Топ-100
Back

ⓘ Fətulla xan Əkbər. Fətulla xan Hacı Mirzə Məhəmmədəli xan oğlu 1878-ci Gilan əyalətinin Rəşt şəhərində anadan olmuşdu. Gilanın iri mülkədar ailəsinə mənsub idi. ..




Fətulla xan Əkbər
                                     

ⓘ Fətulla xan Əkbər

Fətulla xan Hacı Mirzə Məhəmmədəli xan oğlu 1878-ci Gilan əyalətinin Rəşt şəhərində anadan olmuşdu. Gilanın iri mülkədar ailəsinə mənsub idi. Babası Əkbər xan bəylərbəyi vəzifəsini daşımışdı.

Fətulla xan Sepəhdar-Rəşti ləqəbi ilə tanınırdı.

Sepəhdar Səttar xana qarşı vuruşan qoşunun başçısı idi.Sonra məşrutəçilərə qoşuldu. Məhəmmədəli şah Sepəhdarın yerinə Əli xan Ərşədüdövləni Təbrizə hücuma hazırlaşan şahpərəst qoşunların baş komandı təyin edib Təbrizə göndərdi. Ərşədüddövlə, Eynüddövlə, Hacı Rəhim xan Çələbiyanlı, Səməd xan Şücaəddövlə və başqa irtica rəhbərliyinin başçılığı ilə Təbriz yenidən mühasirəyə alındı. Artıq 1908-ci il dekabrın axırı və 1909-cu ilin əvvəllərindı şəhər irticaçı feodal dəstələri və şah qoşunları tərəfindən yenidən mühasirə olundu.

1909-cu ildə Məhəmmədəli şah Rusiyaya qaçdı. Yerinə oğlu Əhməd mirzə şah oldu. Əvvəlcə hərbi nazir olan Sepəhdar ölkənin baş naziri seçildi. Sepəhdar daşnak Yeprem xan Davidyantsı Tehran polisinə rəis təyin etdi. Yefrem xan Davidyants Səttar xan və Bağır xanı qurşuna düzüb, dəstəsini dağıtdı. Sonra Azərbaycana gəlib adlı adamları, ünlü xanları bir-bir aradan götürdü.

Məmmədəmin Rəsulzadə "İran məktubları" silsilə məqaləsinin "Cəşni eydiyyə" adlı yazısında bildirirdi: "Rəbiələvvəlin qürrəsində* edilir, bir fütuhati-milliyyə nafei-şadmani olunurdu. Teatro zalı müstəmiin ilə məmlüv idi. Buradan gələn varidat vücuhati-ianeyi-milli sandığına varid oluyor. Rus kazakları Iləridən xəbərini verdiyimiz rus kazakları indi Rəştdədirlər. Bunlar dəstə ilə şəhərin küçələrində gəzib dolanmaqda və nümayişkaranə hərəkətləri ilə əhalini mütəvəhhiş etməkdədirlər.

Kazakların Ənzəliyə çıxmaqları xəbəri çatdıqda, məclisi-əyaləti və Sipəhdar tərəfindən bütün düvəli-xaricə konsullarına rəsmi kağız yazılıb, onlardan cavab istənilmişdir. Aya məşrutəçilər tərəfindən bu vaxta kimi təbəeyi - xariciyyə bir şey, cüzi bir zərər və kəmehtiramlıq olubmudur?

Mirzə Ələkbər Sabir Sepəhdarın dilindən yazırdı: