Топ-100
Back

ⓘ Məhəmməd Hadi. Ağa Məhəmməd Əbdülsəlim oğlu Əbdülsəlimzadə - azərbaycanlı şair, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, Tofiq Fikrət irsinin i ..




Məhəmməd Hadi
                                     

ⓘ Məhəmməd Hadi

Ağa Məhəmməd Əbdülsəlim oğlu Əbdülsəlimzadə - azərbaycanlı şair, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, Tofiq Fikrət irsinin ilk araşdırıcısı, Tatar süvari alayının imamı.

Məhəmməd Hadi XX əsr Azərbaycan şairləri içərisində mətbuatla sıx əlaqəsi olan sənətkarlardan biridir. Öz əsərlərinin əksəriyyətində vətən, millət mövzusuna toxunan Məhəmməd Hadi Azərbaycan poeziyasının intibah, azadlıq və hürriyyət mücahidlərindən biri olmuşdur. Ona görə də M.Ə.Rəsulzadə Azərbaycan Cümhuriyyəti əsərində bir tərəfdən rus ədəbiyyatı, digər tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan istiqlal mövzusunda mübariz əsərlər yazan şairlər arasında Məhəmməd Hadini ayrıca dəyərləndirirdi.

Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür. Məhəmməd Hadi yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərdi. O dönəmdə müharibə, azadlıq, istiqlal mövzusunda ən çox əsərlər yazan Məhəmməd Hadi olmuşdur.

                                     

1. Həyatı

Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi ərəb. doğru yol göstərən ‎‎ təxəllüsünü seçən Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonralar şair Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxumuş, kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəmişdir. Hələ uşaqkən atasını itirən Hadinin anası onu və bacıları Sahibə və Əsmanı ata qohumlarının himayəsinə buraxaraq Sulut kəndində varlı biri ilə evlənmiş, bundan sonra uşaqlara böyük nənələri Əbdülsəlimin anası Teyyibə xanım baxmışdır.Şairin yaxın qohumlarından olan Mustafa Lütfi bəy onun tərbiyəsində böyük əmək sərf etmişdir. Nənəsinin vəfatından sonra Məhəmməd Hadi qohumu Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini ondan öyrənmişdir. Məhəmməd Hadi gənclik illərində ilahiyyat elmləri ilə bərabər dünyəvi elmləri, xüsusilə dil, ədəbiyyat, fəlsəfə, məntiq, tarixi də dərindən öyrənmişdi. Şair hələ gənc yaşlarından xaricdə təhsil almaq istəsə də, maddi imkanı olmadığından bu arzusu ürəyində qalmışdı. Ədibin yaxın dostu, məsləkdaşı Seyid Hüseyn şair haqqında yazırdı:

Hadi istədiyi məktəblərdə, istədiyi elmləri oxumağa nail ola bilmədiyindən əmisi oğlunun köməyi ilə ticarət işinə əl atmış, lakin bu işə marağı olmadığından işi tezliklə tərk etmişdir. 1902-ci ildə yanvar ayının son günündə Şamaxıda təbii fəlakət baş verir. Şamaxı zəlzələsindən sonra hamı kimi Məhəmməd Hadi də köçür. Bu haqda Ö.F.Nemanzadə öz xatirələrində yazır:

Kasıb olduğu üçün sevgilisi tərəfindən tərk edilən Məhəmməd Hadi ölənə qədər ailə qurmamışdır.

                                     

2. Fəaliyyəti

Kürdəmirə köçən, tacirlik bacarmayan, iki dəfə dükan açsa da, iflasa uğrayan Məhəmməd Hadi özünü xarakterinə daha yaxın sahədə sınamaq qərarına gəlmiş və bəzi maarifpərvərlərin müavinəti ilə Kürdəmirdə yaşayan şamaxılı Ağa əfəndi ilə birlikdə məktəb açıb tədrisə başlamışdır. Çox keçmir ki, Məhəmməd Hadi Kürdəmir ziyalılarının nəzərini cəlb etmiş, onu Zaqafqaziya müəllimlər qurultayına Kürdəmir müəllimləri tərəfindən nümayəndə seçilmiş və 1904-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya müəllimlər qurultayında iştirak etmişdi. Məhəmməd Hadinin işlər

1902-1906-cı illər Kürdəmirdə yaşadığı illərdə maddi imkanları nisbətən düzələn Məhəmməd Hadi yenə də əvvəlki qayda ilə mütaliəsini davam etdirir, Kəlküttədən Həblül-mətin ", İstanbuldan Sabah ", Bakıdan Həyat ", Bağçasaraydan Tərcüman qəzetlərini gətirdib oxuyurdu.

                                     

3. Yaradıcılığı

25 yaşına qədər nə bir qəsidəsi, nə də bir aşiqanə qəzəli olan şairin mətbuata gəlişi 1905-ci ilin ortalarına təsadüf edir. Onu yaxından tanıyan, yaxın dostu Mustafa Lütfi Həştərxanda "Bürhani-Tərəqqi" qəzetini nəşr edirdi və onun Məhəmməd Hadi kimi qələm sahibinə ehtiyacı var idi. Onun çağırışına görə Məhəmməd Hadi tamamilə müəllimlikdən əl çəkir, 1905-ci ildə Həştərxana gedir, mətbuatda çalışmağa başlayır. Məhəmməd Hadi "Həyat", "Füyuzat" və "Bürhani-Tərəqqi" qəzetlərində elmə, maarifə çağıran şeirlər və intibah məsələlərinə dair məqalələr yazırdı. Məhəmməd Hadi 1906-cı ildə Əli bəy Hüseynzadənin çağırışı ilə Bakıya gəlib "Füyuzat" məcmuəsində çalışır, buradakı osmanlı müəlliflərindən fərqli olaraq yerli həyata dair yazıların geniş nəşrinə çalışır. "Füyuzat" bağlandıqdan sonra o, "Təzə həyat" və "İttifaq" qəzetlərində işləyir.

1907-1908-ci illərdə Məhəmməd Hadi artıq Azərbaycan şairləri arasında görkəmli simalarından sayılırdı. Nəğmeyi-əhraranə ", Duşizeyi-hürriyətə ", Gül, sevdiyim, gül " Huriyi-hürriyətə ", Ədvari-təcəddüd ", Əsari-inqilab və s. şeirlərində Məhəmməd Hadi bilavasitə və ya dolayısı ilə azadlıqdan danışırdı.

1908-ci ildə çıxmış Firdovsi-ilhamat kitabına Varmı bundan yuxarı uçmağa istedadım misrası ilə başlanan Cəhalətimdən şikayət ", Aşiqi-sadiqləriz, pünhan deyil bürhanımız misrası ilə başlanan Bu da bir həqiqət ", Afərin olsun sənə, filusufi-zifunun misrası ilə başlanan Şeyxlərə-işanlara ", Sofi, gəl öyrən həyatın tərzini heyvandan misrası ilə başlayan Söfiyə-zahidə və b. şeirləri, məqalələri, tərcümələri daxil edilmişdir.



                                     

3.1. Yaradıcılığı Poemaları

  • Beşikdən məzara qədər bəşərin əhvalı;
  • İranlı qardaşlarıma;
  • İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah
  • Aləmi-müsavatdan;
                                     

3.2. Yaradıcılığı İqtibas və tərcümələri

  • Ümidi-visali-canan, yaxud qəm yemə Hafiz Şirazidən;
  • Ədl-zülm, yaxud bir xərabəzarın mənzərəsi ";
  • Dinlə, gözəlim! ";
  • Hekayeyi-eşq ";
  • Nəsimi-səbaya niyaz ";
  • Təraneyi-tövhid ";
  • Xəmseyi-Nizamidən tərcümə ";
  • Məhəmmədəli Mirzənin nəzəri-diqqətinə ədalətli bir vəsiyyət ";
  • İlhami-Xəyyam
  • Cavanmərdlik yaxud fəzaili-aliyyə Sədi Şirazidən);
  • Hər gülşəndən bir çiçək ";
  • Tövbə-istiğfar ";
  • Mütaliəyə dair ";
  • Təraneyi-zəfər ";
  • Zahirpərəst alimlərə ";
  • Bir iranlının lisanından ";
  • Mərəzi-ibrət, yaxud Şamda qəhətlik Sədi Şirazi;
  • Ədib Nizaminin oğluna verdiyi nəsihəti-pədəranəsi ";
  • Nəvahati-vətən ";
  • Vəhdaniyyətvə maarif Sənai Qəznəvidən;
  • Şamda qəhətlik ";
  • Zümzümeyi-aşiqanə ";
                                     

3.3. Yaradıcılığı Həyat "da çap olunmuş şeirləri

XX əsrin əvvəllərindən Azərbaycan poeziyasının romantizm janrında yazılmış Məhəmməd Hadinin Həyat qəzetində, ümumən mətbuatda çap olunmuş ilk şeiri Lövhi-məkatib adlanır. Sərlövhədən sonra verilən Övladi-millətə hədiyyeyi-kəmtəranəmdir cümləsi ilə oxuculara təqdim olunan və şairin ölümündən sonra çap olunmuş kitablarının heç birinə düşməyən bu şeir qəzetin 29 noyabr 1905-ci il tarixli 109-cu nömrəsində çap olunmuşdu. İyirmi altı misradan ibarət olub, qəsidə formasında olan şeirdə şair məktəbi millətin yaşayışı, inkişaf və tərəqqisi üçün başlıca vasitə hesab edir. Şeirin bütün misraları məkatib sözü ilə başlayır:

Bundan başqa Məhəmməd Hadi bu qəzetdə müxtəlif şeirlər də dərc etdirmişdi:

  • Gülbangi-ittihad ".
  • Biz nə haldayıq? " Elmi əbdanə həqiqi bir nəzər silsilə məqaləsinin tərkibində verilmiş, 9 beytlik məsnəvi formasında;
  • Qüdsiyyət və ülviyyəti-islamiyyəyə bir nəzər " İslamiyyətin rədifli 20 beytlik qəsidə formasında;
  • Maarifin və kitabi-müqəddəsimiz Qurani-kərimin şənində ", 12 beytlik şeir;
  • Hürriyyət aləmi ;
  • İnsan nə ilə mükərrəm olur? " Elmi əbdanə həqiqi bir nəzər silsilə məqaləsinin tərkibində verilmiş, 12 beytlik qəsidə şəklində;
  • Məktəb nə demək? Məktəb əxlaq və ədəbdir "altılıq-müsəddəs formasında yazılan, Firdovsi-ilhamat "dan götürülərək şairin kitablarında məktəb adı ilə çap olunmuş;
  • Nun. vəlqələmi ma yəstorun aprelin 19-da, Ədəbi felyeton başlığı altında nəşr olunmuş;
  • Qələm nə söyləyir? ");


                                     

3.4. Yaradıcılığı Həyat "dakı publisistikası

Məhəmməd Hadi Həyat qəzetində ən çox publisistik yazılar və elmi məqalələrlə çıxış etmişdir. Məhəmməd Hadinin mətbuatda dərc olunan ilk yazısı Bəyani-həqiqət məqaləsidir ki, bu əsəri müəllif Həyat qəzetində dərc olunmuş bir yazının təsiri ilə yazmışdır. Məhəmməd Hadinin maraqla oxuduğu bu yazı bir şeirdir ki, burada islam ölkələrini bürüyən nadanlıq və elmsizlikdən bəhs olunmuş və müsəlmanların bədbəxtliklərinin başlıca səbəblərindən biri kimi şəriət qaydalarına yetərincə əməl olunmaması göstərilmişdir.

