Топ-100
Back

ⓘ Boris Svetlov. Boris Nikolayeviç Svetlov - Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. ..




Boris Svetlov
                                     

ⓘ Boris Svetlov

Boris Nikolayeviç Svetlov - Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru.

                                     

1. Həyatı

Boris Svetlov 1880-ci ildə Orenburqda anadan olub. Lazarev Şərq Dilləri İnstitutunda təhsil alıb. 1910-1912-ci illərdə müxtəlif teatrlarda aktyorluq edib. 1912-ci ildən müxtəlif kinostudiyalarda filmlər çəkib. 1915-ci ildə Filma səhmdar cəmiyyətinin dəvəti ilə Azərbaycana gəlib və 1918-ci ilə qədər bir neçə filmin rejissoru olub. 1916-1917-ci ilərdə Svetlov 30-a yaxın filmə quruluş verib. 1920-ci ildən teatra qayıdıb, orada rejissorluq edib. 1921-ci ildə Petroqradda Kinotexnikum təşkil edib. Boris Svetlov 1930-cu ildən "Myuzik-Holl"un quruluşlarına rəhbərlik edib.

                                     

2. Filmoqrafiya

  • Arşın mal alan film, 1917 tammetrajlı bədii film - rejissor
  • Bir alçalmanın tarixi film, 1919 tammetrajlı bədii film - rejissor
  • Arvad film, 1916 tammetrajlı bədii film - rejissor
  • Yeni tərzdə köhnə əhvalat film, 1916 qısametrajlı bədii film - rejissor
  • Ayaqyalın məhəbbət film, 1916 qısametrajlı bədii film - rejissor
  • Knyaz Dəmir Bulat film, 1916 tammetrajlı bədii film - rejissor
  • Neft və milyonlar səltənətində film, 1916 tammetrajlı bədii film - rejissor
  • Arvadlar ərlərini mənsəbə necə çatdırırlar film, 1916 tammetrajlı bədii film - rejissor, aktyor
  • Ölümünə bir saat qalmış film, 1916 tammetrajlı bədii film - rejissor
                                     

3. Mənbə

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. - Москва: Советская энциклопедия, 1987. - стр. 12.
  • Aydın Kazımzadə. "Bu belə olub". //"Cinema News" jurnalı 2008 iyun səh. 10-11.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007 səh. 812.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004 səh. 12-15.