Топ-100
Back

ⓘ Ülviyyə Sultan. II Əbdülhəmidin ilk və ən sevimli övladı idi. Atasının şahzadəlik illərində Dolmabağça sarayında dünyaya gələn Ülviyyə Sultanın anası çərkəz əsi ..




                                     

ⓘ Ülviyyə Sultan

II Əbdülhəmidin ilk və ən sevimli övladı idi. Atasının şahzadəlik illərində Dolmabağça sarayında dünyaya gələn Ülviyyə Sultanın anası çərkəz əsilli Nazikəda xanım idi. Sarayda baş verən qəza nəticəsində hələ 7 yaşında ikən yanaraq faciəvi şəkildə ölmüşdür. II Əbdülhəmid bu övladını və onun acısını heç vaxt unutmadı. Ayşə Sultanın xatirələrində dediyinə görə, atası II Əbdülhəmid Ülviyyə Sultan haqqında danışarkən "Allah heç birinizin acısını göstərməsin, ancaq Ülviyyəmi heç vaxt unutmayacam, ağrısı qəlbimi yandırır" demişdir. Məzarı Yeni Məsciddə Cədid Havadin türbəsində anasının məzarının yanındadır.