Топ-100
Back

ⓘ Aslan bəy Qardaşov. Aslan bəy Əli ağa oğlu Qardaşov - İctimai-siyasi xadim, Əhrar” partiyasının liderlərindən biri. Zaqafqaziya Seyminin, Milli Şuranın, Azərbay ..




Aslan bəy Qardaşov
                                     

ⓘ Aslan bəy Qardaşov

Aslan bəy Əli ağa oğlu Qardaşov - İctimai-siyasi xadim," Əhrar” partiyasının liderlərindən biri. Zaqafqaziya Seyminin, Milli Şuranın, Azərbaycan Parlamentinin üzvü olmuşdur." Əhrar” fraksiyasının fəal təmsilçisi kimi Parlament iclaslarında fəal iştirak etmiş, əsasən Hökumətin iqtisadi sahədəki fəaliyyətinə qarşı tənqidi mövqe tutmuşdur.

                                     

1. Həyatı

Aslan bəy Əli ağa oğlu 1866-cı ildə Zaqatala dairəsinin Çökək kəndində anadan olmuşdu. Zaqatala qəza məktəbində oxumuşdur. Sonra Müəllimlər Seminariyasını bitirmişdir. İstanbul Universitetində təhsilini davam etdirmişdir. Hüquq, maarif sahəsində çalışmışdır. Dağıstandan II Dumaya üzv seçilmişdi. 1917-ci ildən Müsavat partiyasının üzvü idi. Aslan bəy Qardaşov 1918-ci il dekabrın 25-də Parlamentin siyasi dustaqların amnistiyası üzrə yaratdığı komissiyanın üzvü olmuşdur. Aslan bəy N.Yusifbəylinin 1919-cu ilin martın 14-də təşkil etdiyi 4-cü Hökumət kabinetində Əkinçilik və Dövlət Əmlakı naziri vəzifəsini icra etmişdir. 1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov" Əhrar” fraksiyası adından koalisiyadan çıxdığını və öz nümayəndələrini Hökumətdən geri çağırdığını bəyan etmişdir. 1920-ci il aprelin 27-də hakimiyyətin kommunistlərə təhvil verilməs haqqında ultimatumu müzakirə etmək üçün Palamentdə yaradılmış komissiyaya daxil olmuş və müzakirə zamanı hakimiyyətin bolşeviklərə təhvil vermək təklifini müdafiə etmişdir. A.Qardaşov bolşevik istilasından sonra istiqlal ideyalarına sadiq qalmış və Zaqataladakı üsyana rəhbərlik etmişdir. Aslan bəyin 21 iyul 1920-ci ildə güllələndiyi söylənilsə də, dəqiq məlumat yoxdur. Zaqatalada yaşayan qohumlarının məlumatına görə, üsyan yatırıldıqdan sonra o, əvvəl Gürcüstana, oradan da Türkiyəyə mühacirətə gedib. Bundan başqa M.Ə.Rəsulzadənin 1937-ci ilin iyulun 22-də Varşavada Polşa Məxfi İdarəsi üçün hazırladığı Azərbaycanın mühacirətdəki tanınmış xadimləri siyahısında A.Qardaşovun da 14-cü sırada adı yazılmışdır.