Топ-100
Back

ⓘ Əli ibn Hüseyn əl-Haşimi - - 1924-1925-ci illərdə hakimiyyətdə olmuş Hicaz krallığının ikinci kralı. Haşimilərin Hicazda sonuncu kralı. ..




Əli ibn Hüseyn əl-Haşimi
                                     

ⓘ Əli ibn Hüseyn əl-Haşimi

Əli ibn Hüseyn əl-Haşimi - - 1924-1925-ci illərdə hakimiyyətdə olmuş Hicaz krallığının ikinci kralı. Haşimilərin Hicazda sonuncu kralı.

                                     

1. Həyatı

Əli ibn Hüseyn, Hicazın birinci kralı Hüseyn ibn Əlinin böyük oğlu idi və Qalatasaray liseyini bitirmişdi.

Birinci dünya müharibəsində atası Hüseyn ibn Əli ingilisləri dəstəklədi. Müharibədən sonra Ərəbistan yarımadasında müstəqil Hicaz krallığını yaratdı və oğulları Abdulla İordaniya, Feysəl isə Suriya-İraq kralı oldu. Böyük oğlu Əli isə özünün varisi elan etdi.

1924-cü ilin mart ayında Hüseyn ibn Əlinin özünü müsəlmanların xəlifəsi elan etməsi Hicaz krallığı ilə Nəcd əmirliyi arasında münaqişəyə səbəb oldu. Müharibə Hicaz üçün çox uğursuz oldu. 1924-cü ilin oktyabrında Hüseyn ibn Əli taxtdan Əlinin xeyrinə əl çəikdi.

Əli Ciddəyə tərəf çəkildi və nəticədə Nəcd əmirliyi Məkkə və Mədinə şəhərlərini ələ keçirdi. 1925-ci ildə Nəcd əmirliyi ilə Böyük Britaniya arasında müqavilə imzalandı. Bu müqavilə ilə ingilislər Nəcdin Hicazı zəbt etməsini təsdiqləyirdilər. 22 dekabr 1925-ci ildə Ciddə təslim oldu. Hicazın sonuncu Haşimi kralı Əli ailəsi ilə birlikdə İraqa qardaşı Feysəl ibn Hüseynin yanına getdi.

1935-ci ilin fevralın 13-də Bağdadda öldü.

                                     

2. Ailəsi

Əli ibn Hüseyn, 1906-cı ildə Məkkə şərifi əmir Abdullah ibn Məhəmməd Paşanın qızı Nəfisə xanım ilə evləndi. Bu evlilikdən onun dörd qızı və bir oğlu dünyaya gəlmişdir.

  • Cəlilə 1923-1955 - Şərif Əhməd Hazim ilə evləndi
  • Aliyə 1911-1950 - İraq kralı I Qazi ilə evləndi. İraq kralı II Feysəlın anası idi.
  • Xədicə Əbdiyyə 1907-1958
  • Abdullah 1913-1958 - İraq naibi
  • Badiyə 1920-2020 - Hüseyn ibn Əli ilə evləndi və bu evlilikdən Əli ibn Hüseyn adlı oğlu oldu. Əli ibn Hüseyn İraq kralı I Feysəlin vəliəhdi idi.