Məhəmməd Hadinin çap olunmuş 2-ci əsəri Vətəsimu bihəblil-lahi cəmiən adlı dərin məzmunlu məqaləsidir. Sərlövhədən əvvəl Surətul-Əraf ", ayə 103 qeydi verilmişdir ki, bunun da mənası sərlövhənin həmin ayədən olmasına işarədir. Həyat qəzetinin 103-cü nömrəsində müəllifin ədibi-ləbib ağıllı, müdrik ədib adlandırdığı E.İbrahimovun İslamiyyət və abrazavonni müsəlmanlar sərlövhəsi ilə dərc olunmuş yazısını oxuduqdan sonra qələmə alınmış Əlhüriyyətül-şəxsiyyətə vəl-vicdaniyyə fi-islam məqaləsi ruhu etibarilə ədibin əvvəlki məqalələrinə yaxın olsa da, problemin qoyuluşu və həlli baxımından onlardan əsaslı şəkildə fərqlənir.

Həyat qəzetində dərc olunan yazılardan diqqəti cəlb edən, "Ə.H." imzalı Bir balaca intiqad adlı məqalədə əsərlərinə münasibət bildirilən, şeirlərində olduğu kimi publisistikasında da maarifçiliyə böyük önəm verən, İslamiyyəti tərifləyib Məhəmməd Peyğəmbəri ilahiləşdirməyə çalışan, İslam dinini "müasirləşdirmək ", elmlə dini barışdırmaq mövqeyində duran Məhəmməd Hadi maarifin yayılması sayəsində cəmiyyətdə köklü dəyişiliklərin baş verəcəyinə inanır və bu yolda mətbuatı başlıca vasitələrdən biri hesab edirdi. Müəllif Aləmi-mətbuat və cəraidə bir nəzər adlı məqaləsində qeyd edir ki, mətbuat azadlığını qazanmaq istəyində olan millətə tərəqqiyyat, kamalat və ülum yollarını göstərən şöleyi-ümidi-ümmət və rəbəri-istiqbali-millət "dir.

1906-cı ilin əvvəllərində Azərbaycan mətbuatında ədəbi dilin necə olması ətrafında qızğın mübahisələr gedir, Həyat "ın səhifələrində H.Zərdabi, Ə.Hüseynzadə, Ə,Ağayev və başqalarının bu mövzu ilə bağlı yazıları dərc olunurdu. Məsələ ilə əlaqədar Məhəmməd Hadi də Bəyani-təsəvvür fi xüsusil-lisan adlı geniş bir məqalə yazaraq qəzetdə çap etdirmişdir.

Tərəqqiyi-millət nəyə vabəstədir adlı iri həcmli məqaləsində Məhəmməd Hadi yenidən qəzetdə çap olunmuş ilk yazısı olan Bəyani-həqiqət məqaləsindəki mövqeyinə qayıtmışdır. Başqa bir məqaləsi olan Fəryadi-dili-vətənpərəstan "da Kürdəmir qəsəbəsində məktəb və mədrəsələrin açılmasına zərurətin olması niyyəti ilə yazılmışdır. Şirvan və Kürdəmir əhalisinin maarifləndirilməsi yolunda yerli ziyalıların atdığı addımları alqışlayan müəllif qeyd edir ki, ziyalı alimlərimizdən Ağa əfəndi Əfəndizadənin həmiyyəti-alicənabanə və məsaiyi-millətpərvəranəsi ilə bazarın yavuqunda bir camei-nuraniyyəti-lamə ilə üç mədrəsə vücuda gətirilmiş və bir mədrəsənin ilk baharda bina olunacağı dərkar bulunmuşdur

Elm mövzusu şairin poeziyasında olduğu kimi məqalələrinin də baş mövzularından biridir. Həyat "ın səhifələrində dərc etdirdiyi Zəman daim təcəddüd edər ", Dəyanəti-islamiyyə və maarif ", Dəyanəti-islamiyyənin nisvanə bəxş etdiyi hüquqa bir nəzər və s. bu kimi məqalələrində Məhəmməd Hadi bu mövzu ilə bağlı fikirlərini bir qədər də genişləndirir.

Məhəmməd Hadinin "Dəyanəti-islamiyyənin bina və əsası ülfət, ittifaq, ittifaddır" məzmunlu məqaləsinə qəzet "İdarədən" başlığı altında belə bir düşündürücü qeyd - sonluq vermişdir:

Millətimizdə xəyali-ittifaqpərvəranə məqaləsi də məhz bu düşüncə və qənaətlərin məhsulu kimi diqqəti cəlb edir.

Göründüyü kimi, Həyat "ın redaktoru Əli bəy Hüseynzadə və onun ətrafında toplaşanlar Haqq verilməyəndə onu almaq lazımdır devizinə daha çox üstünlük verirdilər.

Şeirlərində qadın azadlığını ön plana çəkən Məhəmməd Hadi Dəyanəti-islamiyyənin nisvana bəxş etdiyi hüquqa bir nəzər adlı məqaləsində də cəmiyyətdə qadının yeri və qadın azadlığı məsələsi mühüm yer tutur. Müsəlman ölkələrində qadınların cəhalət pərdəsi altında saxlanılmasını millətin tərəqqisinə mane olan bir əngəl kimi xarakterizə edən müəllif bunun İslam dininə heç bir aidiyyətı olmadığını Qurandan gətirdiyi ayələr və müxtəlif hədislərlə isbat edir.

Məhəmməd Hadi əsrinin ziyalılarından fərqli olaraq bildirir və qadınları cəhalət pərdəsi altında saxlamağı guya islam dini onlara məsləhət bilmişdir ", - kimi əsası olmayan ifadələr işlətməyə çalışanlara Quran ayələri ilə şərh edir ki, Allah dərgahında kişi ilə qadının hüququ birdir və qadını hüquqsuz vəziyyətə salan din deyil, dindən öz çirkin niyyətlərini həyata keçirmək üçün istifadə edən cəmiyyətin üzvləridir. Məhəmməd Hadi qeyd edir ki, bəzi oxumuşların Xatunların oxumasına İslam dini müsaidə vermiyor ", - demələri məhz iftira və böhtandır.

Məhəmməd Hadinin tərbiyə, əxlaq, cəmiyyətin inkişafı və təkamül barədəki fikirlərinin müəyyən qismi Və innəkə li-əlaxəlqi-əzim adlı məqaləsində öz əksini tapmışdır. Əsərlərində əxlaq məsələlərinə geniş yer ayıran, əxlaqa bir elm kimi yanaşaraq onun predmetini müəyyənləşdirməyə çalışan müəllifə görə əxlaq istər Allaha, istərsə də ətrafdakı başqa adamlara münasibətlərini tənzimləmək üçün insanların hüquq və vəzifələrinin ifadəçisidir.

Şairin Kürdəmir "dən adlı yazısı zəmanəsi üçün çox gərəkli bir məsələ barəsindədir. Məqalədən aydın olur ki, bir neçə ay əvvəl Kürdəmir stansiyasında erməni keşişi yoxlanılarkən ondan silah-sursat müsadirə edilmişdir. Havadarlarına arxayn olduqlarından müsəlmanlarla sülh şəraitində yaşayacaqlarına söz vermiş ermənilər hələ də öz fitnəkar əməllərindən əl çəkmirlər. Keşişlərindən nümunə götürən ermənilər yenə də Şamaxının erməni kəndlərinə gizli yollarla silah daşıyır və müəllifin yazdığına görə bu işdə, deyəsən, ona Göyçayın naçalniki də yardım edir. Məhəmməd Hadi tam əminliklə qeyd edir ki, tutulan silahlar Şirvan torpaqlarına gətirilən silahların çox az qismi, bir qətrəsdir.

Qəzetin səhifələrində Məhəmməd Hadinin bir-birinin ardınca Verilən ehsan sədəqələrimizdən nə üçün səmərə hasil olmayır ", Tələbəlik xatiratımdan ", Qiraətxana darül-mərifətdir məqalələri dərc olunur. Mövzu və problematikasına görə fərqlənən bu məqalələri ümumi bir xətt birləşdirir: hürriyyət, maarif və mədəniyyət istəyi. Şəriəti-müqəddəseyi-islamiyyənin ən möhkəm və ən mətin bina və əsasından biri də zəkatdır cümləsi ilə başlanan Verilən ehsan sədəqələrimizdən nə üçün səmərə hasil olmayır? adlı məqalə ilk baxışdan dini mövzulu əsər təsiri bağışlasa da, əslində çox böyük sosioloji və fəlsəfi mahiyyət daşıyır.

Məhəmməd Hadinin əsərləri içərisində əqidəsi ilə yanaşı, tərcümeyi-halı ilə də yaxından səsləşən əsərlərindən biri Tələbəlik xatiratımdan adlı iri həcmli məqaləsidir. Əsərin sərlövhəsində xatirat kəlməsi işlənsə də, bir neçə məqamı istisna edilməklə bu əsər xatirə, memuar deyil. Günün vacib məsələlərində bəhs edən ictimai və fəlsəfi bir əsərdir. Maarifçilik ideyalarına sadiq qalan Məhəmməd Hadi Tələbəlik xatiratın "dan adlı məqaləsində millətə azadlıq, hürriyyətlə yanaşı məktəb və maarifin də çox gərəkli olduğunu bildirir.

Ruhu etibarı ilə Məhəmməd Hadinin qəzetdə çap olunan digər məqalələri ilə səsləşən Qiraətxana darül-mərifətdir əsərində müəllif bəşəriyyətin tərəqqi və təkamülündə məktəblə bərabər kitabxana, kitab, qəzet və jurnalların da mühüm əhəmiyyət daşıdığını ön plana çəkir. Məqalədəki digər maraqlı məqamlardan biri Məhəmməd Hadinin kitaba olan münasibətidir. Müəllifin nəzərində kitab ölü canlara ruh, can verən İsa nəfəsi kimi bir şeydir və dünyada elə bir qəm-qüssə yoxdur ki, mütaliə yolu ilə ondan uzaqlaşmaq olmasın.

