Топ-100
Back

ⓘ Aşıq Əsəd 1874-cü ildə Göyçə mahalının Qaraqoyunlu kəndində anadan olub. Atası Koxa Əhməd Rza oğlu?-1886 Tovuzun Bozalqanlı kəndindən olub. 12 yaşı olarkən atas ..




Aşıq Əsəd
                                     

ⓘ Aşıq Əsəd

Aşıq Əsəd 1874-cü ildə Göyçə mahalının Qaraqoyunlu kəndində anadan olub. Atası Koxa Əhməd Rza oğlu?-1886 Tovuzun Bozalqanlı kəndindən olub. 12 yaşı olarkən atası dunyadan köçur və o bir neçə il muzdurluq edir. Sonra Aşıq Ələsgərə 4-il şəyird olur. Aşıq Ələsgərdən mukəmməl dərs aldıqdan sonra özu şəyird göturub məclislər keçirir. Əsəd 1918-ci ildə daşnaq ordusunun zabiti Selikovun öldurulməsində gunahkar bilinib, qardaşı Məhəmmədlə birgə həbsə alınır. Göyçədə Musavat özəyinin köməyi ilə həbsdən qaçırılır. 1921-ci ildə Qızıl Ordu sıralarında banditizmə qarşı mübarizədə iştirak edir. O, uzun muddət Tovuz, Qazax qəzalarında yaşadıqdan sonra 1932-ci ildən Tovuz mahalının Bozalqanlı kəndində məskunlaşır. Aşıq Əsəd 1928-ci ildə aşıqların I qurultayında yuksək ifaçılığa görə birinci mukafata layiq görulub. O, 1930-1940-cı illərdə Azərbaycan SSR-də kecrilən incəsənət tədbirlərində iştirak edən ən fəal aşıqlardan biri olub və mukafatlar alıb. Folklorçu H.Əlizadə "Koroğlu" dastanının bir necə qolunu, xalq dastanlarından bir coxunu Aşıq Əsədin dilindən yazıya alıb. Aşıq Əsəd aşıq havalarının istifadə olunan butun numunələrindən istifadə edir, hətta unudulanları bərpa edir. Məhz onun bu zəngin biliyinə görə Göyçənin, Tovuzun, Qazağın, Şəmkirin bir çox aşıqlarının yetişməsində Aşıq Əsədin böyuk rolu olmuşdur.

Aşıq Əsəd yaradıcı aşıq idi. Onun zil səsi, fasiləsiz zəngulələri, Koroğlusayağı nərəsi 30-luq lampanı söndürürdü. Bir neçə gün dalbadal səs tonu dəyişmədən oxuyurdu. Aşıq Əsəd həm də şair-aşıq idi. Onun yüzlərlə qoşma və gəraylıları aşıqların dilindən düşməmişdir. Aşığın 1939 və 1974-cu illərdə "Şeirlər" kitabı çap olunmuşdur. Bu şeirlər onun ədəbi irsinin bir qismidir. Çox fəal sənətkar olan Əsəd, hətta gördüyü, mütəəssir olduğu hadisəyə oradaca telli sazın avazı ilə söz qoşub oxuyardı. Aşiqanə lirik şeirləri ilə yanaşı, xalqın həyatını tərənnüm edən bir sıra şeirlər də yazmışdır. 1895-ci ildən müstəqil aşıqlıq etmiş, el arasında ustad sənətkar kimi tanınmışdır.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olmuş, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

Aşıq Əsəd 1951-ci il aprelin 27-də vəfat etmişdir.

  • Aşıq Məhəmməd Rzayevin qardaşıdır.
                                     

1. Mənbə

  • Musa Nəbioğlu. "Ozan-aşıq dünyası". Bakı: Nurlan, 2010, şəkilli, səh.14.
  • Azərbaycan aşıq şeirindən seçmələr. II cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005. səh.142-152.
  • Tərlan Göyçəli. "Göyçə aşıq məktəbi". Bakı-1998. səh.70-91.
  • Teymur Əhmədov. Azərbaycan yazıçıları XX-XXI yüzillikdə, ensiklopedik məlumat kitabı, "Nurlar", Bakı, 2011.
  • Azad Ozan Kərimli, "Musiqi dünyası" jurnalı, №1-2, 2001-ci il. səh.136-140.
  • Bəhlul Abdullayev. "Aşıq Əsəd". Bakı, "Elm", 1979.
  • Azərbaycan sovet yazıçıları. Bakı,1987. səh.62.
  • "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M. Babayev, Bakı, "Maarif", 1993.
  • Azad Ozan Kərimli, "Musiqi dünyası" jurnalı, №3-4, 2001-ci il. səh.132-137.
                                     

2. Xarici keçidlər

  • "Sazlı-sözlü Göyçə II kitab" PDF azərb. Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib PDF. İstifadə tarixi: 2018-06-01.
  • "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №36" azərb. "Ozan dünyası" jurnalı. 2011. 2016-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-14.
  • AŞIQ ƏSƏD