Топ-100
Back

ⓘ Behbud ağa Şahtaxtinski 1905–1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917–1918-ci illərdə Bakı ..




Behbud ağa Şahtaxtinski
                                     

ⓘ Behbud ağa Şahtaxtinski

Behbud ağa Şahtaxtinski 1905–1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917–1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, Hümmət Partiyası Mərkəzi Komitəsinin sədri olmuşdur.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar Vladimir Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni Vladimir Lenin və Behbud ağa Şahtaxtinski 1920-ci ilin 30 sentyabr tarixində imzalamışdılar.

Kommunist İnternasionalın 2-ci konqresinə nümayəndə seçilmişdi.

Behbud ağa Şahtaxtinski 1921–1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Xalq FKM komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. kimi vəzifələrdə çalışmışdır.

Moskva və Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur. Qars müqaviləsini Azərbaycan SSR adından Behbud ağa Şahtaxtınski imzalamışdır.

1924-cü ildə Tiflisdə vəfat etmişdir və köhnə müsəlman qəbiristanlığında hazırda Görkəmli Azərbaycanlılar panteonu ərazisi dəfn olunmuşdur.