Топ-100

ⓘ Free online encyclopedia. Did you know? page 253




                                               

Ara beyin

Ara beyin - lat. diencephalon iki hissəyə bölünür: Arxa hissə - görmə beyin ya görmə qabarları nahiyəsi - lat. thalamencephalon ; Ventral hissə - görmə qabaraltı - lat. hypothalamus, əslində görmə qabaraltının dal-qoxu hissəsi məməciyəbənzər cisi ...

                                               

Aralıq (anatomiya)

Aralıq - lat. perineum anus ilə xarici cinsiyyət üzvləri arasındakı nahiyənin adı olub, kiçik çanağın çıxacağı sayılır. Adətən romb şəklindədir. Qasıq bitişməsinin aşağı kənarı onu ön, büzdüm arxa, qasıq və oturaq sümüklərinin aşağı şaxələri, oma ...

                                               

Arxa beyin

Asxa beyinə körpü - lat. pons və beyincik - lat. cerebellum aiddir; onun boşluğunun qlığını dördüncü mədəciyin ara hissəsi təşkil edir.

                                               

Arteriyalar

Arteriyalar lat. arteriae - venalardan fərqli olaraq qanı ürəkdən aparan damarlar. Arteriyalar elastik olduqları üçün kəsildikləri zaman ağızları açıq qalır və artıq dərəcədə qanaxma əmələ gəlir. Meyitdə çox vaxt bunlar boş olur, çünki, insan ölə ...

                                               

Aşağı boş vena sistemi

Aşağı boş vena sistemi Aşağı boş vena vasitəsilə aşağı ətraflardan, çanaq və qarın boşluğu divarı və üzvlərindən venoz qanı yığıb ürəyin sağ qulaqcığına daşıyır. Aşağı boş vena sisteminə aid olan venalar:

                                               

Barmaq izləri

Barmaq izi - hər şəxsin DNT proqramında yaradılışdan mövcud olub embriyonik dövrdə barmaqların ucunu örtən dərinin Əzəli Nəqqaş və Hafizi Əbədinin sonsuz elm və qüdrəti ilə işlənməsi nəticəsində meydana gətirilir. Barmaq izləri müxtəlif cinayətlə ...

                                               

Böyrəküstü vəzilər

Böyrəküstü vəzilər - lat. glandulae suprarenales cüt daxili sekresiya vəzilərindən olub, böyrəklərin yuxarı ucları üzərində yerləşmişdir. Sağ vəzi üçbucağa və sol vəzi ayparaya bənzəyir; səthləri qabarıqdır, rəngləri sarımtıl və konsinstensiyalar ...

                                               

Craniopagus parasiticus

İki tərəfli üz - patologiyada "Сraniophagus Parasiticus" adlanır. Belə hallarda bir bədəndə iki siam əkizlərinin kəllə qutusu bitişməyə başlayır. 1896-cı ildə nəşr olunan "Tibbin anomaliyalari və qeyri-adilikləri" kitabında maraqlı hadisə qeyd ol ...

                                               

Çanaq (anatomiya)

Çanaq ya çanaq qurşağı - insan gövdəsinin aşağı: bel qurşağı ilə aşağı ətraflar arasında yrləşmiş nahiyə. Çanaq onurğa sütununun əsasında yerləşməklə aşağı ətrafların bədənə birləşməsində əss funksiya daşıyaraq, dayaq istinadı təşkil edir, eyni z ...

                                               

Çəngələbənzər vəzi

Çəngələbənzər vəzi ya timus - 15 yaşınadək uşaqlarda olur, sonra reduksiya edərək piy toxuması ilə əvəz olunur, odur ki, uşaqlıq dövrü vəzilərindən hesab olunur. Endokrin sisteminin bronxiogen vəzilərdəndir. Çəngələbənzər vəzinin şəkli müxtəlifdi ...

                                               

Çəpgən

Çəpgən – lat. pallium, kütləsi ağ maddədən təşkil olaraq xaricdən böyük beyin qabığı – lat. cortex cerebri ilə örtülüdür. Çəpgən xarici səthi şırımlar – lat. sulci cerebri vasitəsilə paylara – lat. lobi cerebri, paycıqlara – lat. lobuli cerebri v ...

                                               

Daxili sekresiya vəziləri

Daxili sekresiya vəzilərinə ya endokrin ya da inkretor - lat. glandulae endokrinatae lat. s. organa incretoria axacaqları olmayan bir sıra vəyilər aiddir; axacaqları olmadıqları üçün bunlar bir də axacaqsız vəzilər - lat. glandulae sine ductibus ...