Qəzetin may ayında çıxmış 117-ci nömrəsində müəllifin Hacıtərxandan məktub adlı bir məqaləsi dərc olunur. Bu məqalə Məhəmməd Hadinin Həştərxana nə vaxt çatmasını dəqiqləşdirmək üçün ən tutarlı faktdır.

İyun ayının 1-də Həyat "da Məhəmməd Hadinin Vətənimizin temisbokl və Aristidlərinə nəsihət adlı məqaləsi çap olunur. Əvvəlki yazılarında olduğu kimi, bu məqalədə də Məhəmməd Hadini düşündürən şəxsi məsələlər deyil, cəmiyyətin ümumi mənafeyidir. Məqalənin ilk cümləsində müəllif qeyd edir ki, şəxsi mənafe və nəfsimizə əsir olmağımızdandır ki, vətən və vətən əhli tərəqqi edib irəli getməkdənsə, tənəzzül edib günbəgün geri gedirlər.

Həştərxandan göndərdiyi yazılardan birinə Övladi-vətən-baisi-ümrani-vətəndir adını verən Məhəmməd Hadi millət övladlarını birliyə, vətəni sevməyə, digər mədəni millətlərdən nümunə götürməyə çağırır və yazır: Dünyada ən müqəddəs və ən sevgili şeylərdən biri deyil, ən birincisi vətəndir

Məktəbi-darül-ədəb ətfalına tövziyi-mükafat adlı məqalə Həştərxandan yazılmış və buradakı ibtidai məktəbin buraxılış günü, həmin gün məktəbdə baş verənlər barədə məlumat verilmişdir.

Qəzetdə çap etdirdiyi digər bir yazısında, Qəməfza və möhnətamiz bir mənzərə məqaləsində Məhəmməd Hadi yazır: Hüquqi-şəxsiyyəsi və maliyyəsi iptal olunmuş bir millət və ya fərd məsud olamaz. Çünki o qövmün içərisində zülm hakimlik, hökmfərmanlıq edir. Zülm olan yerdə bəxtiyarlıq, məsudiyyət olarmı? Məhəmməd Hadi publisistikasının dəyərli nümunələrindən olan bu məqaləni sənətkarın yaşadığı dövrün eybəcərliklərinə qarşı kəskin etirazı da adlandırmaq olar.

Qəzetin 18 iyul 1906-cı il 157-ci sayında Məhəmməd Hadinin Qəflət və cəhalət aləmi-insaniyyətin ən böyük düşmənləridir adlı məqaləsi dərc olunur. Müəllif bildirir ki, qara buludlar günəş şəfəqlərinin qarşısına səf çəkib yer üzünü qaranlıqlara qərq etdiyi kimi, qəflət də insanlığı yaxıb-yandırar, hansı şəhərdə, hansı ölkədə yuva yapar isə, nəğməpərdazi-məşamət olar isə xarabazara döndərər

Xoşbəxt gələcək arzusu təkcə şeirlərində deyil, həm də zəngin publisistik əsərlərinin ana xəttini təşkil edən müəəlif yazır ki: Səadət səyin aşiqidir, səy isə şövq və həvəsin yarı. Şövq işığı hansı millətin afaqını tənvir edərsə, oradan tənbəllik və qəflət zülməti qaçar, məhv olar.

Məhəmməd Hadi Həyat qəzetində çap etdirdiyi əsərlərində maarifi tərəqqi və təkamülün əsas hərəkətverici qüvvəsi hesab edirdi. Məktəblərdə hansı elmlərin keçirilməsi ətrafında müzakirələr gedərkən Həyat "da Məhəmməd Hadinin Elmi-əbdanə həqiqi bir nəzər adlı irihəcmli bir əsəri çap olunur. Məhəmməd Hadinin Həyat qəzetində dərc olunmuş əsərlərindən ən irihəcmlisi olan bu fəlsəfi əsəri müəllifin elm, sənət və bunların cəmiyyətdə, insan həyatında oynadığı rolu barədə düşüncələri də adlandırmaq olar.

                                     

3.5. Yaradıcılığı Həyat "dakı tərcümələri

Elmi-publisistik məqalələr və orijinal şeirlərində başqa Həyat qəzetində Məhəmməd Hadinin bir sıra tərcümələri də nəşr olunmuşdur. Nizami Gəncəvi, Sənai Qəznəvi, Xacə Hafiz və Sədi Şirazidən etdiyi bu tərcümələr, məqalələrində Şərq klassiklərindən tərcüməsini verdiyi bəzi beyt və şeir parçaları istisna olmaqla, şairin tərçüməçilik fəaliyyətinin başlanğıc mərhəlisini təşkil edir və demək olar ki, Məhəmməd Hadi sonralar da yeri gəldikcə tərcüməçiliklə məşğul olmuş, yaxşı bildiyi ərəb və fars dillərindən bir sıra əsərləri Azərbaycan türkcəsinə tərcümə etmişdi.

Məhəmməd Hadi Nizaminin Xəmsə "sindən iki parçanı tərcümə edərək Həyat "da nəşr etdirmiş, bunlardan biri Sirlər xəzinəsi ", digəri isə Leyli və Məcnun poemasındandır. Xəmseyi-Nizamidən tərcümə adı ilə bu ilk tərcümə 22 yanvar 1906-cı il tarixli 19-cu nömrəsində dərc olunmuşdur. Məhəmməd Hadi Sirlər Xəzinəsi poemasının Ədaləti qorumaq və insafa riayət etmək haqqında adlı ikinci məqaləsinə əlavə olunmuş Ədalətli Nuşiravan və vəzirin hekayəsi mənzum hekayəsinin ilk 11 beytini 13 beyt şəklində tərcümə etmiş, vəzni qorumuş, məzmunu, demək olar ki, tamamilə saxlaya bilmişdir. Məhəmməd Hadi bu tərcümənin üzərində sonralar təkmilləşdirmə işi apararaq genişləndirmiş, məqalatın sonundakı dörd beyiti və mənzum hekayədəki daha on beyti tərcümə edərək Ədl-zülm, yaxud bir xarabazarın mənzərəsi adı ilə Firdovsi-İlhamat "a daxil etmiş və Firdovsi-ilhamat "dakı mətn eyni ilə sonrakı kitablara da salınmışdır.

Sirlər xəzinə "sindən olan filoloji tərcümədən ilk üç beyt belə tərcümə olunmuşdur:

Məhəmməd Hadi həmin beytləri belə tərcümə etmişdir:

Bu üç beyti Süleyman Rüstəm isə belə tərcümə etmişdir:

Məhəmməd Hadinin Nizaminin Leyli və Məcnun əsərindən çevirdiyi iyirmi üç beytlik bir hissə Ədib Nizaminin oğluna verdiyi nəsihəti-pədəranəsi adı ilə Həyat "ın aprel nömrələrində dərc olunmuşdur. Həmin tərcümə mətninin bəzi söz, ifadə və misralarında dəyişiklik edilərək Nizaminin övladına nəsihəti adı ilə Füyuzat jurnalının səhifələrində də dərc olunmuşdur. Məhəmməd Hadinin Leyli və Məcnun "dan Öz oğluna nəsihət haqqında hissəsini tərcümə etməsi səbəbsiz deyil. N.Gəncəvi oğluna məsləhət görür ki, şairlik istedadına malik olduğunu görürəm, lakin bu sənətin dalınca getməsən yaxşıdır. Elm öyrən, xüsusilə o elmləri ki, onların cəmiyyətə xeyri var.

Məhəmməd Hadinin əsərlərini tərcümə edib Həyat qəzetində nəşr etdirdiyi sənətkarlardan biri də fars şairi Şəmsəddin Məhəmməd Hafiz Şirazidir. Məhəmməd Hadinin Həyat qəzetində çıxmış məqalələrinin içərisində tərcüməsini verdiyi H.Şirazinin bir çox beyt və şeir parçaları nəzərə alınmazsa, qəzetdə H.Şirazidən üç tərcüməsi dərc edilmişdir. Qəzəl formasında olan bu əsərlərin ikisi aşiqanə, digəri isə ictimai məzmunlu şeirdir. Qəzetdə tərcüməçisi göstərilmədən çap olunan birinci şeir Zümzümeyi-aşiqanə adlanır. Yeddi beytlik qəzəl Füyuzat jurnalında da çap olunmuşdur. Həyat qəzetinin 1906-cı il 113-cü sayında dərc olunmuş tərcümələrindən biri də fars şairi Sənai Qəznəvinin əsərlərindən olan Tövhid adlı şeirdir.

H.Şirazidən ikinci tərcümə qəzetdə Nəsimi-səbayə iltifat adı ilə dərc olunmuşdur. On iki beytlik bu əsər Xacə Hafizdən tərcümə adı ilə oxuculara təqdim olunmuş, sonunda isə bu sözlər verilmişdir: Mütərcimi Məhəmmədül-Hadi əl-Hac Əbdülsəlimzadə Şirvani ". Məhəmməd Hadinin H.Şirazidən etdiyi üçüncü tərcümə Həyat qəzetində Ümidi-visali-canan adı ilə dərc olunmuşdur.

Məhəmməd Hadinin Həyat "da dərc etdirdiyi tərcümə əsərlərindən biri də Vəhdaniyyət və maarif "dir. Fars şairi Sənai Qəznəvidən edilmiş bu tərcümə Mütərcimi Məhəmmədül-Hadi qeydi ilə qəzetin 1906-cı ildə çıxan 113-cü sayında işıq üzü görmüşdür. İyirmi doqquz beytdən ibarət olan bu tərcüməni Məhəmməd Hadi misra, ifadə və beytlərində müəyyən dəyişikliklər etməklə Tövhid adı ilə Füyuzat jurnalında, Təraneyi-tövhid sərlövhəsi ilə Firdovsi-ilhamat kitabında da çap etdirmişdi.

                                     

3.6. Yaradıcılığı Məhəmməd Hadi və "Bürhani-tərəqqi" qəzeti

1906-cı ilin yazında Məhəmməd Hadi yaxın qohumu və ağır günlərində ona himayədarlıq etmiş Bürhani-tərəqqi qəzetinin naşiri və redaktoru Mustafa Lütfi İsmayılzadə tərəfindən Həştərxana dəvət olunur. Bu barədə Seyid Hüseyn yazmışdır: Məhəmməd Hadi Kürdəmirdə təhsilində davam edib durarkən Hacıtərxandan müəllimi Mustafa Lütfi İsmayılzadə əfəndidən bu məaldan bir məktub alar ki, "Həyat"da yazılarını oxuyuram. Mən burada bir qəzet çıxaracağam. Məktubumu aldıqda işlərini təsvih edib Hacıtərxana gəl. Məhəmməd Hadi dəvəti qəbul edib ustadının yanına yollanır. Həştərxana gedişindən sonra da onun Həyat qəzeti ilə əlaqələri kəsilmir və mütəmadi olaraq əsərləri Həyat "ın səhifələrində dərc olunur. Qəzetin may ayında çıxmış 117-ci nömrəsində müəllifin Hacıtərxandan məktub adlı bir məqaləsi dərc olunur. Bu məqalə Məhəmməd Hadinin Həştərxana nə vaxt çatmasını dəqiqləşdirmək üçün ən tutarlı faktdır. Redaksiyaya göndərdiyi məktubunda Məhəmməd Hadi yazır:

Müəllif təəssüf hissi ilə qeyd edir ki, Həştərxandakı bir çox din xadimləri Mustafa Lütfiyə yardımçı olmaqdansa, ondan qubernatora şikayət edir, bunun da nəticəsində Bürhani-tərəqqi qəzeti təqiblərə məruz qalır.

