Топ-100
Back

ⓘ Sənətulla Eynullayev. Ev təhsili almış, orduda xidmət etmişdir. Yaradıcılığa Simbirskdə başlamış, 20 əsrin 10-cu illərində Bakıya köçərək, Məlumat 1911, Yeni İr ..




                                     

ⓘ Sənətulla Eynullayev

Ev təhsili almış, orduda xidmət etmişdir. Yaradıcılığa Simbirskdə başlamış, 20 əsrin 10-cu illərində Bakıya köçərək, "Məlumat" 1911, "Yeni İrşad" 1911-12 qəzetlərinin redaksiyalarında işləmiş, "Səda" 1909-11, "Açıq söz" 1915-18 və s. qəzetlərdə məqalələr dərc etdirmişdir. Müstəqil jurnalistlik fəaliyyəti göstərmiş, 1912 il martın 6-da "İqbal" gündəlik qəzetinin nəşrinə başlamışdır. Qəzetin 459 nömrəsi çıxandan sonra hərbi qulluğa çağırılmış, naşirlik və mühərrirlik hüququnu Seyid Hüseynə vermişdir. Ordudan tərxis olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə ilə "İqbal", "Yeni iqbal" və "Açıq söz" qəzetlərində işləmiş və gündəlik redaktor vəzifəsini icra etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında işləmiş, qəzetin aparıcı müəlliflərindən biri olmuşdur. Əsasən publisistika sahəsində çalışmışdır. İmperialist ölkələrinin Balkan yarımadasında törətdikləri müharibələrin, Asiya və Afrika ölkələrini iqtisadi və siyasi asılılıqda saxlamaq cəhdinin, çarizmin köçürmə siyasətinin tənqidi, müsəlmanların iqtisadi və mədəni dirçəlişinin, ana dili, ədəbiyyat və maarifinin inkişafı uğrunda mübarizə Sənətulla Eynullayevin publisistik məqalələrinin əsas mövzuları idi. Rusiya müsəlmanlarının mədəni muxtariyyəti ideyasını ardıcıl surətdə təbliğ etmişdir.