Топ-100
Back

ⓘ Mehdixan Şəfizadə. Şəfizadə Mehdixan - Cənubi Azərbaycan teatr xadimi, rejissor, İran sosial-demokrat ictimaiyyun-amiyyunpartiyasının Təbriz təşkilatının yaradı ..




                                     

ⓘ Mehdixan Şəfizadə

Şəfizadə Mehdixan - Cənubi Azərbaycan teatr xadimi, rejissor, İran sosial-demokrat ictimaiyyun-amiyyunpartiyasının Təbriz təşkilatının yaradıcılarından biri olmuşdu. 1909-cu ildə Azərbaycan artistləri dəstəsi teatr truppasını təşkil etmişdi. Polis tərəfindən təqib olunduğuna görə Tiflisə köçmüş, burada Cəlil Məmmədquluzadə, Azərbaycan və gürcü səhnə xadimləri ilə, sosial- demokratlarla əlaqə saxlamış, aktyorluqla məşğul olmuşdur. Şəfizadə 1919-cu ildə Təbrizə qayıtdıqdan sonra "Xeyriyyə teatrı" təşkilatçılarından biri olmuş, "Azərbaycan maarifinin islah və tərəqqisi uğrunda" teatr cəmiyyətində rejissorluq etmişdir

"Ağa Məhəmməd şah Qacar" Ə B Haqverdiyev," Leyli və Məcnun", Arşın mal alan", "Məşədi İbad"Ü Hacıbəyov və s əsərləri tamaşaya qoymuşdur. Səfizadənin təşəbbüsü ilə "Şir-e xorşid"Şir və Günəş" teatrı yaradılmışdı. Şəfizadə Cənubi Azərbaycan teatrının təşkili və inkişafında əhəmiyyətli rol oynamışdır.