Топ-100
Back

ⓘ Taliya Flora-Karaviya, - yunan sənətçisi və Münhen Məktəbinin üzvü idi. Döyüş əsgərlərinin ən yaxşı eskizləri ilə tanındı. O, çox sayda rəsm və akvarelin müəlli ..




Taliya Flora-Karaviya
                                     

ⓘ Taliya Flora-Karaviya

Taliya Flora-Karaviya, - yunan sənətçisi və Münhen Məktəbinin üzvü idi. Döyüş əsgərlərinin ən yaxşı eskizləri ilə tanındı. O, çox sayda rəsm və akvarelin müəllifidir.

                                     

1. Həyatı

1871-ci ildə Siatista şəhərində, Qərbi Makedoniyanın Osmanlı bölgəsində, rahib ailəsində anadan olub. 1874-cü ildə atası ailəsini Konstantinopola köçürdü. 1883-1888-ci illərdə Zappeion Qızlar Məktəbində təqaüdlə təhsil almışdır. Burda təhsilini bitirdikdən sonra o, bir il müəllim işləmişdir. Afina İncəsənət Məktəbində rəssamlıq şöbəsinə yazılmağa çalışdı, lakin qadın olduğu üçün qəbul edilmədi. 1895-ci ildə rəssamlıq oxumaq üçün Münhenə köçdü və orada Georgios Jakobides 1853–1932 və Nikolaos Gyzis 1842–1901 ilə birlikdə çalışdı. Daha sonra təhsilini Parisdə davam etdirmiŞdi. O, bu sənəti professional şəkildə tətbiq etmək üçün Konstontinopola geri dönür. 1907-ci ildə Misirin İsgəndəriyyə şəhərinə köçdü və orada 30 il yaşadı. Burada Yunanıstanın "Efimeris" qəzetinin naşiri Nikos Karavyasla evləndi. İskəndəriyədə, şəhərin Yunan koloniyasında əhəmiyyətli dərəcədə tanınmış rəssamlıq məktəbini yaratmış və idarə etmişdir. 1912-13-ci illərdə Balkan müharibələri zamanı Yunanıstan qoşunlarını ərinin idarə etdiyi "Alexandrian" qəzetinin müxbiri kimi izləməyə qərar verdi. Onun təsvirləri qoşunların, qaçqınların və zərərçəkmişlərin həyatını, impressionist tərzdə qeyd etmişdir. 1939-cu ildə həyat yoldaşı ilə birlikdə Yunanıstana döndü. 1940-cı ildə Yunanıstan-İtaliya müharibəsinin başlanğıcı ilə yenidən döyüşə getdi və bu döyüşün səhnələrini çəkdi. Talia Flora-Karavia 1960-cı ildə Afinada vəfat etmişdir.

                                     

2. Karyera

Taliya Flora 1898-ci ildə əsərlərini nümayiş etdirməyə başladı və 1905-ci ildə Yunanıstanda və digər ölkələrdəki solo və qrup sərgilərində, 1900-cu ildə Parisdə "Parnassus", 1901 və 1902-ci illərdə İstanbulda, 1903-cü ildə Afinada sərgilərdə nümayiş edildi. Thalia Flora-Karavianın əsərləri portretlər, landşaftlar, xalça lifləri, səhnə janrları və kitab şəkilləri daxil olmaqla müxtəlif mövzulardan ibarətdir. Afina Müharibə Müzeyində, Taliya Floranın sulu boya və pastellərlə təsvir etdiyi, Balkan müharibəsi və 1921-ci il Yunan müharibəsinə həsr olunmuş əsərləri saxlanılır. 1957-ci ildə onun müharibə eskizləri 70-dən çox sənətçidən satın alınmış və İoanninin Bələdiyyə Sənət Qalereyasına təqdim edilmişdir.