May ayının 11-də Həştərxana çatan Məhəmməd Hadi payıza, Əli bəy Hüseynzadə tərəfindən Füyuzat "da işləməyə dəvət olunana qədər orada yaşayır və Bürhani-tərəqqi qəzetində çalışır.

                                     

3.7. Yaradıcılığı Məhəmməd Hadi və "Füyüzat" jurnalı

Tam 1 il - 1906-cı ilin 1 noyabrından 1907-ci ilin 1 noyabrına qədər Əli bəy Hüseynzadənin redaktorluğu, Hacı Zeynalabdin Tağıyevin maddi yardımı və imtiyaz sahibliyi ilə Bakıda, Nikolayevski küçəsindəki Kaspi məətbəsində çap olunan Füyuzat jurnalının ən fəal yazarlarından biri Məhəmməd Hadi olumuşdur. Həm jurnalın bədii-tənqidi materiallarının müəllifi, həm də təmsil olunmaq baxımından ən çox əsərləri dərc olunan Məhəmməd Hadinin hər nömrəsi 16 səhifədən ibarət olan, cəmi 32 sayı işıq üzü görmüş bu məcmuənin 23, 24 və 31-ci nömrələri istisna olmaqla qalan 29 nömrəsində şeir, məqalə və tərcümələrdən ibarət əlli yazısı çap olunmuşdur.Jurnalda çap etdirdiyi əsərlərində Məhəmməd Hadi əvvəlki fikrinə sadiq qalaraq, əsasən, maarif və mədəniyyəti, insana məhəbbəti təbliğ etmişdir.

Bir illik nəşri dövründə Azərbaycan və türk xalqlarının milli əsarətə qarşı mübarizə tarixinin siyasi və bədii səlnaməsinə çevrilən jurnalın çapına hazırlıq getdiyi ərəfədə Həştərxanda yaşayan Məhəmməd Hadi Əli bəy Hüseynzadədən bir məktub alır. Məktubda qeyd olunur ki:

Bu məktubda 75 rüblə maaş təyin edildiyi də qeyd edilibmiş.

Əli bəy Hüseynzadə tərəfindən jurnalın redaksiya heyətinə dəvət edilən Məhəmməd Hadi Həyat qəzetində olduğu kimi Füyuzat "da üç istiqamətdə - şair, publisist, tərcüməçi kimi fəaliyyət göstərmişdir.



                                     

3.8. Yaradıcılığı "Füyuzat"da çap olunmuş şeirləri

Füyuzat "ın ilk nömrəsindən son nömrəsinə qədər məcmuə ilə əməkdaşlıq etmiş Məhəmməd Hadinin jurnalın ilk sayında forma məzmunca fərqli dörd şeiri çap edilmişdi. Fünün və maarif şeiri 17 beytdən ibarət olub qəsidə formasındadır. Bu əsər şairin 1908-ci ildə Bakıda çap etdirdiyi Firdovsi-ilhamat kitabı istisna olmaqla sonralar çap olunmuş heç bir kitabına düşməmişdir. Şeir mövzu etibarı ilə, demək olar ki, şairin bu əsərə qədər Həyat qəzetində və Dəbistan jurnalında dərc etdirdiyi Məktəb ", Məktəb şərqisi ", İnsan nə ilə mükərrəm olur ", Lövheyi-təsviri-maarif ", Maarifə doğru şeirləri ilə eynidir.

Janrına görə müxəmməs olan Amali-tərəqqi əsəri beş bənddən ibarətdir. Azadlıq, istiqlal və maarifin təbliği niyyəti ilə yazılmış bu şeir mətnində heç bir dəyişiklik edilmədən həm Firdovsi-ilhamat "da, həm də Məhəmməd Hadinin kitablarında çap olunmuşdur.

Azərbaycan romantizminin məşhur nümayəndəsi, ardıcıl füyuzatçı şair Məhəmməd Hadinin birinci nömrədə çıxan şeirlərindən biri də Qələmə adlanır. 14 beytlik bu şeir də ənənəvi mövzudadır, yəni qələmə xitabən yazılmış bu əsər də mədəniyyət, maarif və insanlığa çağırış motivləri ilə zəngindir.

Məsnəvi formasında olan iyirmi beytlik Şükufəzari-bənat və yaxud qızlar bağçası adlı şeir həm Firdovsi-ilhamat "a, həm də sonrakı kitablara salınmışdır. Hüseyn Bayqaranın Azərbaycan istiqlal mübarizəsi tarixində ilk milli şair adlandırdığı Məhəmməd Hadinin Füyuzat "ın noyabrın 13-də çıxan ikinci sayında iki şeiri dərc edilmişdir. Bilməm ki? rədifli Təraneyi-qəmpərvəranə şeiri on altı beytdən ibarətdir və qəsidə formasında yazılmışdır. Məzmun və ideya baxımından əvvəlki şeirlərindən fərqlənən bu əsəri şairin fəlsəfi lirikasının ən gözəl nümunələrindən biri hesab etmək olar. Amali-istiqbal, yaxud ümid və əməllər şeirini şair Amali-istiqbal adı ilə Firdovsi-ilhamat kitabına da salmışdır.

Jurnalın 3-cü nömrəsində Məhəmməd Hadinin iki şeiri nəşr olunmuşdur. Bədaye adlanan birinci şeir on bir beytdən, Kitabi-həyat şeiri isə müxəmməs formasında olmaqla on üç bənddən ibarətdir.

Jurnalın 8 dekabrda çıxan dördüncü nömrəsində Məhəmməd Hadinin 26 beytdən ibarət olan bir şeiri - Hissiyati-madəranə və yaxud övlad bəsləmək hissləri çap olunmuşdur. Firdovsi-ilhamat kitabına Hissiyatı-madəranə adı ilə daxil edilmiş bu şeirin əsas mövzusu ana-bala sevgisi, cəmiyyətin tərəqqisində anaların, qadınların roludur. Cəmiyyətin tərəqqisində anaların, qadınların rolunu yüksək qiymətləndirən şair yazır:

Bundan əlavə Füyuzat jurnalında Məhəmməd Hadinin digər şeirləri də çap olunmuşdur:

  • Amali-vicdan 1906-cı ilin may ayının 22-də yazılmış bu şeirində məhəbbət ideyasının tərəfdarı və təbliğatçılarından biri olan Məhəmməd Hadi bəşər övladlarını hasili-baği-təbiət hesab edərək bütün dünyaya sülh və əmin-amanlıq arzuluyur
  • Təxəttüri-mazi
  • Nəvayi-rindanə 12 iyun tarixində Məhəmməd Hadi imzası ilə çap olunmuşdur.
  • Dəli şairə dəlilər mühibbi olan bir quşun köməyi. Tövsiyeyi-mürğ Jurnalın 29 dekabr 1906-cı ildə işıq üzü görmüş 6-cı nömrəsində adlı şeiri çap olunmuşdur. Şeir jurnalın birinci nömrəsində çap olunmuş Heyrət, yaxud bir mələyin insanlara xitabı adlı on iki beytlik bu şeirə cavab kimi yazılmışdır
  • Bülbül Junalın 8-ci nömrəsində çıxmışdır
  • Pəriyi-vicdan " Düxtəri-napakdamən sanmayın hüriyyəti misrası ilə başlanan, məsnəvi formasında səkkiz beytdən ibarət olan bu şeir də Məhəmməd Hadi lirikasına xas ənənəvi-hürriyyət və azadlıq mövzusundadır.
  • Ramazanül-mübarək " Əbdülsəlimzadə Məhəmməd Hadi imzası ilə çıxan və 10 bənddən ibarət olan müsəddəs formalı bu şeir Ramazan bayramı münasibətilə yazılmış, Ramazanül-mübarək adı ilə Firdovsi-ilhamat "da çap olunmuşdur.
  • Təraneyi-milli " Füyuzat "ın 12 yanvar 1907-ci ildə çıxmış 7-ci nömrəsində çap olunmuşdur. On bəndlik şeir altılıq şəklindədir. Bu şeir Məhəmməd Hadi lirikasının başlıca mövzularından biri olan millət və onun aqibəti məsələsinin şərhinə həsr olunmuşdur.
  • Fəzaili-insaniyyə 6 fevral 1907-ci ildə çıxan jurnalın 9-cu nömrəsində çıxmış, Məhəmməd Hadi Şirvani imzası ilə çap olunmuşdur.
  • Gözlərin rədifli şeiri jurnalın 26-cı sayında dərc olunmuşdur. 15 beytlik bu qəzəl şairin məhəbbət mövzusunda olan çox az sayda əsərlərindən biridir.
  • Saqiyə bur niyazi-ricaməndanə
  • "Axşam tənəzzöhləri" məsnəvi şəklində olan bu şeir 23 iyun tarixində Məhəmməd Hadi imzası ilə çap edilmişdi.
  • İsmət, yaxud əfif olan zatların xəsaili Mürəbbe formasında 9 bənddən ibarət adlı şeir jurnalın 18 dekabr 1906-cı il 5-ci nömrəsində çap olunmuşdur.
  • Təbriki-eydi-əzha " Füyuzat "ın 12 yanvar 1907-ci ildə çıxmış 7-ci nömrəsində çap olunmuşdur. Doqquz bəndlik şeir yeddilik şəklindədir.
  • Fəzaili-insaniyyə 20 fevral 1907-ci ildə çıxan jurnalın 10-cu nömrəsində çap olunmuşdur. Jurnalın 9-cu nömrəsində çıxan Fəzaili-insaniyyə şeiri ilə eyni adda və təxminən eyni məzmunda olan birinci şeiri onun davamı da adlandırmaq olar.
  • Bir əməlim Məhəmməd Hadilirikasının həm forma-məzmun, həm də ideyaca ən mükəmməl nümunələrindən bir olan müsəddəs formalı şeiri jurnalın 12-ci nömrəsində çap olunmuşdur.
  • Pəriyi-vicdan 20 fevral 1907-ci ildə çıxan jurnalın 10-cu nömrəsində çap olunmuşdur
  • Bir aşiqi-nazənini-vətənin ehtisasati-ruhiyyəsini təsvir və iraə edən bir lövheyi-giram " Mənim rədifli şeiri jurnalın 26-cı sayında lirik-aşiqanə ruhda çıxmışdır.
  • Şirvan xatiratı Məhəmməd Hadi lirikasının əzəli və əbədi mövzularından olan millətin taleyi barədə düşüncələr bu əsərin aparıcı xətiini təşkil edir.
  • Dumanın yövmi-güşadı Jurnalın 11-ci nömrəsində 1907-ci ilin fevral ayının 20-də yazılmış və məcmuədə Məhəmməd Hadi Şirvani imzası ilə çıxan yeddi beytlik şeir İkinci Dövlət Dumasının işə başlaması münasibəti ilə qələmə alınmışdır.
  • Lövheyi-bahar Müxəmməs şəklində olan Gör rədifli altı bəndlik şeir. Bu şeirə M.Ə.Sabir Tömeyi-nahar adlı satirik parodiya yazaraq Çaydaçapan imzası ilə
  • Nidaül-vətən Mürəbbe şəklində olan şeir Məhəmməd Hadi imzası ilə 1908-ci ildə çıxmış Firdovsi-ilhamat kitabına düşsə də, 1920-ci ildən sonra çıxan kitablarına düşməmişdir.
  • Mövludi-fəxri-aləm " Bu gün subhi-əzəldən doğdu bir şəmsi-ziyapərvər misrası ilə başlanan dörd beytlik bu şeir Məhəmməd Peyğəmbərin s anadan olma günü münasibətilə yazılmışdır)
  • Bükayi-təbiət " Təbiətin ağlaması adlı doqquz bəndlik müxəmməs formalı bu şeir yazılma tarixi 30 mayıs kimi göstərilmiş və Məhəmməd Hadi imzası ilə jurnalda dərc olunmuşdur.
  • Həsbhal, yaxud bizim Hadinin iztirabı Jurnalda Füyuzati imzası ilə çap olunmuşdur.
  • Facieyi-həyatımızdan bir pərdə " Ədəbiyyat başlığı altında dərc olunan bu qəsidə formasında olan bu şeir 1906-cı il may ayının 11-də yazılmış, Məhəmməd Hadi Şirvani imzası ilə çap olunmuşdur.
  • Molla Nəsrəddin jurnalının 1907-ci il 14 aprel tarixli 15-ci nömrəsində dərc etdirmişdir.

