Топ-100
Back

ⓘ Konstantin Lizqar tam adı: Konstantin Nikolayeviç Lizqar ; d. 1882 - 5 may, 1920, Bakı - Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü hökumət kabinəsində ərzaq naziri. ..




                                     

ⓘ Konstantin Lizqar

Konstantin Lizqar (tam adı: Konstantin Nikolayeviç Lizqar ; d. 1882 - 5 may, 1920, Bakı - Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü hökumət kabinəsində ərzaq naziri.

                                     

1. Həyatı

Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olmuşdur. O, 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olmuşdur. 1914-cü ildə praporşik rütbəsi ilə orduya çağırılmış və 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət etmişdir. Xüsusi Zaqafqaziya Komitəsində yollar komissiyasının kargüzarı olmuş, yollar komissarlığında xüsusi tapşırıqlar məmuru vəzifəsində ç`alışmışdır. 1918-ci ilin martında "Slavyan-rus cəmiyyəti"ni yaradanlardan biri və onun sədri olmuşdur. Həmin ilin oktyabrında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin əkinçilik naziri Xosrov Paşa bəy Sultanovun dəvəti ilə Bakıya gəlmiş, nazirlikdə xüsusi tapşırıqlar məmuru təyin olunmuş, Cümhuriyyətin 3-cü hökumət kabinəsində isə ərzaq naziri vəzifəsini tutmuşdur. 1920-ci il mayın 2-də 11-ci Qırmızı ordu inqilabi şurası yanındakı xüsusi şöbə tərəfindən həbs edilmiş, mayın 15-də əks-inqilabi fəaliyyətdə və sovet hökumətinə qarşı düşmənçilikdə ittiham edilərək güllələnmişdir.