Топ-100
Back

ⓘ Abdulla bəy Məlikaslanov. Abdulla bəy Kərim bəy oğlu Məlikaslanov - Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, Azərbaycan SSR Əməkdar Müəllimi. ..




Abdulla bəy Məlikaslanov
                                     

ⓘ Abdulla bəy Məlikaslanov

Abdulla bəy Kərim bəy oğlu Məlikaslanov - Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, Azərbaycan SSR Əməkdar Müəllimi.

                                     

1. Həyatı

Abdulla bəy Kərim bəy oğlu 1870-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. Tuğ kənd məktəbini bitirmişdi. Sonra Zaqafqaziya Qоri Müəllimlər Seminariyasında оxumuşdu.

1909-1910-ci ildə Qarğabazar kənd məktəbində, sonra Qubadlı kənd məktəbində müəllim işləmişdi. Sonra Qaryagin indiki Füzuli məktəbinə dəyişilmişdi. SSRİ dönəmində Azərbaycan SSR Əməkdar Müəllimi fəxri adına layiq görülmüşdü. Lenin ordeni ilə təltif edilmişdi.

Abdulla bəy Məlikaslanov 1950-ci ildə vəfat edib.

                                     

2. Ailəsi

Abdulla bəy Bilqeyis xanımla ailə qurmuşdu. Abbas bəy, Arif bəy, Kərim bəy adlı oğlanları, Suruş xanım, Şəfiqə xanım, Rəfiqə xanım, Balış xanım və Məhbubə xanım adlı qızları vardı.