Əbdülsəlimzadə Məhəmməd Hadi imzası ilə yazılmış mürəbbe formasında olan 8 bəndlik Əlvida, yaxud acı bir iqrar adlı şeiri qəzetin son sayında, həmçinin Bürhani-tərəqqi qəzetinin 18 noyabr 1907-ci il I sayında və sonrakı kitablarında da çap olunmuşdur. Ah, bədməstü xarabız cümləmiz bir camdan misrası ilə başlanan bu şeir Füyüzat "ın bağlanmasına etiraz kimi düşünülmüş, şeirdə Məhəmməd Hadi yenə də sadiq olduğu ideyaları tərənnüm etmişdi.

Məhəmməd Hadi ənənəsinə sadiq qalaraq poetik əsərlərində də Vətən, millət və insan, onun yaşam tərzi, keçmiş, bu gün, gələcək haqqında fikir və mülahizələrini irəli sürür.

                                     

3.9. Yaradıcılığı Füyuzat "daki publisistikası

Füyuzat "da Məhəmməd Hadinin şeirləri ilə bərabər onun inqilabi-ədəbi görüşlərini əks etdirən məqalələrinə və tərcümələrinə də geniş yer ayrılırdı. Jurnalın 3-cü nömrəsində çap olunan Almaniyada darül-məlulin məqaləsi Məhəmməd Hadinin orijinal əsəri deyil. Bu yazı jurnalın və müəllifin izahından aydın olunduğu kimi, Kəlküttədə fars lisanında nəşr olunan Həblül-mətin cəridəsindən iqtibas olunmuşdur. " Həblül-mətin "in Almaniyadakı mənbələr əsasında nəşr etdiyi bu məqalədə Almaniyanın maarif sistemindən, əsasən buradakı şikəst, kimsəsiz uşaqların təlim-tərbiyəsindən bəhs olunur. Jurnalın 5-ci nömrəsində Qahirədə ərəb dilində çıxan Əlməcəllətül-osmaniyyə qəzetindən tərcümə olunmuş bir məqalə Nidaül-vətən li əbnayi " Vətənin övladına nidası adı ilə çap olunmuş, sonunda mütərcim imzası qoyulmuşdur.

Bakı tarixindən bir nəbzə adlı məqalədə Məhəmməd Hadi cümə günü, dekabrın 22-də Bakı dəmir yol vağzalından general-qubernator Semyon Andreyeviç Fadeyevin Tiflisə yola salınma mərasimi və mərasimdə iştirak edənlər sırasında general M.İ.Kanevski, qubernator Alişevski, Bakı qazısı Mir Nəhəmməd Kərim ağa, Hacı Zeynalabdin Tağıyevin də olduğu barədə məlumat verdikdən sonra Bakının tarixi haqqında söz açır.

Füyuzat "ın 11-ci sayında Məhəmməd Hadinin dərc olunan ikinci əsəri Məlumati-tarixiyyə məqaləsidir. Jurnalın 13-cü nömrəsində Məhəmməd Hadinin iki məqaləsi dərc olunmuşdur. Birinci məqalə Çində asari-tərəqqi ", ikincisi isə Dövri-mədəniyyət adlanır.

                                     

3.10. Yaradıcılığı Füyuzat "dakı tərcümələri

Jurnalın 5-ci nömrəsində Qahirədə ərəb dilində çıxan Əlməcəllətül-osmaniyyə qəzetindən tərcümə olunmuş bir məqalə Nidaül-vətən li əbnayi " Vətənin övladına nidası adı ilə çap olunmuş, sonunda mütərcim imzası qoyulmuşdur. Məqaləni ərəbcədən Azərbaycan türkcəsinə çevirən Məhəmməd Hadidir. "Füyuzat"ın 15-ci sayında müəllifin Sədi Şirazinin Bustan əsərindən çevirdiyi Cavanmərdlik və yaxud fəzaili-aliyyə adlı bir tərcüməsi çap olunmuşdur Füyuzat "ın 20-ci sayında Məhəmməd Hadinin Nümuneyi-əsarət adlı məqaləsi və Zümzümeyi-aşiqanə adı ilə Hafiz Şirazidən etdiyi bir tərcüməsi çap olunmuşdur. Həcmcə o qədər də böyük olmayan bu məqalə birbaşa şairin azadlıq idealları ilə səsləşir.

Füyuzat "ın 23-24-cü saylarında əsər çap etdirməyən Məhəmməd Hadi 25-ci nömrədə 3 yazı ilə çıxış etmişdir. Bunlardan biri məqalə, biri şeir, digəri isə Sədi Şirazidən edilmiş tərcümədir. 386-388-ci səhifələrdə özünə yer almış Amerikada üsuli-təlim və tərbiyyə adlı məqalə Məhəmməd Hadi imzası ilə çap olunmuş, sərlövhəyə Cərideyi-ərəbiyyədən tərcümə edilmişdir qeydi verilmişdir. Məqalədə Amerika Birləşmiş Ştatlarında məktəb və maarif sistemindən ətraflı şəkildə bəhs edilmişdir. "Füyuzat" jurnalının 27-ci nömrəsində Məhəmməd Hadinin orijinal əsəri çap edilməsə də, Nizaminin övladına nəsihəti adlı bir tərcüməsi dərc olunmuşdur.

Məhəmməd Hadi jurnalın 28-ci sayında Səadət nədir? adlı bir məqalə ilə çıxış etmişdir. Şairin qeydinə görə bu məqalə Qahirədə ərəbcə çıxan Əl-Müəyyəd qəzetindən tərcümə edilmişdir. Tərcümə etdiyi məqalədəki fikirlərə şərik çıxan Məhəmməd Hadi Bədayeül-inşa adlı bir kitabın 231 və 235-ci səhifələrindən Edison, Lok və Oskarın da səadət barəsindəki bəzi fikirlərini tərcümə edərək məqaləyə əlavə etmişdir. Jurnalın 30 nömrəsin də Əbdülsəlimzadə Məhəmməd Hadi imzası ilə Hekayeyi-eşq adlı bir şeir çap olunmuşdur. 7 beytlik bu şeirə Məhəmməd Hadi belə bir qeyd vermişdir: Qailini məəttəssüf bilmədiyim hekayəyi-mənzumeyi-lətifəyi tərcümə etməkdən keçinmədik

Qəsidə formasında Məhəmməd Hadi imzası ilə çıxan Tövhid adlı 29 beytlik şeir şairin imzası ilə çap olunsa da, əslində Məhəmməd Hadinin orijinal əsəri deyil, fars şairi Sənai Qəznəvidən etdiyi tərcümədir. Füyuzat "ın 25-ci sayında Məhəmməd Hadinin Sədi Şirazinin Bustan əsərindən tərcümə etdiyi Mərəzi-ibrət, yaxud Şamda qəhətlik adlı bir əsər də çap olunmuşdur.

                                     

3.11. Yaradıcılığı "Tazə-həyat" qəzeti və Məhəmməd Hadi

Füyuzat jurnalı bağlandıqdan sonra bir müddət İrşad korrektor vəzifəsində çalışan Məhəmməd Hadi 1907-ci il 1 aprel tarixində Bakıda Hacı Zeynalabdin Tağıyevin maddi yardımı və Haşım bəy Vəzirovun redaktorluğu ilə fəaliyyətə başlayan Təzə-həyat qəzetində çalışmaqla yanaşı, eyni zamanda əsərlərini ən çox bu qəzetdə çap etdirməyə başladı. Onun qəzetdə çıxan ilk yazısı 1907-ci il 17 dekabr tarixinə təsadüf edir. Məhəmməd Hadi Təzə-həyat qəzetində çap etdirdiyi publisistik yazılarında Qərb ölkələrindəki tərəqqi və maarifdən yazır, Qərbin Şərq siyasətini, xüsusilə müsəlman ölkələrinə olan münasibətini, bu ölkələri əsarəti altında saxlamaq istəklərini tənqid edirdi. Buna misal olaraq Avropa-İslam-Mərakeş. Moizeyi-tarixiyyə adlı məqaləsini göstərmək olar ki, burada o, Avropa ölkələrinin Şərq barədə yürütdükləri və fərqli yollarla həyata keçirdikləri siyasətin mahiyyətini şərh edir.