                                               

Diafraqma (anatomiya)

Dafraqma - tək əzələ olub, döş qəfəsini qarın boşluğundan ayırır. Tənəffüsün təmin edilməsində mühüm rola malik olan bu əzələvi arakəsmə ağciyərlərin gərilməsində mühüm rol oynayır. Onun hüdudları alt qabırğanın aşağı kənarı ilə məhdudlaşır. Enin ...

                                               

Dilaltı vəzi

Dilaltı vəzi lat. Glandula sublingualis - ağız boşluğu dibinin selikli qişasının altında lat. m. mylohyoideus üzərində yerləşmişdir. Uzunsov olub, uzunluğu 3-4 sm, eni və qalınlığı 1 sm və çəkisi 5q-dır. vəzin bir neçə axacağı vardır, bunlardan b ...

                                               

Düz bağırsaq

Düz bağırsaq - lat. rectum ; yun. proktos yoğun bağırsağın axırıncı hissəsini təşkil edərək lat. articulatio sacroiliaca sinistra - sol oma-qalça oynağı bərabərində S-ə bənzər bağırsaqdan başlayır və aralıqda lat. anus adlanan dəlik vasitəsilə xa ...

                                               

Ənsə payı

Ənsə payı – lat. lobus occipitalis çəpgənin dal şöbəsini tutur, öndən lat. sulcus paretooccipitalis və sulcus occipitalis transversus vasitəsilə təpə payından ayrılır. Ənsə payı ilə gicgah payı arasındakı hüdudu təpədaxili şırımın dal ucunu yan ş ...

                                               

Əzələ tonusu

Sakitlik halında insanın əzələləri qismən yığılır. Əzələlərin belə qismən yığılma vəziyyəti-onlar gərgin olur, lakin hərəkətə xidmət etmirlər - əzələ tonusu adlanır. Əzələlərin belə gərginliyi daxili orqanların normal vəziyyətini və müəyyən pozan ...

                                               

Gicgah payı

Baş beyin yarımkürələrinin bir payı da gicgah payidir. Gicgah payı eşitmənin mərkəzidir. Burada səsler ayırd edilir. Gicgah payı həm də emosiyalarin və yaddaşın tənzimində iştirak edir. Baş beyin yarımkürələrində yan şırım gicgah payını hüdudland ...

                                               

Göz yaşları

Göz yaşı – bəzən kədərin, bəzən də sevincin bir ifadəsi olaraq axar. Bəzən də insandakı qəlb incəliyinin bir nişanəsi olaraq boşalır. Göz yaşlarımız, ruhun pəncərəsi olan və yalan söyləməyən gözlərimizin, daxili aləmimizdən xaricə əks edən bir di ...

                                               

Həzm aparatı

Həzm aparatı - daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, həzm kanalından və bir sıra vəzilərdən ibarətdir. İnsanın həzm kanalı 8–10 m uzunluğunda olub, bir neçə hissələrə bölünür: I. Ağız boşluğu - lat. cavum oris, bura dişlər, ağ ...

                                               

Həzm sistemi

Həzm sistemi – həzm apratının ayrı-ayrı hissələrində başa çatır. Həzm aparatı həzm kanalından və bir sıra həzm vəzilərindən ibarətdir. İnsanın həzm kanalı 8-10 metr uzunluğunda olub, bir çox hissələrə bölünür. Birinci hissəni ağız boşluğu təşkil ...

                                               

Hıçqırıq

Sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran diafraqma əzələsinin birdən sıxılması nəticəsində reallaşan ani nəfəs alışına hıçqırıq deyilir. Bu vaxt səs tellərinin olduğu qisim bağlanır və buradan keçən hava ani olaraq kəsilir. Bu vəziyyə ...

                                               

Xarici sekresiya vəziləri

Xarici sekresiya vəziləri - axacaqlara malikdir, bunların məhsulu həmin axacaqlar vasitəsilə müəyyən üzvlərə tökülür, ya xaricə çıxarılır. Xarici sekresiya vəziləri ifraz etdikləri məhsulların tərkibinə görə üç qrupa bölünür: Qarışıq seroz-selikl ...

