Топ-100
Back

ⓘ Həmdulla əfəndi Əfəndiyev. Həmdulla əfəndi Əfəndizadə - Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri; Azərbaycan Demokratik Respublikasının ..




Həmdulla əfəndi Əfəndiyev
                                     

ⓘ Həmdulla əfəndi Əfəndiyev

Həmdulla əfəndi Əfəndizadə - Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri; Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü; Sovet dönəmində Quba üsyanının başçılarından biri.

Həmdulla əfəndi məşhur alim və övliya şeyx İbrahim əfəndinin Əfəndi baba nəvəsi, İsmayıl əfəndinin oğludur.

                                     

1. Həyatı

1870-ci ildə Quba qəzasında indiki Şabran rayonu, Qələgah kəndində anadan olub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə almışdır. Daha sonra ikisinifli rus məktəbini bitirmiş 1906, ərəb, fars və rus dillərini öyrənmişdir.

Azərbaycanda Sovet hökuməti qurultuqdan sonra Həmdulla əfəndi, 25 oktyabr 1928-ci ildə həbs edilmiş və 3 iyul 1929-cu il tarixində Nargin adasında güllələnmişdir. Bəzi qaynaqlar isə ayağına daş bağlanaraq Nargin adasından dənizə atıldığını söyləmişlərdir.

                                     

2.1. Fəaliyyəti Siyasi fəaliyyəti

Əfəndizadə Azərbaycanın siyasi həyatında yaxından iştirak etmiş, "İttihad" partiyasının fəal üzvlərindən olmuşdur. Azərbaycan Milli Şurasının Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun "una 19 noyabr 1918 əsasən, Quba qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmiş, İttihad fraksiyası üzvü olmuşdur.

                                     

2.2. Fəaliyyəti Hərbi fəaliyyəti

Həmdulla əfəndi Əfəndizadə ermənilərin 1918-ci ildə Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı zamanı daşnakların vəhşiliklərinin qarşısını almaqda xüsusi xidmətlər göstərən şəxslərdən olub. O Quba qəza komissarı Əli Bəy Zizikskinin komandanlığı altında ermənilərə qarşı təşkil olunan mübarizə dəstələrində vuruşub. 1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə soxulmuş erməni daşnakları dinc azərbaycanlılara qarşı soyqırımına başladıqda, Həmdulla əfəndi "sağ əli" və müttəfiqi Qaçaq Mayılla birlikdə xalqı ayağa qaldıraraq ermənilərə qarşı vuruşmuşdur.

1920-ci il aprelin 27-də bolşeviklərin zirehli qatarı Azərbaycana soxulduqda, Əfəndizadə öz tərəfdarları ilə birlikdə onun qarşısını kəsməyə cəhd göstərmiş, lakin qüvvələr qeyri-bərabər olduğundan geri çəkilməyə məcbur olmuşdur. Ümumiyyətlə Həmdulla əfəndi, 18-ci illərdə David Gelovaninin, Amazapsın, Martıkyanın, Çurayevin, Abraab Velnutsun, 20-ci illərdə isə İ. Miluninin, Moravskinin, Şalomovun, Molonovun, Moyerin orduları ilə dəfələrlə üz-üzə gəlmiş, Şamaxıda qırğın törədən Lalayanı şəxsən öldürmüşdür.



                                     

2.3. Fəaliyyəti Quba üsyanında iştirakı

Avqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi silahlı üsyana qalxır. Onlar kənddə iki nəfər milisi öldürüb və yeni hakimiyyətə itaətsizliklərini bəyan edirlər. Üsyanın qarşısını almaq üçün qəza komitəsi kəndə 4-cü süvari alayından 45 nəfərlik 30 nəfər süvari, 15 nəfər piyada dəstə göndərir. Lakin dəstə üsyanı yatıra bilmədi və çoxlu itki verdi. Dəstədən yalnız 6 nəfər xilas ola bilir. Qubanın hərbi komissan Kuzun kəndində sovet hakimiyyətinin bərpa olunması üçün bir tağım və pulemyotçu göndərir. Avqustun 26-da Kuzun kəndinin üsyançıları ilə sovet qüvvələri arasında yeni döyüş baş verir. Kənd əhalisi bu dəfə də sovet qüvvələrinə ciddi müqavimət göstərir. Avqustun 29-da Qubanın 4 verstliyində sovet qüvvələri ilə üsyançılar arasında yeni vuruşma baş verdi. 100 nəfərlik sovet qüvvələri xeyli itki verdilər. Avqustun sonu

sentyabnn əvvəllərində üsyançıların silahlı dəstəsi tam formalaşmışdı. Cümhuriyyət ordusunun podpolkovniki Əfəndizadəin rəhbərlik etdiyi dəstədə türk zabitləri də vardı. Üsyançılar xeyli pulemyot və beşaçılan tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saat 7-də üsyançılar Dəvəçi-Xaçmaz üzərinə hücum edirlər. Onların qarşısına 7-ci süvari dəstəsi çıxarılır. Gərgin döyüşdən sonra sovet-bolşevik döyüşçüləri mövqelərini qoruyub saxlaya bildilər. Quba ərazisində mövcud olan güclü dəstələrdən birinə də Azərbaycan Cümhuriyyəti Parlamentinin keçmiş deputatı Həmdulla Əfəndi Əfəndizadə rəhbərlik edirdi.

Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920-ci il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edilmişdi.

Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev və Qoqoberidzeni ora ezam etmək barədə qərar qəbul etdi. Üsyan sentyabrın birinci ongünlüyünün sonlarına qədər davam etdi. Çətinliklə yatırılan Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkildi. Üsyançı kəndlər isə qırmızıların nəzarəti altına keçdi.

                                     

3. Xarici keçidlər

  • Həmdulla əfəndi haqqında "Azadlıq mücahidi" filmi
  • İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri
  • Həmdulla əfəndi. Qələgah kəndi YouTube saytında