Qadının cəmiyyətdəki roluna böyük önəm verən ədib Misirdə "Hürriyəti-nisvan cəmiyyəti adlı məqaləsində qadın azadlığı və qadının cəmiyyətdəki yeri məsələsinə toxunmuşdu. Mərəzimiz nədir? adlı məqaləsi isə onu göstərir ki, o təkcə öz ölkəsini deyil, bütün müsəlman ölkələrinin ictimai və iqtisadi geriliyini bu ölkələrin bəlası sayır və xalqı buna qarşı mübarizəyə səsləyir. Davamı var qeydi ilə verilən bu məqalə ya tamamlanmamış, tamamlansa da, davamı qəzetdə dərc olunmamışdı. Tərbiyeyi-ümmiyyə calibi-səadətdir adlı əsərində ədib bəşər tarixində tənəzzül və tərəqqinin səbəblərini araşdırmışdı.

Məhəmməd Hadinin bəşəriyyət, insanlıq, bərabərlik kimi məsələlərə münasibət bildirmək nöqteyi-nəzərindən yazılmış əsərlərindən biri də Budda kimdi? adlı fəlsəfi əsəridir. Buddizm dininin yaradıcısının həyatını, yaşam tərzini və bu dinin fəlsəfi mahiyyətinin bir çox cəhətlərinin araşdırılması baxımından yazılmış bu əsər tarixi-fəlsəfi-dini mahiyyət daşısa da, əsas məğzi bu günlə, gələcəklə yaxından səsləşir. Müəllif bu dinin mahiyyəti barədə məlumat verərkən Buddanın təliminə görə qarşıya qoyulan vəzifəni icra etmək 10 maddəyə bağlıdır deyir və bunları aşağıdakılar kimi qeyd edir:

  • Kimsəni qətl edib insan həyatını söndürmə;
  • Təmizliyə diqqət et;
  • Məsləksiz olma və həqiqəti arayıb tapmağa səy etdi
  • Ümumi əsayişi pozan əməllərdən çəkin;
  • Oğurluq etmə;
  • And içmə;
  • Qəlbini pislikdən saxla kimsəyə ədavət bəsləmə və düşməninə belə mərhəmət göstər;
  • Yaxşı sözlər danış və əks surətdə dilini saxla;
  • Sədaqətli ol;
  • Tamahkar olma və başqalarının xoşbəxtliyini gördükcə şad ol;

Yazıçı Ah,kimsəsiz vətən! şeirini isə zəlzələdən sonra Şamaxının viran vəziyyətə düşməsinə həsr etmişdi. Şeirin əvvəllində qeyd edilmiş Şamaxıdan adlı yazıda müəllif belə qeyd edir: Şamaxıya daxil olduğum gündən bəri özümü şəhər deyil, adətən bir məzarstanda hiss eliyirəm. Fikrim hərəkətdən, hissim fəaliyyətdən, təbim qüdrətdən, əlahasil, bütün məmləkəti-mənəviyyəm ifayi-vəzifədən qalmışdır

Bunlardan başqa şair Həyati-səfilə, yaxud bəxtsiz bir ailə ", Misir mətbuatı: - Osmanlı Qanuni-əsasisinə dair "Əl-müəyyəd"dən ", Osmanlı mətbuatında parlaqlıq ", Hüluli-Ramazan, yaxud matəmli bir bayram ", Məmməd Səid Ordubadi cənablarına açıq məktub ", Maziyi-müzlimə ircayi-nəzər, halımız münəvvər, istiqbalımız parlaqdır adlı məqalələlərini də məhz bu qəzetdə dərc etdirmişdi.

                                     

3.12. Yaradıcılığı "İttifaq" qəzeti və Məhəmməd Hadi

1908-ci ildə oktyabrın 7-də hökumət tərəfindən bağlanmış Təzə həyat qəzetinin nəşrini dayandırmasından iki ay sonra Haşım bəy Vəzirov və dostları Bakıda yeni bir qəzetin - İttifaq "ın nəşrinə nail oldular. 1908-ci il dekabr ayının 1-də ilk nömrəsi çıxan qəzet cəmi 10 ay fəaliyyət göstərdi. 10 ay müddətində bir çox yazıçılar kimi Məhəmməd Hadi də bu qəzetdə poetik əsərləri ilə yanaşı bədii-publisitik əsərləri, elmi məqalələri və tərcümələri dərc etdirməyə başladı. Bu qəzetdə onun Səadəti-zailə ", Maziyi-müzlimə ircayi-nəzər: halımız münəvvər, istiqbalımız yenə parlaqdır ", Balkan hadisatının hinddə əks-sədası və digər adlı məqalə, tərcümə və iqtibasları nəşr olunmmağa başlamışdır ki, onun istər məqalələri, istərsə də Qahirədə ərəb dilində çap olunan Əl-Müəyyəd qəzetində çıxan Balkan hadisatının hinddə əks-sədası adlı məqaləsinin tərcüməsi, Hindistanda nəşr olunan Vəkil adlı qəzetdən olan məqalənin tərcüməsi onu göstərirdi ki, Məhəmməd Hadi digər qəzet və jurnallarda olduğu kimi İttifaq qəzetində də elə məqalələr yazır, yaxud tərcümə edir ki, o məqalələr millətə, türk və müsəlman xalqalarına, insanlığa faydası olsun.

                                     

3.13. Yaradıcılığı "Tərəqqi" qəzeti və Məhəmməd Hadi

1909-cu ilin yaz aylarından başlayaraq şair İttifaq qəzeti ilə yanaşı "Tərəqqi" qəzeti ilə də yaxından əməkdaşlıq etməyə başlayır. Əhməd bəy Ağayevin redaktoru olduğu və ilk nömrəsi 1908-ci ilin iyun ayının 3-də çıxan Tərəqqi qəzetində də Məhəmməd Hadi 3 istiqamətdə - həm, poetik, həm publisistik, həm də tərcümə əsərlərini dərc etdirməyə başlamışdı. Məhəmməd Hadinin bu qəzetdə çap etdirdiyi ilk bədii-publisistik yazısı Aydınlıq gecədə adlı əsəridir. Məhəmməd Hadinin Tərəqqi "də nəşr olunan İzhari-şükran və ixtari-lazım adlı məqaləsi Firdovsi-ilhamat kitabı ilə bağlı şairə ünvanlanan məktublara cavab kimi yazılmışdır.

Tərəqqi qəzeti 28 sentyabr 1909-cu il tarixli 219-cu sayında Oxumalı kitablar adlı xəbərdə Məhəmməd Hadinin ilk kitabı Firdovsi-ilhamat "ın da adını çəkir. Onun Pərdə dalında nələr varmış? adlı məqaləsi isə 1909-cu ildə Sultan Əbdülhəmid rejiminə qarşı yönəlmiş Türkiyə inqilabını alqışlamaq niyyəti ilə yazılmışdır.

Məhəmməd Hadi qəzetin səhifələrində Siyasət rubrikasında İranda Qanuni-əsasi, Şərqdə idareyi-məşrutə adlı bir məqalənin də tərcüməsini dərc etdirmişdi. Bu tərcümə Məhəmməd Hadinin İrani-növ qəzetindən tərcümə etdiyi şeirlərlə eyni məzmundadır və burada şair inqilabın İran xalqlarına verdiyi azadlıqdan söhbət açmışdır.

Şairin Şüuni-müxtəlifə və zamanın Qarunu adlı məqaləsi, əslində tam şəkildə original məqalə deyil. Məqalədəki bir çox materiallar ərəb və fars dilli qəzetlərdən tərcümə olunmuş və müxtəlif bir çox məsələlərə şərh verməklə Şərq ölkələrində baş verənlərə münasibətini bildirmişdi. Bu qəzetdə dərc olunmuş əsərləri onu göstərir ki, həmin dövrdə Məhəmməd Hadini Şərqdə baş verən hadisələr, hürriyyət və bərabərlik problemləri daha çox narahat etmişdir.

                                     

3.14. Yaradıcılığı "Səda" qəzeti və Məhəmməd Hadi

1909-cu ildə oktyabrın 2-də hökümət tərəfindən bağlanmış İttifaq qəzetinin nəşrini dayandırmasından 10 gün sonra Haşım bəy Vəzirovun redaktorluğu ilə Bakıda yeni bir mətbuat orqanı Səda qəzetinin ilk nömrəsi nəşr olundu. İttifaq bağlandıqdan sonra Haşım bəy Vəzirov və digər qələm sahibləri kimi Məhəmməd Hadi də öz əsərlərini Səda qəzetində dərc etdirməyə başladı. Onun Səda qəzetində çap olunan ilk əsəri Həqiqət, acımı dadlımı? şeiri olmuşdur. Qəzetin 1909-cu il 23, 26, 28 oktyabr tarixli 11, 13, 15-ci nömrələrində Felyeton rubrikası altında həm nəsr, həm nəzm hissələri olan İki lövheyi-həyat əsərini dərc edilmişdi.

Eyni zamanda Məhəmməd Hadinin publisistikasının dəyərli nümunələrində biri hesab olunan Xurafat içində həqiqət əsəri, Düşünmüşdüm başlıqlı məqalədən çox mənsur şeir adlandırılan Duman süpürgəsi əsəri, "Məktəblərimizi, kitablarımızı islah etməliyiz" adlı tərcüməsi də məhz Səda qəzetində dərc edilmişdi.

Məhəmməd Hadinin Səda qəzetində dərc etdirdiyi ən dəyərli məqalələrindən biri isə Ədəbiyyat müştaqlarına bir bəşarət adlı məqaləsidir. Bu əsəri o İstanbuldan, işlədiyi Tənin qəzetindən Səda qəzetinə göndərmiş və həm də qeyd etmişdir ki, bundan sonra mütəmadi olaraq Türkiyədən çap olunmaq üçün Bakıya məqalələr göndərəcək. Onun bu məqaləsi Tövfiq Fikrəti Azərbaycan oxucusuna tanıtdırır və həm də Azərbaycanda Tövfiq Fikrət haqqında yazılan ilk tədqiqlərdən biridir.

                                     

3.15. Yaradıcılığı Türkiyə və "Tənin" qəzeti

1910-cu ildə Məhəmməd Hadi Türkiyənin İstanbul şəhərinə getmiş, İstanbulda olarkən mütərəqqi türk şairlərinin köməyi ilə Tofiq Fikrətlə Hüseyn Cavidin birlikdə çıxarmağa başladığı, çox çəkmədən ölkənin məşhur qəzetlərindən biri olmuş "Tənin" qəzeti redaksiyasında işə düzəlmişdir. Şərq dillərini mükəmməl bildiyindən, tərcüməçi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu qəzetdə Məhəmməd Hadinin şeirləri ilə yanaşı, nəsr əsərlərindən etdiyi tərcümələr də çıxmağa başlamışdır. Özü demişkən Aləmi alt-üst edib, inqilab yaratmaq üçün doğulmuş şair Türkiyədə də inqilabçı ziyalılara qoşulmuşdur. Məhəmməd Hadinin tərəqqipərvərlik ruhunda yazdığı şeirlər bütün Yaxın Şərqdə oxunub yayılırdı. Hətta şairin "Fünun və maarif" adlı şeiri Hindistanda, "Həblülmətin" qəzetində farsca tərcümə olunub çap edilmişdi.