                                               

Xortum

Xortum - üzün uzunsov, hərəkətli burun hissəsi. Bəzi sürünənlərdə və məməlilərdə xortumun uçunda burun dəlikləri olur. Tənəffüs, qoxu və toxunma duyğusu vəzifəsi daşıyır. Xortum fillərdə xüsusilə yaxşı inkişaf etmişdir. Xortum qidanı tutmaq, əşya ...

                                               

Kor bağırsaq

Kor bağırsaq - lat. cecum ; yun. typhlon yoğun bağırsağın qalça bağırsağa açılan yerindən aşağı olan hissəsinə deyilir; uzunluğu 6-8 sm və eni 7-7.5 sm olub, sağ qalça çuxurunda, pupart bağından yuxarı, qalça fassiyası üzərində yerləşmişdir. Çox ...

                                               

Köklük

Köklük - bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök ...

                                               

Qalxanabənzər ətraf vəziləri

Qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae qalxanabənzər vəzin yan paylarının arxasında yerləşir, çox vaxt iki cüt olur; bir cüt yuxarı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae superiores və bir cüt aşağı q ...

                                               

Qalxanabənzər vəzi

Qalxanabənzər vəzi - tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşmişdir. Rəngi sarımtıl-qırmızı, konsinstensiyası yumuşaq və xarici səthi paylıdır. Qalxanabənzər vəzinin bir boğazı - lat. ithmus və iki yan sağ və sol pay ...

                                               

Qırtlaq

Qırtlaq qığırdaqlardan təşkil olunub, boyunda yerləşmişdir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Qırtlağın ardını nəfəs borusu təşkil edir. Amfibiyalarda qırtlaq iki yan qığırdaqlardan əmələ gəlmişdir; quyruqlularda ...

                                               

Qırtlaq qapağı

Qırtlaq qapağı - qırtlaq qığırdaqlarından biri olub, qırtlaq qapağının skletini təşkil edərək, dil kökünün arxasında qırtlaq girəcəyinin üstündə yerləşmişdir. Rəngi sarımtıl olub özü də elastikdir. Qırtlaq qapağı qığırdağının yuxarı hissəsi enlid ...

                                               

Qoxu orqanı

Qoxu orqanı - bəzi heyvanların həyatında əhəmiyyətli rol oynayır. İnsanda qoxu orqanı ətraf aləmin tanınmasında böyük əhəmiyyət kəsb edir. Həm tənəffüsdə, həm də qoxunun qəbulunda burun boşluğu əsas rol oynayır. Burun sümük, qığırdaq və əzələlərd ...

                                               

Qulaqaltı vəzi

Qulaqaltı vəzi ağız suyu vəzlərinin ən böyüyüdür. O, qulaq seyvanının aşağı ön tərəfində, çənəarxası çuxurda yerləşir. Qulaqaltı vəzi quruluşca mürəkkəb alveollu vəzilərə, vəzifəcə seroz vəzilərə aiddir. Vəzin çəkisi 30 qram olub, ayrı-ayrı paycı ...

                                               

Langerhans adacıqları

Langerhans adacıqları mədəaltı vəzinin adacıq hissəsi. Pankreasın daxilində yerləşən 0.1-0.3 mm böyüklükdə, açıq sarımtraq rəngdə və oval ya dairə şəklində hüceyrə yığıntısına deyilir. Bu törəmələrin çoxu pankreas quyruğunda təsadüf edilir və rən ...

                                               

Meyityarma

Meyityarma - elmi biliklərini artırması və ya ölüm səbəbinin müəyyənləşdirilməsi üçün meyitlərin yarılması Meyitlərin yarılması hələ orta əsrlər dövründən qadağan edilmişdi. Tarixdə "yevistaxilərin yandırılması" hadisəsindən xəbərləri var. Belə k ...

                                               

Mədə

Yaşlı adamlarda uzunluğu 21-25 sm, diametri ən geniş hissəsində 12-14 sm və tutumu 3 litrdir, bəzi hallarda yemək adətindən asılı olaraq 5-10 litrə çatır. Mədənin forması çox müxtəlifdir. Daha doğrusu, onun forması içərisindəki qida maddələrinin ...

                                               

Mədəaltı vəzi

Mədəaltı vəzi - lat. pancreas onikibarmaq bağırsağın böyük vəzilərindən ikincisidir; boz-çəhrayı rəngdə, yumuşaq konsistensiyada, uzun, nazik və prizma şəklində olub köndələn istiqamətdə, qarın boşluğunun arxa divarında, mədənin arxasında, onikib ...

