Топ-100
Back

ⓘ Şahsuvar bəy Kələntərov. Şahsuvar bəy Mirzəhəzrətqulu bəy oğlu Kələntərov Pristav 1880-ci ildə Şuşa qəzasının Xocamusaxlı bu kənd Xacə Əbuisaqlı da adlandırılır ..




                                     

ⓘ Şahsuvar bəy Kələntərov

Şahsuvar bəy Mirzəhəzrətqulu bəy oğlu Kələntərov Pristav

1880-ci ildə Şuşa qəzasının Xocamusaxlı bu kənd Xacə Əbuisaqlı da adlandırılır kəndində əsilli ailədə anadan olmuşdu. ibtidai təhsilini molla yanında almış, ardını Yelizavetpol Gəncə klassik gimnaziyasında davam etdirmişdi. şahsuvar bəy 19-cu əsrdə ali təhsil almış ilk azərbaycanlı gənclərimizdən biri idi. O, 1906-cı ildə Kiyev Ukrayna Müqəddəs Vladimir Universitetinin hüquq fakultəsini bitirmişdi.1911-ci ildən Zəngəzurun Dondarlı bölgəsinin indi Qubadlı ərazisindədir.Dondarlılar qədim döyüşkən türk tayfaları olmuşlar polis pristavı idi. Şahsuvar bəy savadlılığı və ədalətliliyi ilə el-oba arasında hörmət qazanmışdı. Odurki, 1918-ci ildə Zəngəzur qəzasının mərkəzi Gorus şəhərinin polis rəisi vəzifəsinə irəli çəkilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman şahsuvar bəy Qarabağ General-Qubernatorluğuna daxil olan Zəngəzur qəzasının rəis əvəzi təyin edilmiş Həbib xan Şəkinskinin 1880-1956 böyük köməkçisi 1-ci müavini vəzifəsində faəliyyət göstərmişdi. Şahsu- var bəy Hüseynbəyov nüfuzlu bir şəxs kimi müstəqil dövlətimizin möhkəmlənməsində və torpaqlarımızın düşmənlərdən qorunmasında müstəsna xidmətlər göstərmişdi. Şahsuvar bəy məşhur xalq qəhrəmanı, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun böyük qardaşı Sultan bəy Sultanovun yaxın dostu və silahdaşı olmuşdu. 1919-cu ildə Sultan bəy Laçında Zabıx çayı vadisində qaniçən daşnak generalı Andronik Ozanyanın ordusunu darmadağın edəndə Şahsuvar bəy bu müdrik və igid xalq qəhrəmanının yanındaydı.

Şahsuvar bəy erməni-daşnak qüvvələrinin Qarabağa hücumlarının qarşısının alınmasında xalqımıza köməyə gəlmiş türk generalı Faruq Mustafa Nuru paşayla bərabər vuruşmada qəhrəmanlıqlar göstərmişdi. Odur ki, Nuru paşa ona" Kələntər” farsca" böyük” sözündəndir," hakim,”" başçı” deməkdir adı vermişdi. Kələntərov soyadı çox gümanki bu faktla bağlıdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra fəhləkəndli hökumətinə təhsilli kadrlar lazım idi. Şahsuvar bəyə də" iş” tapılmışdı. O, ömrünün sonunadək Laçın şəhərində maliyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli istiqlaliyyətimizin keşikçilərindən biri olan Şahsuvar bəy Kələntərov Hüseynbəyov 1934-cü ildə 54 yaşında ürək xəstəliyindən vəfat etmişdi.