Топ-100
Back

ⓘ Mir Bəşir Qasımov. Mirbəşir Fəttah oğlu Qasımov, Bakı - dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri. ..




Mir Bəşir Qasımov
                                     

ⓘ Mir Bəşir Qasımov

Mirbəşir Fəttah oğlu Qasımov, Bakı) - dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri.

                                     

1. Həyatı

Mirbəşir Fəttah oğlu Qasımov 1879-cu ildə Cənubi Azərbaycanın Daşbulaq kəndində anadan olmuşdur. 1898-ci ildən inqilabi işə qoşulmuşdu.

Mirbəşir Qasımov 1905-ci ildə Balaxanı neft mədənlərində çalışırdı.

M. Qasımov 1920-ci ilin aprelində Müsavat hakimiyyətinə qarşı üsyanın əsas təşkilatçılarından olub. 1921-ci ildən 1935-ci ilədək Azərbaycan hökumətinin sədr müavini, 1935–1937-ci illərdə Azərbaycan Sosial Təminat Komitəsinin xalq komissarı, 1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinin sədri olub.

Mirbəşir Qasımov 23 aprel 1949-cu ildə vəfat edib.

1949-cu ildə Mirbəşir Qasımovun vəfatından sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə Tərtər rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdur.