Топ-100
Back

ⓘ Qəmər bəyim Şeyda. Qəmərnisə bəyim Ata xan qızı 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbrahimxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir. Şuşa şəhər qız g ..




Qəmər bəyim Şeyda
                                     

ⓘ Qəmər bəyim Şeyda

Qəmərnisə bəyim Ata xan qızı 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbrahimxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir. Şuşa şəhər qız giminaziyasında oxumuşdu. Qəmər bəyim şairə idi. Şeyda təxəllüsü ilə könüloxşayan şeirlər yazırdı. Bu təxəllüsü ona Xurşidbanu Natəvan vermişdi. O, qələmini dram əsərlərində də sınamışdı. "Zülmün daşqını" pyesi bir müddət çox məşhur olmuşdu. O, 1933-cü ildə vəfat edib.

                                     

1. Ailəsi

Qəmər bəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.