Топ-100
Back

ⓘ Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubi. Hacı Əbdülkərim 1868-ci ildə Badikubənin Maştağa kəndində Hacı Əhməd bin Abbas bin Ağamirzə bin Şeyx İbrahim adlı bi ..




                                     

ⓘ Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubi

Hacı Əbdülkərim 1868-ci ildə Badikubənin Maştağa kəndində Hacı Əhməd bin Abbas bin Ağamirzə bin Şeyx İbrahim adlı bir şəxsin ailəsində dünyaya göz açmışdır. Onun əsil adı Ağamirzədir. Xorasana təhsil almağa gedərkən rus hökuməti sənəd vermədiyindən Əbdülkərim adlı bir şəxsin sənədləri ilə gedir və sonralar bu ad ilə də məşhur olur. Hacı Əbdülkərimin həyatı çox keşməkeşli olmuşdur. O, dünyaya gələndə birinin 27, digərinin isə 30 yaşı olan iki ögey qardaşı var idi. Kiçik yaşlarında onlardan olmazın əziyyətlər görmüşdü. Bunlardan başqa onun özündən 6 yaş böyük bir doğma qardaşı da var idi. 14 yaşında ikən atadan yetim qa-lan Ağamirzə doğma qardaşından da çox əziyyətlər görmüşdü. Qardaşı onun oxumağa olan böyük həvəsini nəzərə almadan maddi ehtiyaclarını aradan qaldırmaq üçün bağ-torpaq işlərilə məşğul olmağını tələb edərdi. Odur ki, Ağamirzə yaz aylarını işləyər, qışda hamı istirahət edəndə dərsə gedərdi. İbtidai təhsilini maştağalı Hacı Molla Əliməhəmmədin mədrəsəsində almışdır. Bura...