Топ-100
Back

ⓘ Jak Sayabalyan. Jak və ya Cek Sayabalyan, d. iyun 1880 - ö. 1915 - Erməni əsilli Osmanlı jurnalisti, tərcüməçisi və Konyadakı Böyük Britaniya səfirinin müavini. ..




Jak Sayabalyan
                                     

ⓘ Jak Sayabalyan

Jak və ya Cek Sayabalyan, d. iyun 1880 - ö. 1915) - Erməni əsilli Osmanlı jurnalisti, tərcüməçisi və Konyadakı Böyük Britaniya səfirinin müavini.

                                     

1. Bioqrafiya

Jak Sayabalyan 1880-ci ilin iyun ayında Osmanlı İmperiyasının Konya vilayətində anadan olmuşdur. Atası Konya qubernatoru idi. Sayabalyan ibtidai təhsilini Konyadakı yerli bir məktəbdə tamamlamışdır. 1896-cı ildə İstanbula gedərək "Reteyos Berberyan adına erməni məktəbi"nə daxil olmuşdur. Sayabalyan təhsilini iki il ərzində İzmirdə yerləşən Amerikan Kollecində davam etdirmişdir. 1904-cü ildə Amerikan Kollecində təhsilini tamamladıqdan sonra ingilis dilində səlis danışan Sayabalyan, Konyaya geri qayıdıb Britaniya səfirliyinin tərcüməçisi olmuşdur. 5 il tərcüməçilik etdikdən sonra, Sayabalyan İstanbula geri qayıtmış və müxtəlif yerli ermənidilli qəzetləri və jurnalları üçün jurnalistlik etməyə başlamışdır. Konyanı təmsil edən "Erməni Millət Məclisi"nin üzvü olmuşdur. Surhantaq və Massis kimi yerli ermənidilli qəzetlərində işləmişdir. Sayabalyan Massis qəzetində işlədikdən sonra şeirlərini və hekayələrini qələm adı olan V ilə imzalayırdı.

                                     

2. Ölümü

24 aprel 1915-ci il tarixində Jak Sayabalyan dostları ilə birlikdə İstanbuldakı evində həbs olunmuş və Çanqırıya deportasiya edilmişdir. Oradakı həbsxanadan çıxarılmış və Ankarada öldürülmüşdür.