Топ-100
Back

ⓘ Ağa Aşurov. Ağa Hacı Aşurov - - mühəndis. Azərbaycanın istiqlaliyyəti uğrunda töhfələri olan ictimai-siyasi xadimlərdən biri. 1918-ci il oktyabrın 6-dan dekabrı ..




Ağa Aşurov
                                     

ⓘ Ağa Aşurov

Ağa Hacı Aşurov - - mühəndis. Azərbaycanın istiqlaliyyəti uğrunda töhfələri olan ictimai-siyasi xadimlərdən biri. 1918-ci il oktyabrın 6-dan dekabrın 26-dək Azərbaycan Xalq Cümhuriyyətinin ilk müstəqil poçt və teleqraf naziri olmuşdur.

                                     

1. Həyatı

Ağa Aşurov 1880-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı gimnaziyasını bitirmişdir. Almaniyada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində işləmişdir.

                                     

2. Fəaliyyəti

Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq etmişdir. 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdır. 1916-cı ildə Bakıya Şollar su kəmərinin çəkilməsində iştirak etmişdir.

Aşurov Nəşri-maarif cəmiyyətinin rəhbərlərindən biri olmuş, şəhər dumasının üzvü seçilmişdir. Aşurov 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən 3-cü qurultayında iştirak etmiş və qurultayın rəyasət heyətinin tərkibinə seçilmişdir.

                                     

2.1. Fəaliyyəti Milli Hərəkat üzvü kimi

Milli hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Qafqaz müsəlmanlarının 1917-ci il aprelin 15-20-də Bakıda keçirilən qurultayında iştirak etmişdi. A.Aşurov Stepan Şaumyanın təşkilatçılığı ilə Bakıda azərbaycanlılara və ümumən müsəlmanlara qarşı törədilən 1918-ci ilin mart soyqırımı zamanı tərəflər arasında hərbi əməliyyatları dayandırmaq və barışıq məqsədilə yaradılan müsəlman nümayəndə heyətinin tərkibində Qafqaz İnqilabi Müdafiə Komitəsinin, Bakıdakı erməni Milli Şurasının üzvləri və İranın Azərbaycandakı konsulu Həbibulla xanla aparılan danışıqlarda Astoriya mehmanxanasında Əlimərdan bəy Topçubaşov, Molla Hacı Mir Möhsün, Hacı Hüseyn Tağıyev, Əbdül Kazımzadə ilə bərabər iştirak etmişdir.

                                     

2.2. Fəaliyyəti Cümhuriyyət dövründə

1918-ci il 17 iyun - 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda ikinci Hökumət kabinetində Aşurov əvvəlcə ticarət və sənaye naziri işləmiş, eyni zamanda, 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik etmişdir. Cümhuriyyətin mövcudluğunun ilk mərhələsində dövlətin ticarət-sənaye və ərzaq siyasətini, əsasən, Aşurov müəyyən etmişdir. İqtisadi böhranla mübarizədə Aşurov xüsusi rol oynamış, iqtisadiyyata dövlət nəzarəti sisteminin yaradılması yönündə əzmlə çalışmış, möhtəkirliklə, fəaliyyətləri dövlət maraqlarına zidd olan xüsusi mülkiyyətçilərlə mübarizədə qətiyyətli və sərt tədbirlərin tərəfdarı olmuşdur. Aşurov dövlətin müstəqil iqtisadi xəttinin prinsipial müdafiəçisi idi. 1918-ci il oktyabrın 6-da Hökumətdə bəzi dəyişikliklərlə əlaqədar poçt və teleqraf naziri təyin olunmuş, 1918-ci il dekabrın 26-dək fəaliyyət göstərmişdir və respublikada poçt və teleqraf müəssisələrinin inkişafı məqsdəilə əmrlər, sərəncamlar vermiş, ümumiyyətlə, ölkədə rabitənin bütün növlərinin inkişafı üçün var qüvvəsini sərf etmişdir. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin tərkibinə seçilən Ağa Hacı Aşurov orada 1-ci fraksiyanın ən böyük tərkibli "Musavat və "Bitərəflər fraksiyası" nda 38 nəfər deputat heyətindən ibarət idi təmsil olunurdu. Parlamentdə təqdimat zamanı siyahıda Ağa Hacı Aşurovun adı sayca 37-ci oxunurdu. Ağa Hacı Aşurov da Parlamentdəki ən fəal deputatlardan idi. Məsələn, onun 1918-ci il dekabrın 10-da keçirilən Parlamentin iclasındakı qanun layihəsi üzrə çıxışı və səmərəli təklifləri diqqətəlayiq olmuş və millət vəkilləri tərəfindən alqışlarla qarşılanmışdır. Ağa Hacı Aşurov Azərbaycan Parlamentinin tərkibində Cümhuriyyətin süqutuna qədər fəaliyyət göstərmişdir.



