Топ-100
Back

ⓘ İrəc Mirzə şair Qulam Hüseyn Mirzənin oğlu olub və Qacar şahlarının nəslindən idi. O, təhsilini ev şəraitində almış və 15 yaşında ikən fars dilində sərbəst danı ..




İrəc Mirzə
                                     

ⓘ İrəc Mirzə

İrəc Mirzə şair Qulam Hüseyn Mirzənin oğlu olub və Qacar şahlarının nəslindən idi. O, təhsilini ev şəraitində almış və 15 yaşında ikən fars dilində sərbəst danışırdı. Sonralar fransız və rus dilləri ilə də maraqlanmağa başlayır. 1893-cü ildə atasının və həyat yoldaşının vəfatından sonra "şairlər sədri" adına layiq görülür. XX əsrin əvvəllərindən İran konstitusiya islahatında iştirak edir. Sonralar nazirlik və digər hökumət idarələrində çalışmışdır.

İrəc Mirzənin poeziyası həm romantik eşq, həm də satirik mövzuları əhatə edir. Klassik fars ədəbi üslublarına sadiq qalsa da, İrac Mirzə yaradıcılığında bir sıra yeniliklərə də imza atmışdır. Bu yeniliklər əsasən şairin siyasi və mədəni islahatlarda iştirak etməsinin səbəbi idi. Onun ən məşhur şerlərindən bir neçəsi bunlardır: "İblis", "Ana", "Arifnamə", "Qadın təsviri".