Топ-100
Back

ⓘ Teymur bəy Makinski. Teymur bəy Məhəmmədqulu bəy oğlu Makinski - Azərbaycanda milli azadlıq hərəkatının fəal üzvü, ictimai-siyasi xadim. Zaqafqaziya Seyminin Mü ..




                                     

ⓘ Teymur bəy Makinski

Teymur bəy Məhəmmədqulu bəy oğlu Makinski - Azərbaycanda milli azadlıq hərəkatının fəal üzvü, ictimai-siyasi xadim. Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın" Məclisi-Məbusanının təsisi haqqında qanun”-na əsasən, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir.

                                     

1. Həyatı

Makinski 1918-ci ilin iyun-oktyabr aylarında Azərbaycan Hökuməti ədliyyə nazirinin müavini, oktyabrın 20-dən noyabrın 6-dək Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuş əslində, bu vəzifəni dekabrın sonuna kimi icra etmişdir, 1918-ci il dekabrın 26-dan 1919-cu il aprelin 14-ə qədər Fətəli xan Xoyskinin üçüncü hökumət kabinəsində ədliyyə naziri vəzifəsini icara etmişdir. 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan hərbi məhkəməsinin sədri, 1920-ci ilin martından isə yenidən Azərbaycan Xalq Cumhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur.