Топ-100
Back

ⓘ Ələkbər bəy Tufan. Əli Əkbər bəy Tufan, İğdır, Qafqaz canişinliyi – 11 oktyabr 1974, İğdır - İğdır Milli Cumhuriyyətinin başçısı. ..




Ələkbər bəy Tufan
                                     

ⓘ Ələkbər bəy Tufan

Əli Əkbər bəy Tufan, İğdır, Qafqaz canişinliyi – 11 oktyabr 1974, İğdır) - İğdır Milli Cumhuriyyətinin başçısı.

                                     

1. Həyatı

Əli Əkbər bəy Tufan 1874-cü ildə tarixi Azərbaycan torpağı olan İğdırın Mələkli hissəsində dünyaya gözünü açıb. O, bölgədə xüsusi nüfuzu olan Ramazanoğlu ailəsinə mənsub olub.

O, Azərbaycan Milli Şurası Müsavat Partiyasının 1. dönəm İğdır millət vəkili, eyni zamanda Difai Gizli Təşkilatı1905 üzvü, İttihad-i İslam Türk Birliyi Cəmiyyəti İğdır təmsilçisi 1910 vəzifələrində çalışmışdır.

Əli kbər bəy birinci dünya müharibəsində Cəmiyyət-i Xeyriyənin İğdır təmsilçisi olaraq Balkan Savaşı, Sarıqamış əməliyyatı zamanı TBMM ordusuna Qafqaz üzərindən pul yardımı axışlarını təşkil etmişdir.

Rus Çarlığının dağılmasının ardından doğan avtoritar boşluqdan dolayı doğum yeri olan İğdıra dönərək Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə paralel işlərə başlamış və türk ordusunun legal yollardan İğdıra çata bilməsi üçün İğdırda müsəlman xalqı təşkilatlandıraraq İğdır İcra Komitəsini1915-1917 qurmuşdur.

Ermənilərin də qatıldığı, başqanı türk olmaq şərtı ilə 5-i türk 5-i ermənilərdən ibarət olan komitənin başqanlığını üstlənmişdir. Ermənilərin Bakıya hücum etməsi səbəbi ilə iğdırlı ermənilər idarədən istefa vermiş, ardından İğdır mərkəzində yer alan hökumət sarayı 4.000 nüfuza malik olan Mələkliyə köçürülərək paytaxtı Mələkli olan və Azərbaycandan asılı İğdır Milli Cumhuriyyəti 1917-1920 elan edilmişdir.

Hökumətin başçısı olaraq Əli Əkbər Tufan seçilen bu cümhuriyyət Mavera-i Qafqaz Cumhuriyyəti SEYM tərəfindən tanınmışdır. Əli Əkbər Tufanın rəhbərlik etiyi bu dövlət tanınmış və müstəqil ilk türk cümhuriyyəti kimi tarixə düşüb.

Qafqazda türk xalqını silahlandırmaq üçün təşkil edilən gizli Tiflis Türk Qurultayına qatılan Əli Əkbər Tufan, İğdır Milli Hökumət Birliklərini erməni-daşnaq dəstələrinə qarşı müdafiə etmək üçün silah təminatını Məhəmməd Əmin Rəsulzadənin yardımlarıyla əldə etmişdir.

Vilson prinsipləri ilə əlaqədar bölgəyə gələn ABŞ Baş Qərargah rəisi General James Harbord, Əli Əkbər Tufan ilə birlikdə bölgəni gəzərək Antanta Dövlətlərinə;" Böyük Ermənistan adlanan yerdə erməni görə bilmədim” məlumatını göndərmişdir. Bu vəziyyət Lozanna konfransı ərəfəsində İğdırın Türkiyə sərhədlərinə daxil olması üçün böyük önəm kəsb etmişdir. Lozanna konfransı ərəfəsində Azərbaycan Sovet işğalında olduğu üçün İğdır, Qars, Ərdahan, Ərzurum, Ağrı kimi əzəli Azərbaycan torpaqları Türkiyənin himayəsi altına girmişdir.

Əli Əkbər Tufan bölgədə qurulan Araz Türk Cumhuriyyəti, Cənubi-Qərbi Qafqaz Hökuməti, Mavera-i Qafqaz Cumhuriyyəti SEYM, Azərbaycan Demokratik Cumhuriyyətinin qurucuları arasında yer almış, Cənub-Qərbi Qafqaz Hökumətini dağıtmaq üçün bölgəyə gələn Anzaq birlikləriylə vuruşmuş, sürgünden kaçmayı başarmıştır.

Türkiyə Cumhuriyyətinin qurulmasından sonra başlanan əhali mübadiləsi ilə Sürməli mahalının Türk Ocağı başqanlığını üstlənərək İğdıra köçən əhali ilə məşğul olmuşdur.

11 oktyabr 1974-cü il tarixində vəfat edən Əli Əkbər bəy Tufanın ölümü İran, Azerbaycan kimi ölkələrdə böyük hüznə səbəb oldu.

Əli Əkbər bəy Tufan Bütöv Azərbaycanın bir parçası olan İğdır, Qars, Ərdahan, Ağrı və Ərzurumun Azərbaycan torpaqları olaraq qalması üçün mübarizə apardı. Dövrünün çətinlikləri və məhdudluqlar içinde Əli Əkbər bəy xalqı və vətəni üçün onlarla əvəzedilməz işlər görmüşdür.