Топ-100
Back

ⓘ Hicri Dədə 1877-ci ildə Kərkükdə anadan olub. Onun əsl adı Mahmud, ləqəbi Hicridir. Atası Müridzadə Molla Əli, babası şair Naziri Dədədir. İlk təhsilini Kərkükd ..




                                     

ⓘ Hicri Dədə

Hicri Dədə 1877-ci ildə Kərkükdə anadan olub. Onun əsl adı Mahmud, ləqəbi Hicridir. Atası Müridzadə Molla Əli, babası şair Naziri Dədədir. İlk təhsilini Kərkükdə Hacı Mustafa Qirdar mədrəsəsində Oçuşlu Molla Məhəmməd Əfəndidən alıb. Vaiz Molla Rza əfəndinin tələbəsi olub və bir müddət Kərkükün tanınmış ziyalılarından olan Əli Hikmət əfəndidən də bəhrələnmişdir. Birinci Dünya müharibəsindən əvvəl Kərkük sultanisində 3 il pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Müharibənin başlaması məktəbin bağlanması ilə nəticələnib və beləliklə Hicri Dədənin müəllimliyinə son verilmişdir. Müharibədən sonra isə təyinatla Kərkük Qala ibtidai məktəbində bir neçə il işləmişdir. Bir müddət maddi baxımdan çətinlik çəksə də bələdiyyəyə məxsus Buğda meydanında iqtisadi sahədə çalışan məmurların əmək haqqından sosial müdafiə məqsədilə müəyyən miqdar məbləğ tutan vergi işçisi olaraq işləməyə başlamışdır. 1927-ci ildə" Kərkük” qəzetinin baş yazarı təyin edilmişdir. Bələdiyyə səhiyyə müfəttişliyində də çalışmış Hicri Dədə yaşlandıqdan sonra ömrünün sonuna qədər bələdiyyənin ona təyin etdiyi müavinətlə yaşamışdır. Onun şeirləri" Havadis”," Kərkük”," Afaq”," Qardaşlıq” kimi qəzet və dərgilərdə çap edilmişdir. Türkcə ilə yanaşı, fars dilində şeirlər yazan müəllifin əsərlərinin bir hissəsi işıq üzü görsə də onların ən əhəmiyyətli olanları, təəssüf ki, əlyazma halında olmuşdur. Onlar arasında Kərkük şairlərini əhatə edən" Riyaz Əl Şüara” əsas yer tutur. O, 1952-ci il 11 dekabrda vəfat etmişdir.