Топ-100
Back

ⓘ Əmir bəy Nərimanbəyov - ADR dövründə Bakı qubernatoru. Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M.S. Ağabəyzadənin 2 sentyabr 1919-cu ..




                                     

ⓘ Əmir bəy Nərimanbəyov

Əmir bəy Nərimanbəyov - ADR dövründə Bakı qubernatoru.

Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M.S. Ağabəyzadənin 2 sentyabr 1919-cu il tarixli əmri ilə Əmir bəy Nərimanbəyov 1-ci dərəcə üzrə aylıq məvacibi 3.600 manat olmaqla Bakının qubernatoru, Əmir xan Xoyski 1881-1954 isə 2-ci dərəcə üzrə 2.700 manat aylıq əmək haqqı ilə böyük köməkçisi birinci müavini vəzifəsinə təyin edilmişdi. Ə. Nərimanbəyov Bakının qubernatoru vəzifəsinə Rəşid bəy Axundzadənin istefasından sonra gəlmişdi. O, bu vəzifədə 1920-ci ilin aprelinədək xidmət göstərmişdi.