Топ-100
Back

ⓘ Lütvəli bəy Zülqədərov. Lütvəli tarixi ədəbiyyatda Niftəli bəy yazılır Əslində, Lütvəli bəydir 1881-ci ildə Yelizavetpol quberniyasında iri mülkədar ailəsində a ..




Lütvəli bəy Zülqədərov
                                     

ⓘ Lütvəli bəy Zülqədərov

Lütvəli tarixi ədəbiyyatda Niftəli bəy yazılır Əslində, Lütvəli bəydir 1881-ci ildə Yelizavetpol quberniyasında iri mülkədar ailəsində anadan olmuşdur.

                                     

1. AXC dövründə fəaliyyəti

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Lütvəli bəy əvvəlcə Cəbrayıl Karyagin. indiki Füzuli qəzasının 2-ci sahə polisinin, Yelizavetpol Gəncə qəza polisinin 3-cü sahəsinin pristavı, habelə Ərəş qəzasında pristav vəzifəsində işləmişdi. Əhalinin böyük hörmətini qazanmışdı. Lütvəli bəy əvvəllər Peterburqda çar II Nikolayın sarayında qulluq etmiş, imperator və imperatriça Mariya Fyodorovna tərəfindən yüksək dövlət mükafatlarına layiq görülmüşdü. O, 1918-ci il oktyabrın 12-də daxili işlər naziri Behbud xan Cavanşirin 78 nömrəli əmri ilə Şamaxı qəzasının müvəqqəti rəisi vəzifəsinə təyin edilmiş və bu vəzifədə 1919-cu ilin iyununadək xidmət göstərmişdi. Sonuncu tarixdə, daxili işlər naziri N.Yusifbəylinin 23 iyun 1919-cu il tarixli 85 nömrəli əmri ilə Göyçay qəzasının rəisi 1-ci dərəcə üzrə 3.000 manat əmək haqqı ilə təyin olunmuşdu Lütvəli Niftəli bəy Zülqədərovun qəza rəisi kimi sonuncu vəzifəsi Cavad qəzasında olmuşdu. Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri M.H.Hacınskinin 1920-ci il 14 fevral tarixli 488 nömrəli əmri ilə L.Zülqədərov Göyçay qəzasaının rəisi vəzifəsindən azad olunub, mərkəzi Tərtər olan Cavanşir qəzasının rəisi təyin edilmişdi. L.Zülqədərov Cavanşir qəza rəisi vəzifəsində cəmi bir ay xidmət göstərmişdi. 1920-ci il martın 19-da daxili işlər naziri M.Vəkilovun əmri ilə Lütvəli bəy bu vəzifədən azad olunmuş, onun yerinə Mustafa bəy Qabulov təyin edilmişdi.

                                     

2. Aprel işğalından sonra

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lütvəli bəy Gəncədə yaşayırdı. O, 1920-ci il Gəncə üsyanında 24 may-4 iyun işğalçı XI orduya qarşı yerli əhalinin sırasında axıradək vuruşmuşdu. Üsyan yatırıldıqdan sonra Türkiyədən ona Gəncədən çıxıb oraya gəlmək təklif olunmuşdu. Lakin Lütvəli bəy buna razı olmamışdı və rus – bolşeviklər onu tutub elə 1920-ci ilin iyun ayında güllələmişlər. Bundan sonra onun ailəsi və nəsli də repressiyaya məruz qalmışdı. Zülqədərovlar təqibdən yaxa qurtarmaq üçün Mehralıyev soyadını qəbul etmişdilər.