1911-1912-ci illərdə Məhəmməd Hadi Tənin qəzeti ilə yanaşı, Rübab ", Şahbal ", Məhtab ", Şahrahi-səbah kimi müxtəlif mətbuat orqanlarında da şeirlər, məqalələr, tərcümələr çap etdirmişdi. Burada o Türkiyənin inqilabçı şairi Tofiq Fikrətə bir neçə şeir həsr etmişdir.

Tezliklə Tənin qəzeti hakim dairələrin nəzərini cəlb edir. Bir sıra inqilabçı ilə yanaşı, 1913-cü ildə Osmanlı hökuməti Məhəmməd Hadini də həbs edir və Salonikiə sürgün edir. Orada da Məhəmməd Hadidən şübhələnir, onu incitməyə başlayırlar. Məhəmməd Hadi başına gələn ağır fəlakətlərdən sonra 1914-cü ildə Bakıya qayıtmağa müvəffəq olur. Bakıya qayıtdıqdan sonra həyatdan küsmüş şair bu dövrlərdə Gözəl düşününüz ", Bariqeyi-inqilab ", Ədəbi-ziyafət ", Hərbi-müsəlləs ", Şərareyi-əfkar ", Həyat səhifələrindən ", Ümmid səhneyi-təmaşayihəyatın ruhudur ", Halımız ", Mən ağlayıram, sən gülməyirsən ", Rüfəqadən birinin məktubuna yazılan məhəbbətnamədir ", Əzrari-əfkar ", Ağlayan şeirlər ", Qüvvət, həyat, ümid ", Nasıl yüksəlməli? ", Cəhalət zənciri və kor gözlü rəhbər kimi əsərlərini, Söyləyirsən söz olur, gər söyləməzsən, dildə qəm! ", Eydi-hürriyəti kim etdi haram? biz də bir bayram istəriz, bayram ", Başdan ayağa qan yeridir kainatımız ", Mən ölmədən əvvəl vətənim oldu məzarım ", Şu uzaqlarda parlayan ulduz - Əl irişməz ümidlər kimidir ", Ey bağını xəzan görəcək susmuş əndəlib kimi misralı şeirlərini yazmışdır. O, yenidən mətbuatla əlaqələrini bərpa edir, Tatarski-polk "un tərkibində müharibəyə gedənə qədər əsərlərini İqbal ", Sədayi-həqq və Bəsirət qəzetlərində dərc etdirir.

                                     

3.16. Yaradıcılığı "İqbal" qəzeti və Məhəmməd Hadi

Türkiyə səfərindən qayıdan Məhəmməd Hadi Qara bəy Qarabəyov tərəfindən müalicə edildikdən sonra Seyid Hüseynin redaktoru olduğu İqbal qəzeti redaksiyasında işləməyə başlamışdır. Şair bu zaman Ömər Xəyyamın 20-ə qədər rübaisini azərbaycancaya çevirərək bu qəzetdə çap etdirir. Eşqi-möhtəşəm, yaxud ana qucağı ", Şükufeyi-hikmət adlı kitablarını 1914-cü ildə çap etdirir. Məhəmməd Hadinin Ustad Əkrəmə ithafı ilə görkəmli türk şairi Mahmud Əkrəm Rəcaizadənin ölümü münasibəti ilə qələmə alınmış " Ağlayan şeirlər ", 18 fevral 1914-cü ildə 581-ci nömrədə, qadın azadlığı mövzusunda çap olunmuş Nisviyyət təranələri ", şərq aləmi ilə qərb aləminin müqayisəsi kimi düşünülmüş Əzhari-əfşar, neçin? ", qadın azadlığı məsələsinə həsr olunan Pəyami-dilaram ", 28 fevral 1914-cü ildə Rəsulzadə Məhəmməd Əmin qardaşıma qeydi ilə yazılmış Bahari-əfkar, qaçma ", 1914-cü il mart ayının 11-də Hüseyn Sadiq qardaşıma qeydi ilə yazılmış Dün axşamın ilhami-yetimanəsi ", 1 aprel nömrəsində 19 beytlik qəsidə formalı Asi şeirlər yaxın dostu Sabit Manafzadəyə həsr etdiyi Qüvvət, həyat, ümid. Yaşamağı sevirəm ", qadın və cəmiyyətdə onun yeri mövzulu Növxəndə çiçəklər ", Yeni Füyuzat jurnalının redaktoru Əlipaşa Hüseynzadə Səburə ithaf etdiyi Xəluqun pədəri ", Xəndeyi-zəfər ", qadın və cəmiyyətdə onun yeri, qadını sıxan mühit mövzusunda yazılmış Timsali-məlal, hüsni-məhzun ", Şərareyi-əfkar ", 1917-cü ilin ortalarına - hərbi xidmətə çağırılana qədər İqbal qəzetinin redaktoru olan Sənətula İbrahimova ithaf etdiyi Xabgahi-mövta, ilhamati-əmvat ", Şeir necə olmalıdır və necə yazılmalıdır? sualı barədə düşüncələrinin məhsulu olan Açıq və aydın düşüncələr ", Cəmiyyətin işıqlı gələcəyi necə olacaq? duyğularının bədii ifadəsi olan Livayi-zəfərin tamaşası ", Vətənə və millətə necə xidmət edilməlidir? sualının cavabı olan Ümid səhneyi tamaşayi-həyatın ruhudur ", Bağçasarayda Tərcüman qəzetini nəşr etdirən, türk dünyasına əvəzsiz xidmətləri olan İsmayıl bəy Qaspıralının vəfatı münasibəti ilə yazdığı altı bəndlik Böyük İsmayıl bəy və b. şeirlərini İqbal qəzetində çap etdirmişdir.

Məhəmməd Hadinin İqbal qəzetində şeirləri ilə yanaşı, məqalə və tərcümələri də dərc olunmuşdur. Türkiyədəki acı müşahidələrim adlı məqaləsində böyük ümidlərlə getdiyi Türkiyədə gördüklərindən və başına gələnlərdən gileylənən Məhəmməd Hadi bu qəzetdə dərc etdirdiyi məqalələrində daha çox ədəbiyyat və sənət məsələləri ilə bağlı düşüncələrini qələmə almışdır. Açıq məktub adlı məqaləsi İqbal qəzetinin 698-ci nömrəsində Məhəmməd Hadinin əsərlərini daha çox cəmiyyətdə və insanlardakı mənfiliklərdən bəhs etməsində günahlandıran "M.M." imzalı bir məktuba cavab kimi yazılmışdır. Məhəmməd Hadi onu guya insanları sevməməkdə günahlandıran müəllifə cavab olaraq yazır:

Məhəmməd Hadinin ədəbiyyatın nəzəri və əməli məsələlərinə dair məqalələrində onun Azərbaycan ədəbiyyatının gələcək inkişafı haqqında düşüncələri maraq doğurur. Ədibi-şəhir Həsənbəyin ruhuna ithaf ", Seyid Əzim və asarı ", Məhəmməd Səid Ordubadi cənablarına açıq məktub və digər əsərlərdə şairi ədəbiyyatın məqsəd və vəzifələri, sənətkar və mühit, satira, tənqid kimi məsələlər düşündürür. Məhəmməd Hadin Nizami, Füzuli, Hüqo, Namiq Kamal və başqaları haqda öz əsərlərində geniş danışırdı. O, Seyid Əzim və Abbas Səhhət kimi klassiklərə xüsusi məqalələr həsr etmişdir. Seyid Əzim və asari adlı məqaləsində onu yaşayışları da bəxtləri kimi qaranlıq, küskün və əməlləri bir zilli girizan olan ədəbi simalardan, parlaq nasehlərdən biri adlandıran Məhəmməd Hadi qeyd edir ki, Seyid Əzim kimi sənətkarların ədəbi irsi layiqincə təbliğ olunmadığından çoxlarının onlar haqqında fikirləri çox bəsitdir.

Məhəmməd Hadi İqbal qəzetinin 608, 703, 709, 715, 720 nömrələrinin səhifələrində İlhami-Xəyyam adlı silsilə tərcümələr nəşr etdirmişdir.

                                     

3.17. Yaradıcılığı "Bəsirət" qəzeti və Məhəmməd Hadi

İqbal qəzeti ilə yanaşı Məhəmməd Hadi 1914-cü il aprel ayının 12-də Hacı İbrahim Qasımovun redaktorluğu ilə nəşrə başlayan Bəsirət qəzeti ilə yaxından əlaqə saxlamış, həm müharibəyə gedənə qədər, həm müharibədə olduğu zaman, həm də cəbhədən qayıdandan sonra əsərlərini bu qəzetdə dərc etdirmişdir. Məhəmməd Hadinin Bəsirət "lə əməkdaşlığı qəzetin redaktoru Hacı İbrahim Qasımova ithaf etdiyi Yadi-vətən şeiri ilə başlamışdır. Qəzetdə Şirvanı Əbdülsəlimzadə Məhəmməd Hadi imzası ilə çıxan bu şeir Məhəmməd Hadinin Eşqi-möhtəşəm kitabında da dərc olunmuşdur.

1915-ci ildə Qafqaz ordusunda feldşer kimi çalışdığı zaman Avstriya cəbhəsinə, Karpata getmiş, müsəlman əsgərləri arasında alay mollası vəzifəsini icra etmişdir. Şair cəbhədə ikən bir sıra xırda şeirləri ilə yanaşı tərcümeyi-halını əhatə edən Sərgüzəşt "ini yazmağa başlamışdır. Müharibənin təsvirindən ibarət olub, Şərq ilə Qərbi müqayisə edən fəlsəfi poemanı da burada yazmışdır. 1918-ci ildə Qafqaz ordusundan qayıtdıqdan sonra Məhəmməd Hadi bir müddət Gəncədə qalır və sonra Bakıya gəlir. Bu zaman şair maddi ehtiyac içində idi. Yerli hökumət adamları şairin taleyi ilə maraqlanmırdılar. Mətbuatda şeir çap etdirməklə yaşamaq mümkün deyildi. Şair öz əsərlərini vərəq halında çap etdirərək satırdı. Abdulla Şaiq Xatirələrim kitabında yazır:

Hadi 1918-1919-cu illərdə yazdığı bütün əsərləri bir yerə toplayaraq dörd kitab halında çap etdirmişdir. Şairin ən iri əsəri Əlvahi-intibah lirik poemasıdır.

