Топ-100
Back

ⓘ Rüstəm Şıxlinski - hərbçi. Müqəddəs georgi” və Müqəddəs Vladimir” ordenləri ilə təltif edilmişdir. General Əliağa Şıxlinskinin qardaşı oğlu, Cavad bəy Şıxlinski ..




Rüstəm Şıxlinski
                                     

ⓘ Rüstəm Şıxlinski

Rüstəm Şıxlinski - hərbçi." Müqəddəs georgi” və" Müqəddəs Vladimir” ordenləri ilə təltif edilmişdir. General Əliağa Şıxlinskinin qardaşı oğlu, Cavad bəy Şıxlinskinin qardaşı, Hüseyn Əfəndi Qayıbovun nəvəsi, yazıçı İsmayıl Şıxlının dayısıdır. İkinci Şıxlı kəndindəndir, Aşağı Salahlı kəndində anadan olub.

                                     

1. Həyatı

Şıxlinski Rüstəm bəy Məmməd ağa oğlu 1878-ci ildə Qazax qəzasının Qazaxlı kəndində dünyaya gəlmişdir. General-mayor Cavad bəy Şıxlinskinin qardaşı, general-leytenant Əli ağa Şıxlinskinin qardaşı oğludur. Qardaşı ilə birlikdə Tiflisdə zadəganlar üçün kadet korpusunda, sonra isə Peterburqda Mixaylov Topçuluq Məktəbində oxumuşdur. Bir müddət çar ordusunda xidmət etmiş, Birinci Dünya Müharibəsi illərində tatar polkunun tərkibində vuruşmuş," Müqəddəs georgi” və" Müqəddəs Vladimir” ordenləri ilə təltif edilmişdir.

Azərbaycan Demokratik Cümhuriyyəti zamanında Milli Ordumuzun təşkilində mühüm xidmətləri olmuşdur. 1918-ci ildə Ağdamda pulemyot bölüyünə məxsus hazırlıq məktəbi açılmış, miralay polkovnik Rüstəm bəy Şıxlinskinin idarəsi altında topçu hissəsi təşkil edilmişdir.

1920-ci ildə Gəncədəki may üsyanının fəal təşkilatçılarından olmuş və həmin il bolşeviklər tərəfindən güllələnmişdir.

  • Cavad bəy Şıxlinskinin qardaşıdır.
  • Hüseyn Əfəndi Qayıbovun nəvəsidir.
  • General Əliağa Şıxlinskinin qardaşı oğludur.