Топ-100
Back

ⓘ Akaki Çxenkeli. Fevral burjua-demokratik inqilabından sonra Xüsusi Cənubi Qafqaz Komitəsi elan edilmiş, Akaki Çxenkeli də qurumun daxili işlər komissarı olmuşdu ..




Akaki Çxenkeli
                                     

ⓘ Akaki Çxenkeli

Fevral burjua-demokratik inqilabından sonra Xüsusi Cənubi Qafqaz Komitəsi elan edilmiş, Akaki Çxenkeli də qurumun daxili işlər komissarı olmuşdur. Trabzon sülh konfransında Gürcü deleqasiyasına liderlik edən Çxenkeli 9 apreldə seymin, daha sonra isə Zaqafqaziya Demokratik Federativ Respublikasının hökumət başçısı və xarici işlər naziri olmuşdur. Gürcüstan Demokratik Respublikası elan ediləndən sonra isə daxili işlər nazirliyinə gətirilmiş, 1919-cu ildə deputat olmuşdur. 1921-ci ilin yanvarı Parisdə səfir olan Çxenkeli Gürcüstan Sovet Sosialist Respublikasının elan edilməsindən sonra bir daha Gürcüstana qayıtmamışdır. 1959-cu ildə, Parisdə vəfat edib.

                                     

1. Ailəsi

24 iyul 1880-ci ildə Suxumidə Makrine Turkia ilə evlənmişdir. 1 iyul 1905-ci ildə oğlu Aleksi 1904-1985 doğulmuşdur. Uşka Çxenkeli və Kita Çxenkelinin böyük qardaşıdır. 2005-ci ildə nəvələri Tamara və Qivi Mixail Saakaşvilidən ölkələrinə qayıtmaq üçün icazə istəmişdilər.