Топ-100
Back

ⓘ Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. 1894-cü ildə İrana getmiş Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci il ..




Abbas Səhhət
                                     

ⓘ Abbas Səhhət

Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. 1894-cü ildə İrana getmiş Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür.

"Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur Füyuzat jurnalı, 1906-1907-ci illər. Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus, fransız, alman şair və yazıçılarının əsərləri ilə tanış edir

1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür. Bir qədər sonra "Əhmədin şücaəti" adlı poeması, 1916-cı ildə isə "Şair, şeir pərisi və şəhərli" adında romantik poeması nəşr olunur.

Abbas Səhhətin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri olmuşdur. O, türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanmış, xüsusilə Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərmişdir.

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə etmiş, İslam dəyərlərindən imtinaya qəti etiraz edərək, əsərlərində "ümummüsəlman qərbçiliyi" ideyasını dəstəkləmişdir.

1908-ci ildə baş vermiş İran inqilabına ən gözəl əsərlərini həsr etmişdir.Şair həm də Mirzə Ələkbər Sabir ilə yaxın dost olmuşdur. Hər ikisinin Şamaxıda yaşamağı bu dostluğun güclənməsində böyük rol oynamışdır. Onlar bəzən ikisi birlikdə Bakıya gəlmişdir.

Abbas Səhhət fəal maarif və mədəniyyət xadimlərindən olmuşdur. Məktəb, kitabxana açılmasına çalışmış, M.Mahmudbəyovla birgə "Yeni məktəb" 1909, "Üçüncü il" 1909, "Türk ədəbiyyatına ilk qədəm" 1914 dərsliklərini yazmışdır. Onun ən mühüm xidmətlərindən biri M.Ə.Sabirin əsərlərini toplayıb ilk dəfə "Hophopnamə" adı ilə nəşr etdirməsidir 1912. Əsərləri xarici dillərə tərcümə olunmuşdur. Anadan olmasının 100 illik yubileyi geniş miqyasda keçirilmiş 1974, Gəncədə abidəsi qoyulmuşdur. Adına küçə, kitabxana, məktəb və s. var.

                                     

1. Kitabları

  • Neft fontanı 1 pərdəli komediya. Bakı: 1912,
  • Kasıblıq eyib deyil 2 pərdəli komediya. Bakı: 1912,
  • Qərb günəşi tərcümələr toplusu. Bakı: 1912,
  • Sınıq saz. Bakı: 1912,
  • Cəhalət səmərəsi yaxud bir yetimin xoşbəxtliyi. Bakı: 1914
  • Azərbaycan dilinin 3 illik tədrisi üçün dərslik Mahmudbəyovla şərikli. Bakı: 1912,
                                     

2. Ədəbiyyat

  • Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. - səh. 478-479.
  • "Abbas Səhhət" 1949
  • Quluzadə. Abbas Səhhət haqqında bir neçə söz. "Maarif İşçisi" jurnalı 6-7 14-15-ci saylar, Bakı: 1927.
  • Abdulla Şaiq. Türk ədəbiyyatının müntəxabatı. Bakı: 1925,
  • "Abbas Səhhət" 1986
  • Abdulla Şaiq. Ədəbiyyatımız haqqında. "Maarif İşçisi" jurnalı 2-4 14-15-ci saylar, Bakı: 1927.