi. Jurnalistika ilə də məşğul olurdu.

Hüseyn bəy Mirzəcamalov Azərbaycan Demokratik Respublikası parlamentinin dəftərxanasında çalışmışdı. Parlamentin qanunvericilik şöbəsinin rəisi idi.

Məmmədəmin Rəsulzadə ilə dost idi. Rəsulzadə onun haqqında yazırdı: "Yaxın zamanlara qədər Azərbaycan elmində adı tez-tez çəkilən pedaqoq Hüseyn Camal Yanar Hüseyn Mirzəcamalov adlı bir dostumuz vardı. Rəhmətlik Hüseyn Camal Yanar əslən şuşalıdır. Bütün azərlər ona "dayı" – deyə müraciət edərdilər".

Yusif Vəzir Çəmənzəminli ilə də dostluq еdirdi. Onlar yazışmalarını nəzmlə aparırdılar.