Топ-100
Back

ⓘ Hüseyn bəy Mahmudbəyov. Hüseyn bəy Behbud bəy oğlu Mahmudbəyov 1874-cü ildə Şuşada əsilli ailədə anadan olmişdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra ..




                                     

ⓘ Hüseyn bəy Mahmudbəyov

Hüseyn bəy Behbud bəy oğlu Mahmudbəyov 1874-cü ildə Şuşada əsilli ailədə anadan olmişdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şəhər məktəbində oxumuşdu. Daha sonra Şuşa qəza idarəsində 2-ci dərəcəli dəftərxana xidmətçisi kimi işə başlamışdı. Tərcüməçı və pristav vəzifələrini də daşımışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əvvəlcə Zəngəzur və Cəbrayıl-Karyagin indiki Füzuli rayonu qəzalarında böyük köməkçi, sonra isə qəza rəisi vəzifəsində çalışmışdır.

1919-cu il yanvarın 15-də Qarabağ General-Qubernatorluğu yaradılan zaman, general-qubernator Xosrov bəy Sultanovun köməkçisi müavini vəzifəsinə təyin olunmuşdu digər köməkçi erməni Qriqori Kələntərov idi. H. Mahmudbəyov bu vəzifədə AXC-nin süqutunadək xidmət etmişdi.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra vəzifədən kənarlaşdırılaraq, bir müddətdən sonra həbs olunan Hüseyn bəy Mahmudbəyov naməlum şəraitdə güllələnmişdi.