Топ-100
Back

ⓘ Məhəmməd Tağı Ərəszadə. Dövrünün görkəmli din xadimi, tərcüməçi və publisist Axund Hacı Məhəmməd-Tağı Ərəszadə 1867-ci ildə Gəncə şəhərində ruhani ailəsində ana ..




                                     

ⓘ Məhəmməd Tağı Ərəszadə

Dövrünün görkəmli din xadimi, tərcüməçi və publisist Axund Hacı Məhəmməd-Tağı Ərəszadə 1867-ci ildə Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. Məhəmməd-Tağı Ərəszadə Nəcəf şəhərində təhsil almışdır. Hacı Məhəmməd-Tağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən biri idi. Axund Hacı Məhəmməd-Tağı Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü olmuşdur. O, dövri mətbuatda dini-əxlaqi, şəriət məsələləri ilə bağlı mütəmadi olaraq yazılarla çıxış edirdi. Onun ərəb dilindən etdiyi bəzi tərcümələr və yazdığı" Vəşrihi-fəraiz” adlı kitab bu gündə alimin şəxsi kitabxanasında qorunub saxlanılır." Vəşrihi-fəraiz” kitabı 1907-ci ildə Tiflis mətbəəsində çap olunmuşdur. 1911 də fəfat etmişdir.