Топ-100
Back

ⓘ Mustafa Lütfi İsmayılov Şirvanski. Mustafa Lütfi bir müddət Şamaxıda yaxşı müəlimlərdən dərs alandan sonra İstanbula köçmüş, orada şamaxılıların yaxşı tanıdığı ..




                                     

ⓘ Mustafa Lütfi İsmayılov Şirvanski

Mustafa Lütfi bir müddət Şamaxıda yaxşı müəlimlərdən dərs alandan sonra İstanbula köçmüş, orada şamaxılıların yaxşı tanıdığı savadlı, adı heç bir yazılı mənbədə çəkilməyən, sənədlərdə göstərilməyən elm ocağında oxumuşdur. Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi kimi Həştərxana gəlmiş, qısa bir müddətdən sonra- noyabrın 26-da burada "Şurayi- İslam" adlı ictimai-siyasi cəmiyyət yaradır. Mustafa İsmayılov təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi cəmiyyətin nəzdində "Darül -ədəb" ədəb evi, ədəb məktəbi", qızlar üçün "Nümuneyi-tərəqqi" adlı zəmanənin tələb etdiyi yeni tipli məktəb açır. Mustafa İsmayılov Həştərxanda Azərbaycan dilində qəzet çıxarır. Təəssüf ki, bu qəzetin dilini tədqiq edən Minnulin Bəxtiyar Kimoviç elm aləminə "Bürhani -tərəqqi"ni tatar dilli qəzet kimi təqdim etmişdir.