Топ-100
Back

ⓘ Yevgeni Paxomov. Yevgeni Aleksandroviç Paxomov - tanınmış sovet numizmatı və arxeoloq, Gürcüstan və Azərbaycan numizmatikasının tədqiqatçısı. ..




                                     

ⓘ Yevgeni Paxomov

Yevgeni Aleksandroviç Paxomov - tanınmış sovet numizmatı və arxeoloq, Gürcüstan və Azərbaycan numizmatikasının tədqiqatçısı.

                                     

1. Həyatı

Yevgeni Aleksandroviç Stavropolda doğulub, 1896-cı ildə Tiflisdə məktəbi bitirib. 1900-cu ildə Sankt-Peterburq Arxeologiya İnstitutu, 1902-ci ildə isə Texnologiya İnstitutunu bitirmişdir. 1920-ci ildə Bakıya köçmüşdür, burada Azərbaycan Tarixi Muzeyin təşkilatçılarından biri oldu, elmi fəaliyyəti ərzində bu muzeylə əlaqəsini kəsmədi.

Tezliklə Azərbaycan Dövlət Universitetində işə daxil oldu ki, burada 1922-ci ildən 1930-cu ilə qədər numizmatika şöbəsinə rəhbərlik etmişdir. Faktiki olaraq Azərbaycan numizmatikasının banisi olmuşdur, ona qədər bu sahədə tədqiqatlar ciddi səviyyədə aparılmırdı.

1941-ci ildə Bakı Universitetinin dosenti, 1945-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək professor elmi adını qazanmışdır.

1947-dən 1953-dək axeologiya kafedrasının müdiri kimi fəaliyyət göstərirdi. 1955-ci ildə Azərbaycan SSR əməkdar elm xadimi adına layiq görülmüşdür.

1962-ci ildə Azərbaycan SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçildi.

Yevgeni Aleksandroviç Paxomov öz sahəsinin ən nüfuzlu alimlərindən biri idi. Çoxlu arxeoloji ekspedisiyaları etdi, xəzinələrin təsvirini verdi və Qafqaz numizmatikasına həsr olunmuş bir çox əsərlər yaratdı. Elmi fəaliyyətinin bir çox istiqamətlərində ilk tədqiqatçı kimi çıxış etdi.

Paxomovun nadir sikkə toplusu Leninqrad, Tiflis və Bakı muzeylərinin fondlarına daxil oldu, kolleksiyanın bir hissəsi Ermənistan muzeyinə, o biri hissəsi isə fərdi kolleksiyaçılara qaldı.

Paxomovun məqalələri rəqəmliləşdirmə prosesindədir və akademia.edu səhifəsində xüsusi səhifəyə yüklənir.

                                     

2. Mənbələr

  • Пачкалов А. В. О научном наследии выдающегося нумизмата-востоковеда Е. А. Пахомова // XXIV "Крупновские чтения" по археологии Северного Кавказа. Нальчик, 2006.
  • Кулиев Т. А. Нумизматика Азербайджана в исследованиях Е. А. Пахомова. Автореферат диссертации на соискание ученой степени кандидата исторических наук. Специальность: 07.00.06- Археология. Баку-2005 г., 20 с.
  • Фенглер Х., Гироу Г., Унгер В. Словарь нумизмата: Пер. с нем. М. Г. Арсеньевой / Отв. редактор В. М. Потин. - 2-е изд., перераб. и доп. - М.: Радио и связь, 1993. - С. 245. - 408 с. - 50 000 экз. - ISBN 5-256-00317-8.
  • Акопян А. В. Евгений Александрович Пахомов 1880 - 1965. Библиография научных работ Е. А. Пахомова // Эпиграфика Востока. Вып. 30. М.: Институт востоковедения РАН, 2013. C. 310 - 329.
  • Библиография. Архивировано из первоисточника 25 мая 2012.