Топ-100
Back

ⓘ Rəşid bəy Axundzadə 1880-ci il martın 28-də Salyanda nüfuzlu ruhani, sonralar 1894-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin rəisi – şeyxülislam olmuş Əbdüssalam ..




Rəşid bəy Axundzadə
                                     

ⓘ Rəşid bəy Axundzadə

Rəşid bəy Axundzadə 1880-ci il martın 28-də Salyanda nüfuzlu ruhani, sonralar 1894-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin rəisi – şeyxülislam olmuş Əbdüssalam Axundzadənin ailəsində doğulmuşdu. Rəşid bəy Axundzadə 1912-ci ildə Kiyev Universitetinin hüquq fakultəsini bitirmişdi.

                                     

1. Fəaliyyəti

Axundzadə Rəşid bəy Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən Salyandan Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Axundzadə 1919-cu il yanvarın 1-dən fevralın 5-dək Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin işlər idarəsinin müdiri olmuş, Hökumətin 1919-cu il 5 fevral tarixli qərarı ilə Bakı qubernatoru təyin edilmiş və 1919-cu il avqustun 25-dək bu vəzifədə işləmişdir.

                                     

2. Ölümü

1920-ci il aprelin 28-də Aprel işğalından sonra keçmişinə görə təqiblərə məruz qalan Rəşid bəy repressiyanın qurbanlarından biri olmuş, 1937-ci ildə həbs edilərək sürgünə göndərilmişdi. Rəşid bəy Axundzadə 1940-cı ildə sürgün yerində həlak olmuşdur.