Məhəmməd Hadinin əsərləri onun sağlığında dövri mətbuatda, eyni zamanda şairin böyük çətinliklə 1908-ci ildə Firdovsi-ilhamat ", 1914-cü ildə Eşqi-möhtəşəm ", Şükufeyi-hikmət və 1918-1919-cu illərdə çap olunmuş kitablarında toplanmışdır. Şairin əsərləri sonralar 1936, 1957, 1979, 1980-ci illərdə Bakıda nəşr olunmuş, əsərlərinin bir qismi Türkiyə mətbuatında dərc olunmuşdur.

Məhəmməd Hadi əsərlərini əruz vəznində yazdığından şeirlərinin dili ərəb, fars sözləri ilə ağırlaşır, bu da şairin yaradıcılığının təsir dairəsini məhdudlaşdırır.

                                     

3.18. Yaradıcılığı Cəbhədə yazdığı publisistik əsərləri

Məhəmməd Hadinin cəbhə həyatının ilk günləri 1914-cü ilin sonu, 1915-ci ilin əvvəllərinə təsadüf edir. Cəbhəyə gedişini səyahət adlandıran şair orada qaldığı 3 il müddətində də publisistik əsərlər yazmış, yazdığı əsərlərin bir qismini Bakıya, dostlarına göndərərək çapına çalışmıış, bir qismini isə ordudan qayıdandan sonra yayılmasına səy göstərmişdi. Onun müharibə dövrü yaradıcılığının nümunələrində biri 1 mart 1915-ci ildə Ukraynanın Stanislav şəhərində dostu, Yeni füyüzat jurnalının redaktoru olmuş Əlipaşa Hüseynzadəyə yazdığı Məhəbbəti-səmimi, Əlipaşa qardaşım, tərk etmədin məni adlı ədəbi məktubu olmuşdur. Məktubun şeirlə yazılmış hissəsi aşağıdakı kimidir:

Məhəmməd Hadi eyni zamanda cəbhədə olarkən Açıq söz qəzeti ilə də əlaqə saxlamış, qəzetin səhifələrində bir neçə müxbir məktubunu və Dilək ölməz adlı şeirini, 1917-ci ildə Bakıya - Sovqat qəzeti redaksiyasına bir neçə şeir və Hürriyyət şənliyi və ülvi mənzərələr adlı məqaləsini, Hacı İbrahim Qasımova - Bəsirət qəzetinə göndərdiyi Sərgüzəşti-səyahətimdən bir yarpaq və bir neçə başqa əsərlərini dərc etdirmişdi.

                                     

3.19. Yaradıcılığı Cümhuriyyət dönəmindəki fəaliyyəti

Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür. Böyük romantik şair, publisist Məhəmməd Hadi Azərbaycan Xalq Cümhuriyyətini sevinclə qarşılayaraq istiqlaliyyətin qorunub saxlanması mövzusunda bir sıra əsərlər yazmışdır.

Şairin cümhuriyyət dövrü yaradıcılığında Türkün nəğməsi ", Zəfəri-nəhayəyə doğru ", Əsgərlərimizə-könüllülərimizə ", Azərbaycan dövləti-növzadına ", Vaxtın səsi və həyatın sözü habelə başqa şeirləri və İki simayi-siyasinin müharibə haqqında mütaliələri münasibətilə ", Zərbeyi-inqilab ", Ümid ilə yaşayın adlı marş və hərbi vətənpərvərlik ruhlu məqalələri ilə diqqəti cəlb edir.

Son illər bu mövzuda olan əsərlərinə Qəhrəman türk əsgərlərinə şeiri də əlavə edilmişdir ki, bu şeiri tanınmış türk alimlərindən olan Əli Yavuz Akpınar görkəmli mütəfəkkirlərimizdən Əli bəy Hüseynzadənin Türkiyədəki arxivindən uzə çıxararaq Kardeş kalemler jurnalının 2007-ci il 7-ci sayında onun əslinin fotosu ilə birlikdə Azerbaycanli şair Muhammed Hadinin bilinmeyen bir şeiri: "Kahraman türk asgerlerine başlıqlı məqaləsi ilə çap etdirmişdir.

O dönəmlərdə Azərbaycanın köməyinə gələn Qafqaz İslam ordusunun baş qərargahı Gəncədə yerləşirdi. Həmin dövrlərdə Gəncədə olan Məhəmməd Hadi onların Azərbaycana köməyini sevinclə qarşılamış və 13 iyun 1918-ci ildə Qəhrəman türk əsgərlərinə şeirini burada yazmışdır.

Azərbaycan və Anadolu türkcəsinin ortaqlığından yaranmış, heca vəznində sadə dildə yazılmış bu şeirin iki bəndi aşağıdakı kimidir:

                                     

3.20. Yaradıcılığı "Azərbaycan" qəzetindəki fəaliyyəti

Azərbaycan Demokratik Cümhuriyyətinin bir müddət Gəncədə fəaliyyət göstərməsi ilə əlaqədar olaraq Cümhuriyyətin rəsmi orqanı olan Azərbaycan qəzeti də Gəncədə nəşr olunmağa başlamış, paytaxt Bakıya köçürüləndən sonra isə fəaliyyətini Bakıda davam etdirmişdi. Məhəmməd Hadi Həyat ", Füyuzat ", Tazə həyat ", Tərəqqi ", Səda və b. mətbuat orqanlarında olduğu kimi Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəylinin ortaq redaktorluğu ilə çıxan Azərbaycan qəzetində də həm şeirləri, həm də kəskin publisistik yazıları ilə çıxış etmişdi. Məhəmməd Hadinin Azərbaycan qəzetində dərc olunmuş ilk məqaləsi İki simayi-siyasinin müharibə haqqındakı mütaliələri münasibətilə əsəridir. Bundan əlavə onun bu qəzetdə Zərbeyi-inqilab ", Ümid ilə yaşayın! ", Abbas Səhhətin üfuli-əbədisi adlı məqalələri də dərc olunmuşdu.

Abbas Səhhətin üfuli-əbədisi adlı məqaləsini Abbas Səhhətin Gəncə şəhərində ölümü münasibətilə qələmə almışdır. Bu məqalədə dostunun ölümündən sarsıntı keçirən Məhəmməd Hadini düşündürən Abbas Səhhətin əsərlərinin taleyi məsələsi olmuşdur. O bu narahatlığını oxuculara belə çatdırır:

Ədibin bu qəzetdə çıxan ilk şeiri isə Türkün nəğməsi əsəri olmuşdur. Türkün tökülən qanları bihudə gedərmi? " Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? - müraciəti ilə başlanan və himn təsiri bağışlayan Türkün nəğməsi şeiri həcmcə on doqquz misradan ibarətdir.

Məhəmməd Hadinin "Azərbaycan" qəzeti ilə əlaqələri 1919-cu il may ayına şairin Bakını tərk etməsinə qədər davam etmişdir.

                                     

3.21. Yaradıcılığı Son əsəri

Şairin tarix etibarı ilə bizə məlum olan Hərarətli şeir, yaxud qızdırmalı halımda saçmalarım adlı son məşhur əsərində, mövcud quruluşa qarşı son üsyan səsi Kor soqqur adlı şeiri olmuşdur:

Kor soqqur şeiri 2 may 1919-cu ildə, Azərbaycan qəzetinin 170-ci nömrəsində dərc olunmuşdur. Bu şeir Məhəmməd Hadinin Bəsirət qəzetində çap etdirdiyi Bədbəxt kor çocuq şeirinin bir növ genişləndirilmiş variantı hesab olunur.

                                     

4. İrsi

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən Məhəməməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamı imzalamışdı. Bakı şəhərində yerləşən küçələrdən birinə, habelə Şamaxı şəhərində yerləşən 9 nömrəli tam orta məktəbə Məhəmməd Hadinin adı verilmişdir. Eyni zamanda Şamaxıdakı Tarix və Etnoqrafiya muzeyində Məhəmməd Hadinin büstü qoyulmuşdur.2012-ci ildən "Bakı Metropoliteni" QSC üç yeni metro stansiyasının tikintisinə başlayıb. Bakı Metropolitenin ikinci Yaşıl xəttində olan stansiyası Məhəmməd Hadi metrostansiyası adlandırılacaq.

Sakibə Ələsgərova, Rəsul Rza, İslam Qəribli, Rəfiq Zəka, Əziz Mirəhmədov və başqa tədqiqatçılar ədib haqda müxtəlif tədqiqatlar aparıb, kitablar yazıblar.

                                     

5. İmzaları

  • Çaydaçapan;
  • Mütərcimi Məhəmmədül-Hadi əl-Hac Əbdülsəlimzadə Şirvani
  • Füyuzati;
  • Mütərcim;
  • Əbdülsəlimzadə Məhəmməd Hadi;
  • Əbdülsəlimzadə Şamaxiyi;
  • Mütərcimi Hadi
  • Məhəmməd Hadi Şirvani;
  • M.M;
  • Şirvanı Əbdülsəlimzadə Məhəmməd Hadi;
  • Məhəmməd Hadi;
  • Ə.H;
  • Şirvanzadə;
                                     

6. Vəfatı

Əli Nəzminin öz xatirələrində yazdığına görə, həmin ilin yazında şair ağır maddi ehtiyacda idi. Gəncə üsyanından bir neçə gün sonra 1920-ci ili mayı şair xəstəxanada ağır yatırmış, həmin günlərdə vəfat etdiyi güman olunur.

Məhəmməd Hadi 1920-ci ilin mayında artıq bolşeviklərin əlinə keçmiş Gəncədəki xəstəxanaların birində vəfat etmişdir. Harada dəfn edildiyi barədə uzun müddət ictimaiyyət məlumatsız qalmışdır. Sonralar şairin nəşi Gəncədə dəfn edilmişdir.

Məhəmməd Hadinin qəbrinin harada olması haqqında ilk məlumat" Bakı ”axşam qəzetinin 4 iyun 1966-cl il tarixli 130-cu nömrəsində dərc olunmuşdur. Görkəmli alim, Məhəmməd Hadi yaradıcılığının tədqiqatçısı" Məhəmməd Hadinin xatirəsi ” adlı məqalənin müəllifi Əziz Mirəhmədov 1966-cı ildə Gəncəyə gedib yerli ağsaqqalların köməyi ilə "Səbzkar" qəbristanlığında Məhəmməd Hadinin qəbrini tapmışdır. Bu barədə "Bakı" axşam qəzetinin 4 iyun 1966-cı il tarixli sayında məlumat dərc edərək yazır:

Məhəmməd Hadi 1920-ci il mayın axırı – iyun ayının əvvəllərində Gəncədə vəfat edib, orada – A.Səhhət və A.Tofiqin basdırıldığı" Səbzkar qəbiristanlığı ”nda dəfn olunmuşdur”.