Топ-100
Back

ⓘ Leon Vert - fransız yazıçısı və incəsənət tənqidçisi, Oktav Mirbonun dostu və Antuan de Sent-Ekzüperinin ən yaxın dostu və sirdaşı. Əsərlərində Fransa cəmiyyəti ..




Leon Vert
                                     

ⓘ Leon Vert

Leon Vert - fransız yazıçısı və incəsənət tənqidçisi, Oktav Mirbonun dostu və Antuan de Sent-Ekzüperinin ən yaxın dostu və sirdaşı.

Əsərlərində Fransa cəmiyyətinin hər iki dünya müharibəsi dövründəki yaşamına və kollaborasionizmə tənqidi və həssas yanaşma müşahidə olunur.

                                     

1. Kitabları

  • Saint-Exupéry, tel que je lai connu Mənim tanıdığım Sent-Ekzüperi
  • Le destin de Marco Markonun taleyi
  • Déposition / Journal 1940 - 1944
  • La maison blanche Ağ ev
  • Cochinchine Koçin-çin
  • Voyages avec ma pipe Çubuğumla birgə səyahət
  • Le monde et la ville Dünya və şəhər
  • Impressions daudience
  • 33 jours 33 gün
  • Clavel chez les majors Mayor Klavel
  • Une soirée à LOlympia Olimpiyada gecə
  • Caserne 1900
  • Clavel soldat Əsgər Klavel
                                     

2. "Balaca şahzadə"

Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri Leon Vertə həsr olunmuşdur. Əsərin epiqrafında aşağıdakı sözlər yazılıb:

"Leon Vertə.

Uşaqlardan xahiş edirəm ki, bu kitabı yaşlı adama həsr etdiyimə görə məni bağışlasınlar. Mənim çox ciddi üzrlü səbəbim var: həmin yaşlı adam mənim dünyadakı ən yaxşı dostumdur. İkinci üzrlü səbəbim də var: həmin yaşlı adam dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Üçüncü üzrlü səbəbim: o Fransada yaşayır, orada indi aclıq və soyuqdur. Əgər bütün bu üzrlər kifayət deyilsə, onda mən bu kitabı həmin yaşlı adamın bir vaxtlar olduğu balaca oğlana həsr etmək istəyirəm. Bütün yaşlı adamlar nə vaxtsa balaca olublar, amma hamısı bunu xatırlamır. Odur ki, mən öz ithafıma düzəliş etmək istəyirəm:

Balaca oğlan olduğu vaxtkı Leon Vertə".

                                     

3. Xarici keçidlər

Fransızca

  • Events in the Pompidou Center Library in Paris Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine
  • Pierre Michel, Octave Mirbeau et Léon Werth Arxivləşdirilib 2006-08-27 at the Wayback Machine.
  • Léon Wert on the website of Viviane Hamy Publishing house Arxivləşdirilib 2006-02-12 at the Wayback Machine
  • Une soirée à lOlympia, livre electronique
  • Left french newspaper Politis, january 2006