Топ-100
Back

ⓘ Konstantin Borisoqlebskiy. Konstantin Arkadyeviç Borisoqlebskiy - memar, mülki-mühəndis, 1909-1913-cü illərdə Bakı şəhərinin baş memarı olmuşdur. ..




                                     

ⓘ Konstantin Borisoqlebskiy

Konstantin Arkadyeviç Borisoqlebskiy - memar, mülki-mühəndis, 1909-1913-cü illərdə Bakı şəhərinin baş memarı olmuşdur.

                                     

1. Həyatı və fəaliyyəti

Konstantin Borisoqlebskiy 1869-cu ildə Moskva quberniyasında, zadəgan ailəsində anadan olmuşdur. Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunda təhsilini bitirdikdən sonra, xidmət üçün Astraxana göndərilmişdir. Daha sonra fəaliyyətini Yeddisu vilayətində davam etdirən Borisoqlebskiy, burada Qazaxıstanın ilk metal körpüsünü 1898 inşa edir. 1896-1902-ci illərdə Yeddisu vilayətinin inşaat idarəsinin memarı kimi çalışır. Həmin müddətdə çoxlu sayda layihələrə imza atmasına baxmayaraq, onun yaradıcılığınn həmin dövrünün əsas işi kimi Almatı şəhərində layihələndirdiyi Yüksəliş kafedralı göstərilir. Konstantin Borisoqlebskiynin memarlığı və Andrey Zenkovun mühəndisliyi ilə inşa edilmiş kafedralın açılışı 1907-ci ildə baş tutur.

1902-ci ildə layihəsinin həyata keçirilməsini görmədən memar Yeddisu vilayətini həmişəlik tərk etməli olur. 1910-cu ildə Bakıya gələn Borisoqlebskiy şəhər memarı vəzifəsinə təyin edilir. Memarın yaradıcılığının Bakı dövrü iki monumental bina ilə yadda qalır ki, bunlar da Onginskaya 5 hazırda Məmməd Əmin Rəsulzadə küçəsindəki Olginskaya sıralarının binası 1910-1912 hazırda Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin binası və Balxanskaya 61 hazırda Füzuli küçəsi və Krasnovodskaya Səməd Vurğun küçəsi küçələrinin kəsişməsində yerləşən Kişi gimnaziyası 1911-1913 hazırda 4 nömrəli şəhər xəstəxanasının binası binasıdır.