Топ-100
Back

ⓘ Tereza Fyodorovna Ris. Tereza 1874-cü ildə, Rusiya İmperiyasında yəhudi əsilli bir ailədə anadan olmuşdur. Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbi ..




Tereza Fyodorovna Ris
                                     

ⓘ Tereza Fyodorovna Ris

Tereza 1874-cü ildə, Rusiya İmperiyasında yəhudi əsilli bir ailədə anadan olmuşdur. Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbində rus. Московское училище живописи, ваяния и зодчества təhsil almağa başladı. Çox gənc yaşlarında Moskvada evləndi və uşaq saldı. Professoruna dərs vaxtı etdiyi hörmətsizliyə görə məktəbdən atıldı. 21 yaşında Vyanaya köçdü. Vyana Rəssam Evi-də alm. Künstlerhaus Wien ‎ ilk sərgisini açdı. Bu sərgidə, ayaq dırnaqlarını kəsən çılpaq bir qadın təsvir olunan məşhur Cadı alm. Hexe ‎, ing. Witch adlı heykəli də var idi. Bu əsəri ilə İmperator I Frans İosifin diqqətini çəkdi və qısa bir müddətdə Vyanada tanınan bir rəssam halına gəldi. Eyni sərgiyə qatılan, Vyana Sesession Rəssam Evi-nin üzvü məşhur rəssam Qustav Klimt, Riyesə özləriylə birlikdə iş təklifi etdi. Riyes isə, Edmund von Hellmerdən təhsil almaq istəmiş və onun müəllimi olmasını istəmişdir. Hellmer əvvəllər Evli bir qadına təhsil vermək lazımsız bir işdir deyərək onun bu tələbini rədd etdiysədə, bir az da satışlardan əldə edəcəyi komissiyası düşünərək, Riyesə açdığı sərgilərdə kömək etməyi qəbul etdi.

1900 Paris Dünya Sərgisində və 1911 Turin Dünya Sərgisində, həm Avstriyanın həm də Rusiyanın çağırışı ilə sərgilər açmışdır. Şahzadə Aloys, rəssama öz yanında bir otaq təklif edərək, studiyada işləməyi təklif etmişdir.

Karyerası zamanı daş, mərmər, gips və bürünc kimi müxtəlif materiallardan istifadə edərək bir çox əsər yaratmışdır. Bunların bir hissəsi, Lunatik ", "Lusifer" və "Ölüm" adlı tanınmış nü əsərlərdir. İctimai sahələrdə sərgilənən büstlər də hazırlamışdır. 1897-ci ildə hazırladığı Yaromir Mundi ing. Jaromir Mundy adlı büstü, Vyana Yanğınsöndürənlər İttifaqının binasının yanında sərgilənir. Vyanada yaşayarkən Mark Tvenin fotoşəkillərini çəkdi və onun büstünü hazırladı. Bu onun bəlkə də ən məşhur əsəri idi.

Tənqidçi Karl Krausa görə, rəssamın açdığı sərgilər böyük maraq görmüş və bir çox adamın marağını çəkirmiş. 1928-ci ildə Die Sprache des Steines azərb. Daşların Dili ‎ adı ilə bir xatirə kitabını nəşr etdi. Avstriyanın izlədiyi faşist siyasətlər nəticəsində, 1938-ci ildə qalereyasını və studiyasını boşaltmaq məcburiyyətində qaldı. 1942-ci ilə qədər Vyanada qalmışdır, amma daha sonra Luqanoya köçməli oldu.