                                     

2.3. Fəaliyyəti Bolşeviklərə qarşı

1920-ci il aprelin 27-də Parlamentdə axşam saat 11 radələrində bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən 4 nəfərdən biri idi. Məhəmməd Əmin Rəsulzadə, Şəfi bəy Rüstəmbəyli, Mustafa bəy Vəkilov və A.Aşurov 1918-ci il dekabrın ortalarında bütün Hökumət kabinəsi ilə birlikdə istefaya çıxmışdır. Azərbaycan sovet hakimiyyəti elan olunduğu günün 28 aprel 1920-ci il ertəsi bolşeviklər A.Aşurovun həbs edilməsi barədə qərar versələr də, 233 XI ordunun Siyasi Şöbəsinin rəisi, cəllad S.Pankratovun əməliyyat müvəkilləri və xüsusi agentləri onu ələ keçirməyə müvəffəq olmamışdılar.

Azərbaycan SSR qurulduqdan sonra Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin 29 aprel 1920-ci il tarixli dekreti ilə Azərbaycan Fövqəladə komissiyası FK təsis olunmuşdu. FK məhz XI qırmızı ordunun Siyasi Şöbəsinin bazası əsasında rəsmən yaradılmışdır. Lakin bu cəza orqanının əməli təşkili onun 1920-ci il mayın 18-də XI ordunun Siyasi Şöbəsindən ayrıldığı gün sayılır. Həmin tarixdən 1920-ci ilin iyununadək Semyon Andreyeviç Pankratov FK-nın ilk sədri olmuşdur. FK sovet hakimiyyətinin əsas cəza orqanı idi. S.Pankratovun qısa sədrliyi dövründə bu orqanın əli ilə minlərlə milli təəssübkeşimiz məhv edilmişdir. 1920-ci ilin iyunundan FK-ya tanınmış bolşevik Baba Əliyoldaş oğlu Əliyev 1875-1937 başçılıq etmişdir. 1920-ci ilin oktyabrından onu Əyyub Şirinbəy oğlu Xanbudaqov 1893-1937 əvəz etmişdi. O, bu vəzifədə 1921-ci ilin oktyabrın 5-dək Fövqəladə Komissiyasınnın sədri vəzifəsində Mir Cəfər Mir Abbas oğlu Bağırov 1895-1956 fəaliyyət göstərmişdi. Fövqəladə Komissiya adı 1926-cı ilin avqustunadək davam etmişdir. 1926-cı ilin avqustun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin MİK qərarı ilə Azərbaycan SSR Fövqəladə Komissiyası Dövlət Siyasi İdarəsi DSİ adlandırılmışdır.

                                     

3. Mühacirət dövrü

A.Aşurov əvvəlcə Türkiyəyə getmək istəmişdi. Buna imkan olmadığından təqiblərdən yaxa qurtarmaq üçün Rostov şəhərinə köçməli olmuşdur. Rostovda mühəndis-texnoloq ixtisası üzrə işləmişdir. Ağa Hacı Aşurov 1936-cı ildə Rostovda da dünyasını dəyişmişdir. O Rostovun tatar qəbristanlığında dəfn olunmuşdur.

                                     

4. Həmçinin bax

  • Camo bəy Hacınski
  • Məhəmməd Əmin Rəsulzadə
  • Azərbaycan Xalq Cümhuriyyəti
  • Aslan bəy Səfikürdski
  • Şəfi bəy Rüstəmbəyli
  • Xudadat bəy Məlik-Aslanov
  • Səməd ağa Ağamalıoğlu
                                     

5. Xarici keçidlər

  • Azərbaycan tarixində Aşurovlar Arxivləşdirilib 2016-10-18 at the Wayback Machine
  • Deputat Ağa Aşurov kimləri ittiham etmişdi:" Onlar bizimlə dost olmayanlarla işləyirlər və ayağımızdan çəkirlər”
  • Ağa Aşurovun qəbrini necə tapmalı? - AXTARIŞ
  • Ağa Aşurov
                                     

6. Ədəbiyyat siyahısı

  • Azərbaycan tarixi. V cild. B., 2001, s.303; "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.79;
  • Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920. Parlament Stenoqrafik hesabatlar. I cild. B, 1998, s.188-189;
  • Azərbaycan Xalq Cümhuriyyəti. Parlament.! cild, B., 1998, s.188-189; "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.80; Azərbaycan çekistləri. B., 1983, s.25; İltifat Iliyarlı, Tahir Behbudov. Azərbaycanın daxili işlər nazirləri. B., 2008, s.73;
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, B., 2005, s.154;
  • Yenə orada, s.93; Azərbaycan Demokratik Respublikası. Azərbaycan Hökuməti. 1918-1920. B., 1990,s.75;
  • "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.80;
  • Nəsib Nəsibzadə. Azərbaycan Demokratik Respublikası. B., 1990, s.85;
  • Azərbaycan Xalq Cümhuriyyəti. Parlament.! cild, B., 1998, s.188-189; "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.79;
  • AXC Ensiklopediyası. II cild. B., 2005, s.334; Azərbaycan Demokratik Respublikası. Azərbaycan Hökuməti. 1918-1920. B., 1990,s.75