Топ-100
Back

ⓘ Mirəbdülvahab Seyyid Zərgər. Bakıda təşkil olunmuş şairlər məclisindən Məcməüş-şüara”nın üzvü olan və Seyyid Zərgər” təxəllüsü ilə tanınan Mirəbdülvahab Hacı Mi ..




                                     

ⓘ Mirəbdülvahab Seyyid Zərgər

Bakıda təşkil olunmuş şairlər məclisindən" Məcməüş-şüara”nın üzvü olan və" Seyyid Zərgər” təxəllüsü ilə tanınan Mirəbdülvahab Hacı Mirağazadə Mirhəsənov 1880-ci ildə Bakıdan anadan olmuşdur. Şairin ulu babası vaxtilə Cənubi Azərbaycanın Səbzəvar şəhərlərindən köçərək Bakıya gəlmiş və burada yaşamışdır Şair 1920-ci ildə vəfat etmişdir.

                                     

1. Fəaliyyəti

Seyid Zərgər dövri mətbuatda çap etdirdiyi şeirlərinin bir qismində xalqı maarifə, təhsilə çağırır, millətin geridə qalmasını Sabiranə tənqid edirdi." İrşad” qəzetindən başlamış bir çox mətbuatda mütərəqqi ideyaları çıxış etdiyi üçün camaat arasında ləkələnir və" Kimyagər”." Qızılçı”," Daruşgənə”," Mehtər Nəim”" Məzəli”," Babayi-Əmir”," Əbülbəşər” Arı” kimi gizli imzaları çıxış etməyə məcbur olur.