Топ-100
Back

ⓘ İslam Abdullayev. İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam, Bakı - Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbayc ..




İslam Abdullayev
                                     

ⓘ İslam Abdullayev

İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam, Bakı) - Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti.

                                     

1. Həyatı

Abdullayev İslam Əbdül oğlu 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuş, Şuşa şəhər məktəbində təhsil almışdır. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınmışdır.

1883-cü ildə Şuşada "Xanəndələr məclisi" yaratmış musiqişünas alim Mir Möhsün Nəvvab İ.Abdullayevi bu məclisə dəvət edir. Beləliklə, o, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl, Keştazlı Həşim kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir. İslam Abdullayevin ilk "Segah" ifası Sadıqcanın oğlunun toyunda olmuş, həmin ifadan sonra şöhrəti yayılmışdır. 1901-1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış etmişdir.

Xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur.

Segah” muğamını və onun bütün variantlarını –" Zabul-Segah”," Mirzə Hüseyn segahı”," Orta Segah”,” Xaric Segah” muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən" Segah İslam” adlandırılmışdır. 1910-1915-ci illərdə" Sport-Rekord” və" Ekstrafon” səsyazma şirkətləri tərəfindən" Segah”," Bayatı-Qacar”," Şahnaz”," Şüştər” muğamları və bir sıra təsniflər İslam Abdullayevin ifasında qramofon vallarına yazılmışdır.

İslam Abdullayev eyni zamanda pedoqoq olmuşdur. Xan Şuşinski, Yaqub Məmmədov, Sahib Şükürov kimi xanəndələrin yetişməsində böyük rol oynamışdır. Şuşada musiqi məktəbində direktor vəzifəsində işləmiş, Gəncədə xalq çalğı alətləri orkestri təşkil etmişdir. Ömrünün sonuna yaxın Ağdama köçmüş, musiqi məktəbində muğamdan dərs demiş, bir çox xanəndələrin ustadı olmuşdur.

İ.Abdullayev 22 sentyabr 1964-cü ildə Bakıda vəfat etmişdir.