Топ-100
Back

ⓘ Məhəmməd bəy Şahmalıyev. Məhəmməd bəy ilk təhsilini Samuxda öz ailəsində alıb. O, 7 yaşınadək rusca bir söz belə bilməyib, ancaq atası təxminən 1877-də onu Tifl ..




Məhəmməd bəy Şahmalıyev
                                     

ⓘ Məhəmməd bəy Şahmalıyev

Məhəmməd bəy ilk təhsilini Samuxda öz ailəsində alıb. O, 7 yaşınadək rusca bir söz belə bilməyib, ancaq atası təxminən 1877-də onu Tiflisə oxumağa göndərib və bundan sonra o, ruscanı mükəmməl mənimsəyib. Tiflisdə olarkən Məhəmməd bəyin, Şahmalıyevlər ailəsinin çox yaxın dostu knyaz Orbelianinin himayəsi altında olduğu güman edilir.

Tiflis klassik gimnaziyasını uğurla bitirən təx. 1891-də Məhəmməd bəy Odessa şəhərinə gedib və buradakı Novorossiysk Universitetinin hüquq fakültəsinə girib. O, bu universitetdə yaradılmış Azərbaycan həmyerlilər təşkilatının başçılarından biriydi. 1896-da universiteti də uğurla başa vuran Məhəmməd bəy hüquqşünas diplomu alaraq dövlət qulluğuna başlayıb.

Rusiya imperatorunun qardaşı, böyük knyaz Nikolay Nikolayeviç Romanov Nəsrullah bəy Şahmalıyevlə dostluq edirdi. Böyük knyaz Samuxda Nəsrullah bəyin qonağı olarkən bəy ona cins atlar, o isə bəyə içində çox bahalı brilyant qaşlı üzük olan qızıl burunotu qabı - tabakerka bağışlamışdı. Təbii ki, bu dostluq Məhəmməd bəyin dövlət qulluğunda irəliləməsinə və cəmiyyətdə nüfuz qazanmasına müsbət təsirsiz ötüşməyib.

1906-da Tiflisdə Qafqaz canişininin başçılığı altında onun sarayında keçirilən qurultayda 1905-ci il erməni-müsəlman qırğınının nəticələri müzakirə edilərkən orada Tiflis müsəlmanlarını təmsil edən Məhəmməd bəy Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov və başqa müsəlman nümayəndələriylə birgə çox fəallıq göstərib, avantürist ermənilərin ikiüzlü çıxışlarını, yalan, böhtan və iftiralarını dərin məntiqli tutarqalarıyla, çoxlu danılmaz faktlarla alt-üst edib və özünü əsl ictimai xadim kimi tanıda bilib.

Qurultayın çıxardığı qərara məhz onun təklifiylə Azərbaycan əhalisinin xeyrinə bir çox maddələr salınıb. Buradakı çıxışları Məhəmməd bəyin nə qədər cəsarətli, prinsipial, yurdsevər və elsevər bir insan olduğunu əyani şəkildə göstərir. Qurultaydan geniş hesabatlar "Həyat", "İrşad" və "Kaspi" qəzetlərində dərc edilib.

Məhəmməd bəy Şahmalıyev 1913-də Şəki qəzasının, 1914-15-dəsə Ərəş qəzasının rəisiydi.

Azərbaycan Cümhuriyyəti dönəmində rəsmən yenicə Azərbaycan ərazisi kimi təsdiq edilmiş Zaqatalanın qubernatoru olan 16.3.1919 -1920 Məhəmməd bəy Şahmalıyev, təbii ki, işində bir çox çətinliklərlə üzləşib. Bu vaxt o, Azərbaycan Cümhuriyyətinin Zaqatala quberniyasıyla Gürcüstan Respublikası Tiflis quberniyasının Siqnax qəzası arasında müvəqqəti sərhədi müəyyənləşdirən beynəlxalq Azərbaycan - Gürcüstan komissiyasının sədri təyin edilib və komissiyanın 25 oktyabr - 2 noyabr 1919-da keçirilən yığıncaqlarında Azərbaycan hökuməti adından çıxış edərək gənc dövlətimizin mənafeyini ləyaqətlə müdafiə edib komissiya iclaslarının geniş stenoqramı durur.

                                     

1. Vəfatı

Sovet dönəmində Məhəmməd bəyin də taleyi bütün Azərbaycan kübar nəsillərinin taleyi kimi çox acınacaqlı oldu. Bütün əmlakını və var-dövlətini ac-yalavac, işdançaq, cahil, tərbiyəsiz və qaniçən bolşevik quldurlar müsadirə etdilər, şərəf və ləyaqətini alçaltdılar. Düzdür, başqa Şahmalıyev bəyləri kimi onu da güllələnməkdən qorumağa N.Nərimanovun gücü çatdı, ancaq bu cismani salamatlığın mənəvi ölümdən fərqi çox azdı.

1920-dəki məhkəməsində son söz verilərkən demişdi ki, məni keçmiş nökərim Keçəl Dursun mühakimə edir; bu günü görməkdənsə mənə güllələnmək xoşdur. Ancaq Nərimanov işə qarışdıqdan sonra Məhəmməd bəyə "böyük mərhəmət" göstərildi - o, ev dustağı edildi.

İndiki Sabir bağının yerindəki mənzildə 4 il ev dustağı kimi yaşayan görkəmli dövlət xadimi 1924-də haqqa qovuşdu. Onun hədsiz var-dövlətininin bolşevik dişindən düşərək salamat qalmış nadir qırıntıları içərisində ən qiymətlisi nəvəsi Leyla xanım Şamil bəy qızı Şahmalıyevanın göz bəbəyi kimi qoruduğu çar dövründə nəşr olunmuş "Brokhauz və Yefron Ensiklopediyası" dır.

                                     

2. Ailəsi

Məhəmməd bəy Şahmalıyevin nəsli bu gün də davam etməkdədir. Onun ilk ömür-gün yoldaşı, dünyadan çox erkən köçmüş Fatma xanımdan?-1899 bir övladı - anasının adını verdiyi Şahpəri xanım 1898-1981 olub.

Atasının əmisi oğlu Mahmud bəy Şahmalıyevlə ailə quran Şahmalıyevlər başqa nəslə qız verməzdilər Şahpəri xanımın ondan 3 oğlu və 1 qızı Xədicə dünyaya gəlib. Fatma xanımdan sonra Əminəxatın xanım Şahmalıyevayla evlənmiş Məhəmməd bəyin ondan 3 oğlu və 2 qızı Səltənət xanım və Ədalət xanım var. Onların övladları keçmiş Sovetlər Birliyinə səpələnərək bu gün Bakı, Moskva, Odessa, Daşkənd və başqa şəhərlərdə yaşamaqdadır.