                                               

Nazik bağırsaq

Nazik bağırsaq, orta bağırsaq ― həzm kanalının ən uzun hissəsini təşkil edir. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır. Böyüklərdə meyitdə uzunluğu 6–7 m-dir və üç h ...

                                               

Neyron

Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur. XIX əsrin axırlarında meydana çıxmış bu nəzəriyyəyə neyron nəzəriyyəsi R. Kaxal deyilir. Bəzi müəlliflərin fikrincə neyronlar bir-birilə neyrofi ...

                                               

Onikibarmaq bağırsaq

Onikibarmaq bağırsaq - lat. duodenum nazik bağırsağın ön ya birinci hissəsini təşkil edir; şəkil və vəziyyət cəhətcən müxtəlif olub, uzunluğu adətən 25-30 santimetrdir. Onikibarmaq bağırsaq onurğanın bel nahiyəsində yerləşərək, başlanan və qurtar ...

                                               

Orta beyin

Orta beyin - lat. mesencephalon üç arxa, yan və ön hissədən ibarətdir. Arxa hissəsinə orta beyin qapağı - lat. tectum mesencephali, yan hissələrinə - təpəcik qolları - lat. brachia colliculi və ön hissəsinə böyük beyin ayaqcıqları - lat. peduncul ...

                                               

Oynaq

Oynaq - Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yerinə oynaq deyilir. Qısaca oynaq, sümüklərin bir-birlərinə bağlandıqları yerlərə deyilir. Oynaqlarımız, sümüklərimizi bir-birinə bağlayaraq hərəkət etməmizə ...

                                               

Öd kisəsi

Öd kisəsi, ödlük - lat. vesica fella ; yun. cholecystis insanda ödün toplandığı armud şəkilli kisə. Qaraciyərin sağ payının visseral səthində lat. fossa vesicae felleae üzərində yerləşmişdir; uzunluğu 8-12 sm, eni 3-5 sm və həcmi 40-60 sm³- dir. ...

                                               

Örtük sistemi

Örtük sistemi - əzələlərin və bədən boşluqlarının üstünü örtən, əzələ, birləşdirici və sinir toxumalar növlərinin orqanizm üzərində cəmləşmiş kompleksi. Örtük sistemi orqanizmi ətraf temperaturun mənfi təsirindən, mümkün zədələrdən, xəstəlik törə ...

                                               

Penis

Kişi cinsiyyət üzvü və ya Penis - xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən - lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismind ...

                                               

Pleksit

Pleksit - Onurğa beyni sinirləri kələfinin xəstəliyidir. Pleksitin səbəbi travmalar, infeksion xəstəliklər, onurğa xəstəlikləri və s. ola bilər. Boyun pleksiti zamanı boyunun dərin əzələlərinin iflici, ənsə nahiyəsində ağrı olur. Xəstəlik kəskin ...

                                               

Plevra

Plevra; plevra kisəsi - döş qəfəsinin içəridən və ağciyərlərin səthini örtən seroz bir qişa. Ağciyərlərin səthini örtən hissəsi visseral ya pulmonal plevra adlanır. Döş qəfəsini daxildən örtən hissəsi parital plevra – lat. pleura parietalis adlan ...

                                               

Prostat vəzi

Yunanca: προστάτης prostates, termini "protector" qoruyucu gözətçi mənasındadır boşaltma sisteminin sonuna yaxın hissədə məsanə və üretra arasında yerləşən şabalıd şəklində və şabalıd böyüklüyündə bir orqandır. Prostat yalnız kişilərdə mövcuddur. ...

                                               

Sidik-cinsiyyət aparatı

Sidik-cinsiyyət aparatı - daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, orqanizmin sidik və cinsiyyət üzvlərindən təşkil olunur. Sidik üzvləri cinsiyyət üzvləri ilə birlikdə təsvir edilir, çünki bunlar anatomik genez cəhətcə bir-biri ...

                                               

Simpatik sinir sistemi

Simpatik sinir sistemi - vegetativ sinir sisteminin bir hissəsi. Simpatik sinir sistemini vegetativ sinir sisteminin döş-bel hissəsi və bu hissədən çıxan afferent liflər, parasimpatik sinir sisteminin isə orta beyin, soğanaq və oma hissələri və o ...

                                               

Sinir

sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; binlar xaricdən lat. endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur ...